2016-ci il dəb tendensiyaları ilə tanış olun

2016-ci il dəb tendensiyaları ilə tanış olun
Qadın dünyası
10.09.2017 22
Moda sənayesi öz qanunlarını diktə edir! Hər saniyə yeni tendensiyalar yaranır.  



Alt paltarı mövzusu

Alt
paltarı mövzusu baharın əsas tendensiyalardan biri olacaq. Bütün moda
həftələrində dizaynerlərin əksəriyyəti alt paltarı mövzusuna müraciət
etmişdi. Donlardan tutmuş kostyumlara qədər hər geyimdə pijama üslubunun
təsiri hiss olunur. Məsələn, "Dior”, "Calvin Klein”, "Givenchy”,
"Balenciaga” kimi moda evlərinin kolleksiyalarında krujevalı alt
paltarlarını xatırladan nümunələrə rast gəlmək olar. Bundan başqa, bir
çox kutürye qadın seksuallığını vurğulamaq qərarına gələrək podiuma
çılpaq çiyinli modellər çıxarıb.

 

İspansayağı stil

"Proenza
Schouler”, "Diane von Furstenberg”, "Michael Kors”, "Oscar de la Renta”
kimi moda evlərinin kolleksiyalarında ispan üslubu özünü göstərir.
Alessandro Mikele də  "Gucci”-nin kruiz kolleksiyasında ispan  üslubuna
yer ayırıb. Dizaynerlər sanki hamısı sözləşərək öz kolleksiyasında
cəsarətli qırmızı rəngə  və digər ispan motivlərinə üstünlük veriblər.
Qısası, mürəkkəb toxunmalar, krujevalar, korset və volanlar 2016-cı
ilin əsas tendensiyası olacaq.

 

Romantika

Əgər
romantikanın öldüyünü hesab edirsinizsə, yanılırsınız. Dizaynerlər
yekdilliklə 2016-cı ilin yaz-yay kolleksiyasında podiumda şifon don,
köynək, lələk və büzmələr, pastel çalarlarını nümayiş etdiriblər.

 

"Valentino”,
"Roberto Cavalli”, "Alexander Mcqueen”, "Balenciaga”,  o cümlədən,
"Blumarine” kimi moda evlərinin hazırladığı kolleksiyalar sentimental
qızların xoşuna gələcək. Odur ki, romantikadan ilham almağa indidən
hazırlaşın.

 

Parlaq rənglər, həndəsi fiqurlar

 

Həndəsi
fiqurlar ötən il dəbdə olduğu kimi, bu il də öz hakimiyyətini davam
etdirmək niyyətindədir. Belə ki, dizaynerlərin bir çoxu yay
kolleksiyalarında həndəsi naxışların əks olunduğu geyimlər təklif
edirlər. Bu tendensiya "Salvatore Ferragamo”, "Missoni”, "Prada”, "Tommy
Hilfiger”, "Dolce & Gabbana” kimi brendlərin kolleksiyalarında
yaranıb. Bəzi dizaynerlər göy qurşağının bütün klassik rənglərini seçib,
digərləri isə bir neçə rəngi bir geyimə səpələmək qərarına gəlib.

 

Yüngül cinslər

Hamıya
məlumdur ki, cinslər ilin istənilən vaxtında aktualdır. Lakin bu fakt
dizaynerlərin cins üzərində yeni eksperimentlər aparmasına mane olmayıb.
Dizaynerlər bu dəfə hətta donları da yüngül cins parçadan
hazırlayıblar.

 

Bu
tendensiya "Opening Ceremony”, "Jil Sander Navy”, "Gabriela Hearst”
kimi brendlərin kolleksiyalarında nəzərə çarpır. Fikrimcə, bu
tendensiyanı bahar aylarının ən əlverişli trendlərindən biri adlandırmaq
olar. Birincisi, bu rahatdır. İkincisi isə cinslər istənilən bədən
quruluşunda əla görünür, üstəlik, bütün qüsurları gizlədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!