Bu 12 keyfiyyətə malik qadını heç vaxt buraxmayın

Bu 12 keyfiyyətə malik qadını heç vaxt buraxmayın
Qadın dünyası
10.09.2017 9
12 keyfiyyətə malik qadını heç vaxt buraxmayın.

Həyatının sevgisi ilə rastlaşdığı zaman heç də hər birimiz
uzaqgörənlik edə bilmirik və yanlışlara yol veririk,sonra buna görə
təəssüf hissləri keçirdirik. Əgər o qadın bu 12 keyfiyyəti özündə
birləşdirirsə heç zaman onun getməyinə icazə verməyin!

Hər kəsə ,həyatında bir neçə dəfə xüsusi və qeyri-adi (yaxşı
mənada) xanımlarla rastlaşmaq nəsib olur. Bu xanımlardan biri məhz
o,xəyallarının xanımı olmalıdır. Bu görüşlər hər zaman gözlənilməzdir və
az hallarda sizin üçün uyğun zamanda baş verir,lakin,qadın bütün
bunlara baxmayaraq peyda olur və həyatınızı həmişəlik dəyişdirir.

Kişi və qadın münasibətlərinin dinamikası son onilliklər zamanı
xeyli dəyişikliklərə məruz qalmışdır,lakin ,partnyorluğun kökü
bütövlükdə eyni qalmaqdadır.

Təbiət bizi elə yaradıb ki,iki əksdən bir bütöv yarada bilirik.
Yarının axtarışı bir səyahətdir,çox vaxt da usandırıcı bir səyahət.

Əgər siz o qadınla rastlaşmısınız və sizə elə gəlir ki,o sizin
sonsuz səhranızda nadir gözəllikli bir çiçək ola biləcək,bacardığınız
qədər möhkəmcə ondan yapışın . Heç vaxt,heç zaman onu buraxmayın.



12 keyfiyyət;

1. O sizdən ağıllıdır. Hər bir kişi ağılda özündən üstün olan
xanımla həyat qursa uduzmaz. O xanım həyat yolunu keçməyə yardımçı
olacaqdır. Deyirlər ki,hər bir müdrik kişinin arxasında daha da müdrik
qadın dayanır. Bu həqiqətdir. Qadınsız bir kişi eqoistdən artıq bir şey
deyildir.



2. O gözəldir. Gözəllik ,əslində baxanın gözlərindən qaynaqlanır.
Siz öz zövqünüzü nəzərə alaraq onu gözəl hesab edirsinizsə,möhkəm
yapışın.

Mən görürəm ki,bizim zamanda gözəlliyə hədsiz vaxt və diqqət
ayırır,və elələrini də görürəm ki,bu konsepsiyanın əksini düşünərək
gözəlliyə heç fikir də vermir.

Gözəllik-insanların görməyi bacardığı andan etibarən axtarıb
"susuzluğu yatırdığı” bir fenomendir,bu utanc obyekti deyil,və bunu
düzgün dəyərləndirməyi bacarmalıyıq.



3. O xeyirxaq və qayğıkeşdir. Yaxşı insanlar- xeyirxaq insanlardır
.Əgər o xeyirxaq deyilsə,sizin həyatınızda ona yer yoxdur.
Qayğıkeşlik-qadın üçün ən vacib keyfiyyətlərdən biridir. Bəziləri uşaq
istəmir,bəzi cütlüklərdə kişi qadından da xeyirxaqdır. Həmçinin bütün
qadınlarda analıq instinkti kodlaşdırılmışdır. Siz bir gün ailə qurmaq
qərarına gəlsəniz,elə qadın seçin ki,ana olmaq istəsin və buna uyğun
olsun.





4. O enerjilidir. Həyat vaxtaşırı çətin üzünü göstərməyə başlayır.
Həyat eyni zamanda darıxdırıcı və monoton olur. Qadınlar kişiləri
əyləndirmək üçün yaranmamışdır,əksinə,lakin,enerjili qadınla ,hərəkətli
qadınla ,hər zaman macəralara hazır olan qadınla özünüzü daha xoşbəxt
hiss edəcəksiniz.



5. O sizi qəlbinin dərinliklərinə qədər sevir. Bu sözsüz ki ,ən
önəmli keyfiyyətdir. Qadın sizi sevərkən bütün ruhu ilə sevir. Qadın
sevgisi kişilərinkinə bənzəmir,kişilər daha eqosentrikdirlər.

Qadın özünü bütövlükdə sevdiklərinə bəxş eləmək kimi bir keyfiyyətə
malikdir. Sizi həqiqətən də sevən qadını tapmısınızsa,bəşəriyyətin
hədiyyəsinə rast gəlmisiniz.



6. O kompromisə getməyə qabildir. Hər iki cinsin nümayəndələri tərs
olur. Biz şeyləri olduğu kimi sevirik və dəyişkənliyə hazır deyilik.
Elə bilirik ki,dəyişkənlik bizə lazım deyil. Heçnəyə baxmayaraq
,münasibətlər kompromis üzərində qurulur.

Ümumiyyətlə münasibətlərin mövcud olmağını istəyirsinizsə,onlar bu
şəkildə olmalıdır: Kompromisə getməyə meyilli olan qadını tapın,bu
döyüşün yarısıdır. Siz özünüz də kompromisə getməlisiniz.



7. O evdardır. Sevmək,dərindən sevmək-dünyada öz yerini tapmaq
deməkdir. Bu harada olmaq istədiyini bilmək və başqa heç bir yerə
ehtiyac duymamaqdır. Əgər siz onun gözlərinə baxıb ruhunuzun əksini
görürsünüzsə,evdəsiniz deməkdir. Heç vaxt getməyin.



8. O haqlı olmadığınızı sizə həvəs ilə bildirir. Hər bir kişi onu
bu axmaq təxəyyüldən çıxardan bir xanıma ehtiyac duyur. Oğlanlar qəribə
bir vərdişə malikdir: səvh qərar qəbul edib axmaqlığa yol vermək.



9. O güclü,eyni zamanda xanım-xatundur. Hər kəsin öz zövqü
var,lakin,zövqlər elə güc və xanımlığın vəhdətindən yaranır. Güclü
qadın-hər bir kişiyə lazım olan partnyordur.

Qadınsayağı qadın-bu ...bu elə qadının özüdür. Bu iki keyfiyyət çox
da fərqlənmir. Onlar çox gözəl vəhdət təşkil edir. Qadın öz dəyərini
anlayır və qadın cinsindən olduğu üçün fəxr edir.



10. O ehtiraslıdır. Həyat ehtiras dolu həyatdır və yaşamağa dəyər.
Lakin,təkbaşına ehtiraslı həyat mümkünsüzdür. Ehtiras iki canlı orqanizm
arasında baş qaldırır.

Ehtiras keçici olduğuna görə möhtəşəmdir. Bu dünyada ən arzuolunan patogendir.



11. O evə bağlıdır. Mən anlayıram ki,bəzi kişilər elə qadın axtarır
ki,daim evdə otursun. Eyni zamanda bilirəm ki,bunu arzulayan qadınlar
da az deyildir. Bu növ qadınlar mənlik deyil,amma çox kişilər məhz buna
üstünlük verir.



12. O sizin üçün hərşeydir. Bəzən biz insanı dəlicəsinə sevirik və
bunun niyəsini məntiqli izah edə bilmirik. Əslində ,sizə səbəb lazım
deyil. Əgər siz onu çox sevir və həyatı onsuz təsəvvür edə bilmirsinizsə
,özünüzə onu buraxmağı icazə verməyin.

Əgər o sizin üçün böyük əhəmiyyət daşıyırsa,bunu anlamalısınız. Çox
vaxt rast gəlinən bir şeydir ki,insanlar bir-birinin dəyərini və
nəqədər önəmli olduğunu,bir-birini itirdikdən sonra anlamağa başlayır.
Düşünür ki,bəlkə nə vaxtsa ikinci şans oldu,bəlkə həyat təkrar
qarşılaşdırdı.

Ola bilər. Lakin,əksin baş verməsinin şansları da eynidir. Siz onu
həmişəlik itirə bilərsiniz. Uzun illər boyu peşmançılıq yaxanızı
buraxmayacaq. Həyatınızın ən önəmli varlığını əldən vermək peşmançılığı.
Risk etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!