Qadınlarsız bir dünya necə olardı?

Qadınlarsız bir dünya necə olardı?
Qadın dünyası
10.09.2017 8
 Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür, yəni bu gün sırf qadınlara aiddir. Lakin gəlin təsəvvür edək ki, həyatımıza rəng qatan qadınlar olmasaydı bizi necə bir dünya gözləyirdi. Budur, qadınlarsız bir dünyada baş verəcək 10 hadisə:



1) Bütün kişilər bir-birini sevərdi
Təbii ki, əgər qadınlar olmasaydı bütün kişilər bir-birlərinə aşiq olardılar. Cinsiyyət fərqliliyi qalmadığı üçün ən konservativ insanlar belə bu vəziyyətdən qaça bilməzdi. Bunun yaxşı tərəfi isə artıq insanların bir-birinə cinsiyyətinə görə yox, şəxsiyyətinə görə önəm verə bilməyidir.



2) Biomühəndislik həddən artıq inkişaf edərdi
Qadınlar müqəddəs varlıqdırlar və bacarmadıqları heç bir iş yoxdur, lakin ən yaxşı və vacib bacardıqları isə dünyaya övlad gətirmə qabiliyyətidir. Hazırda elm süni övlad yarada biləcək qədər inkişaf etməsə də, əgər qadınlarsız bir dünya olsaydı kişilər məcbur olub bunu kəşf edərdilər. Nəticədə hamı süni halda dünyaya gələrdi.



3) Siqaret çəkilməzdi
Araşdırmalara görə kişiləri siqaret çəkməyə vadar edən əsas amillərdən biri qadınlardır. Belə ki, bir çox qadınların çox danışmaq, ləng olmaq və s. kimi kişiləri dəli edən xüsusiyyətləri kişiləri siqaretə tərəf itələyir. Əgər qadınlar olmasaydı kişilərin siqaret çəkməyinə heç bir ehtiyac qalmazdı.



4) İncəsənət tənəzzülə uğrayardı
İncəsənətlə bağlı bir çox ilham qaynağı olsa da bunlardan ən əsası sözsüz ki, qadınlardır. Bir çox məşhur rəssamın deməyinə görə qadın gözəlliyi və ecazkarlığı olmasaydı onlar fırçanı heç əllərinə də almazdılar. Haqlıdırlar da, hər dəfə gül-ağac çəkib hara çıxmaq olar axı?



5) Yollar daha təhlükəsiz olardı
Sözsüz ki, qorxa-qorxa maşın sürən, yolun ortasıyla balaca itini gəzdirən və yekə çantalarıyla yellənə-yellənə yol keçən qadınlar olmasaydı yollar daha rahat və təhlükəsiz olardı. Dünya əhalisinin yarısı yox olacaqdı və bu daha az maşının sürülməyi deməkdir, daha az maşın sürülməyi isə daha az təbiət çirkliliyidir. Maşın sürə-sürə mesajlaşan, telefonla qeybət edən xanımları da yaddan çıxarmayaq.



6) Musiqi də darıxdırıcı olardı
Təsəvvür edin ki, bütün mahnıları kişilər oxuyur və səhnəni dağıdan cəsarətli xanım ifaçılar yoxdur. Böyük ehtimalla bu uzun çəkməzdi, tezliklə musiqi də dəbdən düşərdi.



7) Mesajlaşma istifadə olunmadığı üçün ləğv edilərdi
Yəqin ki, ətrafınıza baxanda dayanmadan mesajlaşan xanımları və dayanmadan bir xanımın mesajına cavab verməyə çalışan kişiləri aydın görə bilərsiniz. Kişilər öz aralarında ən çox iki-üç dəfə yazışa bilirlər, ardını gətirməyə səbrləri çatmır. Bu hadisə telefon operatorlarına böyük zərbə olardı.



8) Plastik əməliyyat biznesi tənəzzül yaşayardı
Plastik əməliyyat etdirən kişilər kifayət qədər olsa da belə qadınların sayı daha çoxdur. Üzünə botoks etdirib bütün mimikasını itirmiş qadınlar əvəzinə öz xarici görünüşüylə razı kişiləri gördüyünüzü təsəvvür edin. Bu, bəlkə də qadınların olmamağının ən yaxşı tərəfidir.



9) Hər tərəfdə futbol stadionu olardı
Qadınlar olmasaydı yəqin ki, futbol həvəskarı kişilər dünyanı ələ keçirərdi. Böyük ehtimalla kişilər hər tərəfdə futbol oynamaq üçün stadionlar açardılar.



10) Kişilər daha ağıllı olardı
Kişilərin beyninin çox hissəsini qadınlar tutur. Əgər qadınlar olmasaydı bu boşluq hər halda çoxlu kitab oxumaqla, yeni musiqi aləti və ya başqa-başqa dillər öyrənməklə dolardı.
 
Qadınlar, mənfinizlə, müsbətinizlə yaxşı ki, varsınız! Bayramınız mübarək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!