2016-cı ilin əsas bəzəyi bantlardır

2016-cı ilin əsas bəzəyi bantlardır
Qadın dünyası
10.09.2017 13
Bantlar
paltara bəzək verməklə yanaşı, ona xüsusi gözəllik də qatır. XVI və
XVIII əsrlərdə markiz və markizaların mütləq saray dress-kodu olan bu
atribut yüksək moda həftələrini zəbt etmişdi. 

 

Ötən il
köynəklərin yaxasına əlavə olunmuş bantları bu il daha bir neçə yerdə
də görə biləcəyik. Qısası, barokko və rokoko ilə sıx bağlı olan,
həmçinin retro-mövzusunun incə elementlərindən sayılan, ən nəhayət,
70-ci illərin populyar bantları 2016-cl ilin əsas dəb tendensiyalarından
biri olacaq.

 

2016-cı ilin yaz və yay kolleksiyalarının bir çoxunda bant detalına rast gəlmək mümkündür.

 

Bantlar
barokko və rokoko üslubunun əsas elementlərindən biri kimi tanınır.
Lakin bu dəfə dizaynerlərin ilham mənbəyi yapon mədəniyyəti olub.
Bildiyimiz kimi, yaponların milli geyimi - kimono arxadan böyük bantla
bərkidilir. Kimono Asiya mədəniyyətinin ayrılmaz hissəsidir. Onun
kökləri isə mürəkkəb erotika fəlsəfəsinin bandaj şibari (çılpaq
qadınları iplərlə bağlamaq) qolundan qaynaqlanır. Belə ki, iplə bağlama
üsulu ənənəvi yapon qadınlarının gündəlik geyimində kəmər şəklində
təzahür edib. Bu kəmərə obi deyilir. Obi kəmərinin 500-ə qədər bağlanma
qaydası var.

 

Kəmər
paltarı bağlamaq funksiyasından daha çox geyşaların bir növ şərəf
simvolu sayılıb. Bəzi mənbələrdə geyşa geyimlərində istifadə edilən
qurşaqların öz növbəsində uğur, xoşbəxtlik, məhəbbət və dostluq rəmzi
olduğu da deyilir.

 

Bu gün
bantlar bluzlarda, ətək, ayaqqabı və çantalarda kifayət qədər gözəl
görünür. Yaxasında bant olan şifon bluzlar  təzadlı materialla, xüsusən
də, tvid parçadan tikilən pencək, yaxud cinslərlə əla qalır. Bu köynəyin
enlibalaq (trapes) şalvarlarla sintezi də hər zaman uğurlu alınır.
Bantların sabolarla dəlisov oyunu da çox maraqlıdır.

 

"A.W.A.K.E”,
"Maison Martin Margiela”, "J.W. Anderson”, "THE ROW”, "Gucci” kimi
brendlərin kolleksiyalarında bant elementinə, hətta ayaqqabı, digər
bəzək detallarında mürəkkəb konstruksiyalı bantların bolluğunu görmək
olar. Bant tərəfdarlarının əsas nümayəndəsi "Gucci”nin kreativ dizayneri
Alessandro Mikeledir. O, çəkinmədən konservativ estetikasına 70-ci
illərin romantik-retro atributunu yenidən gündəmə gətirib.

 

Romantik bantlar hər bir xanıma zahiri görünüşündə özünə tam əminlik hiss etməyə imkan yaradacaq.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!