Katrin Denyov: Kişinin sevgisini qorumaq üçün

Katrin Denyov: Kişinin sevgisini qorumaq üçün
Qadın dünyası
10.09.2017 14
Katrin
Denyov üçün həyat prinsipləri hər şeydən əvvəl gəlir. Aktrisa iddia
edir ki, hər zaman yaxşı formada qalmasının səbəbi bu qaydalara əməl
etməsidir. 

 

Daxili aləminiz sizin başlıca məziyyətinizdir!

Katrin
yalnız xarici görünüşü ilə bağlı komplimentlər eşidəndə inciyir. Çünki o
hesab edir ki, xarici görkəm insan həyatında ikinci planda dayanır.
Katrin bütün pərəstişkarlarına öz daxili aləmini inkişaf etdirməyi və
digər insanların xarici görünüşünü mühakimə etməməyi təkidlə məsləhət
görür.

Kiminsə arzusu olmaq heç də gözəl hiss deyil...

 

Fəal vətəndaşlıq mövqeyiniz olmalıdır!

Aktrsa
heç vaxt dünyada və öz ölkəsində baş verən hadisələrdən kənarda
olmayıb, lazım gəldikcə, ictimai hadisələrdə  öz mövqeyini bildirib.
Məsələn, O, Fransada baş verən müxtəlif aksiyaların, etiraz
nümayişlərinin fəal iştirakçısıdır.

 

"Məşhurluğumun ehtiyac olduğu zaman köməyimə gəlməsi xoşuma gəlir. Qalan vaxtlarda isə sadəcə, sıradan biri olmağa çalışıram”.

 

Şəxsi həyatını nümayiş etdirmə!

Bu
gözəl aktrisa cavanlıqda daha kimlərlə məhəbbət macərası yaşamayıb...
Bu siyahıda Roje Vadim, Marçello Mastroyanni, Serj Qensbur, Conni
Hollidey, Luis Bunyuel,  hətta Fransa prezidentlərindən birinin də adı
çəkilir! Ancaq Katrin Denyov şəxsi həyatının təfərrüatlarını cidd-cəhdlə
gizlədir.

 

"Kişinin sevgisini qoruyub saxlamağın ən yaxşı yolu ona ərə getməməkdir!”

 

Yaşa görə çox kədərlənməyə dəyməz!

Bu
gün 18 yaşlı qızlar belə əməliyyatla gözəlləşmək istədiyi halda, kino
diva heç zaman plastik əməliyyat etdirməməsi ilə fəxr edir. O, həyatdan
hər yaşda zövq almağa çalışır. Məsələn, böyük məmnuniyyətlə bağda
bitkilərlə əlləşir, şamlar hazırlayır, nəvələri üçün piroq bişirir.

"Mən öz gəncliyimi qaytarmaq və hər şeyi yenidən başlamaq istəməzdim. Aktrisalara daha fərdi olmağa imkan verilmir".

 

Həyatı sevin!

Katrin
Denyov siqaret həvəskarıdır. O, böyük məmnuniyyətlə, başqasının da
siqaretini çəkir. Əlbəttə ki, bu məsələdə ondan nümunə götürməyə dəyməz,
lakin bu qaydanın əsas mahiyyəti ondan ibarətdir ki, əgər bir qədəh
içki sizi xoşbəxt edirsə, onu hərdən bir özünə icazə vermək olar.

 

Dəbli və qüsursuz görünün!

Fransanın
dəbin paytaxtı olması heç kimə sirr deyil. Bu, özünü fransız
gözəllərinin üslubunda da göstərir. Fransanın dəb ikonaları, hətta
gündəlik həyatda da qüsursuz görünməyə çalışır. Sözsüz, Katrin Denyov da
hər bir fransız gözəli kimi geyim seçiminə xüsusi həssaslıqla yanaşır.

"Heç vaxt özgəsinin fikrindən asılı olmayın! Öz gözəlliyinizdən zövq alın və onu təbiətin böyük hədiyyəsi kimi qəbul edin!”

 

Yadları özünə yaxın buraxma

Aktrisa
həmişə yalnız ümumi mövzular barədə, amma böyük məmnuniyyətlə müsahibə
verir! Qeyd etdiyimiz kimi, o, öz şəxsi həyatının təfərrüatlarını
ictimaiyyətlə bölüşməyi sevmir. Ola bilsin, məhz bu qaydalar Katrin
Denyova 72 yaşında belə, şıq və zərif görünməyə  imkan verir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!