Qadın şiddətə deyil, sevgiyə layiqdir

Qadın şiddətə deyil, sevgiyə layiqdir
Qadın dünyası
10.09.2017 12
Qadın… Şiddət...
Sevgi... Getməyə yeri olmayan, şiddətə məruz qalan, sıxıntılı həyat
yaşayan, çətinliklərə sinə gərən bir çox qadın var dünyada. Əsasən də
müharibə bölgələrində yaşayan qadınların yaşadıqları sıxıntıları
düşünək...

Müharibə olmayan bölgələrdə də vəziyyət fərqli deyil. Orda da maddi-mənəvi işgəncələrə məruz qalan qadınlar az deyil...

Hər
il martın 8-i Dünya Qadınlar Günü qeyd edilir. Əlbəttə, bu gözəldir
amma qadınların problemlərini aradan qaldırmaq üçün ildə bir dəfə təbrik
etmək yerinə, daha təsirli həll yolları axtarmaq daha məqsədəuyğun
olar.

Ərəb
ölkələrindəki qadınlardan başlamaq istəyirəm. Suriyada 3 ildir davam
edən müharibə var və orda ən cox əzilənlər qadınlar və uşaqlardır.
Uşaqlarını xilas etməyə çalışan, soyuqdan donan, ailəsinə isti yer
axtaran, hər an təcavüz qorxusuyla yaşayan və günlərlə, hətta həftələrlə
ac qalan qadınlar var Suriyada....

Əfqanıstanda
da qadınların heç bir mövzuda danışmağa nə haqqı var, nə də rahatlığı.
Qadınların evdən çıxması və qız uşaqlarının məktəblərdə oxuması qadağan
edilir.

Ölkədə qadınlar öldürülür və öldürənlər cəzalandırılmır.

Ərəb
ölkələri içində qadınların çox pis vəziyyətdə yaşadığı ölkələrdən biri
də Misirdir. Misirdə qadınların 99,3 % -i təcavüzə və şiddətə məruz
qalır.

İraqda isə qadınlar həm şiddətə məruz qalır, həm də qadın alverinə qurban olurlar.



Səudiyyə
Ərəbistanında müharibə yoxdur, amma oradakı vəziyyət də ürək açan
deyil. Qadınların nə şəxsiyyət vəsiqəsi var, nə də maşin sürə bilərlər.
Yeni doğulan qız uşaqları öldürülürlər….



ABŞ-da hər 90 saniyədə 1 qadına təcavuz edilir.

Kanada da 18-64 yaş arasındakı qadınların 18%-i həm cinsi təcavüzə məruz qalır, həm də erkən evləndirilirlər.



Yaponyada qadınlar həm fiziki, həm mənəvi, həm də cinsi zorakılığa məruz qalırlar.



Dünyada bu şəkildə ölən qadınların sayının 40-50 milyon olduğu deyilir. Düşünə bilirsiniz?

Qadına qarşı zorakılıq ölkəmizdə də az deyil, nə qədər tədbir alınsa da dəyişən heç nə yoxdur.



Axı niyə? Niyə heç bir nəticə yoxdur? Səbəb nədir? Nə etmək lazımdır?



Qadınlar
həyat yoldaşlarını özləri seçsin, boşanmaq istəyən qadınlar da haqqını
tələb edə bilsin, qadınlar sərbəst olsun, psixoloji dəstək verilsin,
şiddətə əl atanlar qınanılsın və cəzalandırılsın…

Bunlar
illərdir ki problemlərin sona çatması üçün alınan tədbirlərdir.
Əlbəttə, bunlar edilsin, ama məsələni kökündən həll etmək lazımdır.



Yəni
bu insanlara vicdanı, Allah qorxusunu danışmaq lazımdır. Təkcə
cəzalandırmaq yetərli deyil. Qarşısındakı insanın ruhunun olduğunu,
etdiklərinə görə Allaha cavab verəcəyini bilməsə, cəzası bitdikdən sonra
eyni vicdansızlığı etməyə davam edəcəklər.

Allahın
qadınları və kişiləri eyni yaratdığını xatırlatmasaq, özlərini üstün
görməyə davam edəcəklər. Buna görə də tək çarə insanlara imanı anlatmaq,
sevginin necə gözəl nemet olduğunu danışmaq lazımdır. Quran əxlaqının,
gözəlliyini, təvazökarlığını, iffətini, fədakarlığını yaşamaq üçün
insanları təşviq etmək, gözəl əxlaqın yayılmasına səbəb olmaq hər birimizin borcudur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!