Sevgiliniz ilə gərəksiz detalları paylaşırsınızmı? - TEST

Sevgiliniz ilə gərəksiz detalları paylaşırsınızmı? - TEST
Qadın dünyası
10.09.2017 7
1. Xəstələnmisiniz və özünüzü yorğun hiss edirsiniz. Ağrıkəsici qəbul
edib həftə sonunu evdə keçirirsiniz. Sevgiliniz zəng edib necə
olduğunuzu soruşdu. Siz:


a) Yaxşı olduğunuzu deyər, detallara girməzsiniz.

b) "Daha yaxşı ola bilməzdim” şəklində kinayəli bir cavab verərsiniz.

c) Birbaşa mövzuya girər, ətraflı danışarsınız.



2. Həyat fəlsəfəniz:

a) Sükut qızıldır.

b) Nə görürsənsə, onu de.

c) Dünya mənim psixoloqumdur.



3. Twitter möhtəşəmdir. Çünki:

a) İstifadə etmirəm. Sosial şəbəkələr mənlik deyil.

b) Gülməli hesabları və fenomenləri izləyirəm.

c) Səsimi bir çox insana çatdıra bilirəm.



4. İşə 20 dəqiqə gecikmisiniz və müdiriniz nə etdiyinizi soruşur. Siz:

a) Başınızı əyib üzr istəyərsiniz.

b) Günahı tıxacın üstünə atarsınız.

c) Dəqiqələrcə sevgilinizlə mübahisənizi danışarsınız.



5. Dostunuz əyləncəli tətil şəkillərini İnstagrama yüklədi. Reaksiyanız:

a) Gözlərinizi bərəldərsiniz. Siz əsla belə şəkillər paylaşan biri deyilsiniz.

b) Siz də o dəqiqə son tətilinizdən bir şəklinizi paylaşarsınız.

c) Sevgilinizlə birlikdə getdiyiniz tətildən romantik bir şəkil paylaşarsınız.



Testin nəticələri:

Əgər A-lar çoxluq təşkil edirsə:

Qədərində saxlayırsınız.

Ünsiyyət
qurarkən son dərəcə konkret olmağa üstünlük verirsiniz. Hətta bəzən
sözləri ağzınızdan zorla çəkmək məcburiyyətində qalırlar. Təbii ki, bu
səbəbdən sosial şəbəkələrlə aranızda məsafə var. Gərəksiz paylaşımlar
etməkdən və hətta çox paylaşım etməkdən uzaq durursunuz. Bir az xarici
dünyaya özünüzü aça bilərsiniz.



B-lər çoxluq təşkil edirsə:

Tarazlığı qorumağı bacarırsınız.

Bəli,
yaşadıqlarınızı çevrənizlə bölüşməkdən çəkinmirsiniz. Ancaq bunu
edərkən şişirtməyə də çalışmır, detallara girmirsiniz. Sadə bir ifadə
etmə diliniz var. Hadisələri olduğu kimi ifadə etdiyiniz üçün yalan
danışmaq məcburiyyətində qalmırsınız. Bunu bəyəndiyimizi deyə bilərik.
Yaxşı münasibətlərin sirrini tapmısınız. Bu, münasibətlərdə hər şeyi
qədərində saxlamaqdır.



C-lər üstünlük təşkil edirsə:

Detalları bölüşməyi sevirsiniz.

Sizin
dünya görüşünüzdə hər hansı bir mövzuda utanmaq yoxdur. Yaşadığınız hər
hadisəni ən incə detallarına qədər rahatlıqla danışa bilirsiniz.
Qarşınızdakının bununla maraqlanıb maraqlanmaması da sizin üçün o qədər
vacib deyil. Bunu unutmayın ki, bəzi şeylər insanlar üçün xüsusi
qalmalıdır. Xüsusilə sevgilinizlə həddindən artıq səmimi halda çəkilmiş
bir şəkli və bundan da artığını sosial mediada paylaşmağınız digərləri
tərəfindən xoş qarşılanmaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!