Yetkin biri kimi davranırsınızmı? - TEST

Yetkin biri kimi davranırsınızmı? - TEST
Qadın dünyası
10.09.2017 27
Yetkin biri kimi davranırsınızmı? Ruhunuz və düşüncələriniz baxımından
bir uşaq, yoxsa yetkin bir qadın kimisiniz? Bu testlə bunu öyrənə
bilərsiniz.



1. İş yoldaşınız iclasda sizin təklifinizi tənqid etsə, nə cavab verərsiniz?

a. Hər işə burnunu soxmamasını deyərsiniz.

b. Nəzakətliliklə onun təkliflərindəki səhvləri tapıb deyərsiniz.

c. Anlayışla qarşılayarsınız.



2. Şənbə gününüz üçün planlarınız

a. Qızlarla birgə keçirdiyim əyləncəli bir "parti”.

b. Yaxşı iş sahibi bir kişiylə şərab içib söhbət etmək.

c. Evdə oturub filmə baxmaq.



3. Ən yaxın dostunuzla bir-birinizə girdiniz. Səhərisi gün nə edərsiniz?

a. Ona zəng eləməz, dayı, bibi və ya xala qızınıza zəng edib onunla birgə vaxt keçirmək istədiyinizi deyərsiniz.

b. Bütün gün yemək yeyərək əsəbinizin keçməsini gözləyərsiniz.

c. Zəng eləyib üzr istəyərsiniz.



4. Ananız sizə duruşuğunuza diqqət etməli olduğunuzu deyərkən ona nə cavab verərsiniz?

a. "Sən mənə qarışa bilməzsən" deyə qışqırıb öz otağınıza gedərsiniz.

b. Tez dik durar, ananıza isə sərt bir baxışla baxarsınız.

c. Sizi daha yaxşı şeylərə istiqamətləndirdiyi üçün ona təşəkkür edərsiniz.



5. Bir oğlandan xoşunuz gəldiyində ilk elədiyiniz nə olar?

a. Ortaq dostunuzdan onun da sizdən xoşu gəlib gəlmədiyini soruşarsınız.

b. Tez bir görüş təyin edib ən yaxşı geyimlərinizi geyərsiniz.

c. Sizə qarşı hissləri yoxdursa, dost qala biləcəyinizi deyərsiniz.



A'lar çoxdursa Pis xəbər-
balaca bir qız kimi davranırsınız. Yaxşı xəbər isə içinizdəki enerjinin
sürətlə davam elədiyidir. Bunu yetkinləşmə istiqamətində istifadə
etsəniz, böyük faydasını görəcəksiniz. Artıq böyüdüyünüzü qəbul
etməlisiniz, uşaq hərəkətləriniz ətrafınızdakılar tərəfindən antipatik
qəbul edilə bilər. Daha məntiqli, soyuqqanlı və yetkin davranmağın
vaxtıdır.



B'lər çoxdursa Yetkinliyə
ilk addım: Əsl bir yetkin kimi davranmağa başladığınızı deyə bilərik. Bu
sizə girdiyiniz mühitdə güclü və özünüzdən əmin biri kimi
davranmağınıza şərait yaradacaqdır. Lazımsız müzakirələri böyütmək sizin
tərziniz deyil. Ananızın xəbərdarlıqlarını diqqətə alırsınız. Bir az
əsəbləşməyiniz normaldır. Sizi balaca qara paltara bənzədirik. Hər yerə
və hər vəziyyətə uyğunlaşa bilərsiniz.



C'lər çoxdursa Yetkinliyi
şişirtməyin: Yaşlanmış kimi davranmağa son qoyun. Bunun üçün təklifimiz
şənbə günlərini evdə tək keçirtmək yerinə bir az sosyallaşmağa çalışın.
Dostlarınız sizi hər dəfə harasa getməyə çağırdığında bunu
dəyərləndirin. İstədiyiniz kimi yaşayın. Enerjinizi basdırmayın, bu sizi
sıxıcı biri halına gətirə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!