Sevdiyiniz rəng xasiyyətinizdən xəbər verir - TEST

Sevdiyiniz rəng xasiyyətinizdən xəbər verir - TEST
Qadın dünyası
10.09.2017 9
Xoşladığınız rənglərin xasiyyətinizin göstəricisi olduğunu bilirdinizmi?
Əgər bilmirdinizsə, bəyəndiyiniz rəng haqqında mütləq oxuyun.



Qırmızı: Qırmızının sevginin
və arzunun rəngi olduğunu hər kəs çox yaxşı bilir. Xoşladığınız rəng
qırmızıdırsa, siz münasibətinizdə həyəcanverici xarakterə sahibsiniz.
Sevgidə ehtirasla bərabər hər zaman başqa bir münasibətə hazırsınız.



Qara: Bu rəngi xoşlayanlar olduqca ehtiraslı və dominant xarakterlidirlər. Monotonluq onların dözmədiyi tək şeydir.



Ağ: Ağ rəngi sevənlər zadəgan, incə, təvazökar şəxslər olurlar.



Sarı: Sevgidə ehtirasdan uzaq olan bir rəngdir. Sevgidə eqoist olurlar. İntellektual, ağıllı və özünə etibarı tam olan şəxslərdir.



Çəhrayı: Bu rəng insanı rahatlaşdıran bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən insanlardır. Həyəcanlı və şəndirlər.



Yaşıl: Yaşıl inam və dincliyi təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdiricidir və inam vəd edir. Yaşıl sadiqliyin rəmzidir.



Bənövşəyi: Zadəganlığın və
özünə inamın rəngidir. Bənövşəyi rəngi xoşlayanlar sənətlə yaxın
əlaqəlidir və xəyal gücləri yüksək inkişaf etmiş olur. Sevgidə ruh
əkizlərini axtarırlar.



Narıncı: Narıncı rəngi sevənlər həssas insanlardır. Həyəcanlı münasibətlər tam sizlər üçündür.



Qəhvəyi: Qəhvəyi rəngi xoşlayanlar bölüşməyi xoşlayırlar. Sevgi münasibətləri enişli-yoxuşlu deyildir. Qərarsızlıqdan xoşları gəlmir.



Mavi: Sakitliyin rəmzidir. Mavi rəngi sevərlər üçün inam və sədaqət olduqca önəmlidir. Həyəcanlı sevgi yaşayırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!