Ayaqlarını gizlə, sinəni aç! - 32 yaşlı gözəlin cazibədarlıq siyasəti

Ayaqlarını gizlə, sinəni aç! - 32 yaşlı gözəlin cazibədarlıq siyasəti
Qadın dünyası
10.09.2017 3
Bir
neçə gün öncə baş tutan "Qızıl qlobus” mükafatları gecəsində əsl şıqlıq
yarışı yaşandı. Gecənin ən diqqət çəkən ulduzlarından biri də aktrisa
Oliviya Uayld oldu. Bu xanım dəbdəbəli gecələrdə təkcə gözəlliyi, zərifliyi ilə deyil, həm də stili ilə rəqiblərini kölgədə qoya bilir.

 

Genetika ilə keçən istedad

32
yaşlı aktrisanın iki vətəndaşlığı var. Çünki atası irlandiyalı olsa da,
Oliviya Nyu-Yorkda dünyaya gəlib. 2 yaşından bəri aktrisa olmağı
arzulayan Oliviyanın istedadı genetikdir. Onun ailəsində, demək olar ki,
hər kəs sənət və siyasətlə məşğuldur. Anası prodüser, aktrisa və
jurnalist işləyib, atası jurnalistdir. Əmiləri isə yazar kimi
tanınıblar.

 

Lənətli 13 rəqəmi ona uğur gətirdi

Oliviya
Uayld "Wilde In Time”, "Tron”, "Cowboys vs Aliens” və "Turistas” kimi
filmlərdə rol alsa da, yalnız "The O.C.” filmindəki Aleks Kelli rolu ilə
debüt edə bilib. Onu
populyarlaşdıran isə "House MD” adlı serialdakı gənc doktor rolu olub.
Aktrisa həmin obraza verilən 13 ləqəbinin ona uğur gətirdiyinə inanır. 

 

2006-cı
ildə "FHM” jurnalının "ən seksual 100 qadın” siyahısında 95-ci yerdə
qərar tutaraq cazibədarlıq mövzusunda Hollivudun digər ulduzlarından
geridə qalmadığını sübut edib. Bundan 3 il sonra isə "Maxim” jurnalının
eyni adlı siyahısında zirvədə yer alaraq qalmaqal yaradıb.

 

Hər
kəs Oliviyanın gözəlliyinə heyran olsa da, onun aktrisalıq bacarığı da
kölgədə qalmamalıdır. O, bu günə kimi bir neçə mükafata layiq
görülüb. 2006-cı ildə "US Comedy Arts” festivalında  "ən yaxşı aktrisa”,
2008-ci ildə isə "Vail Film Festival”ında "yüksələn ulduz”
mükafatlarını alıb.

 

İki kişi, bir uşaq

 

Oliviya
2003-cü ildə prodüser, fotoqraf və gitaraçı Tao Raspoli ilə ailə qurub.
Onlar 5 il evli qalsalar da, 2011-ci ildə münasibətləri pozulub və
cütlük boşanıb.

 

Aktrisa bir neçə ay sonra aktyor Ceyson Sudeykis ilə görüntülənib. Hazırda nişanlı olan cütlüyün bir oğlu da var.

 

Gözlər və dodaqlar ön planda...

 

Qırmızı
xalı gecələrinin ən füsunkar xanımlarından olan Oliviya nadir
udluzlardandır ki, onun geyim tərzindən çox, makiyaj stili müzakirə
edilir. Aktrisanın stili o qədər bəyənilir ki, hətta kosmetika brendləri
onunla əməkdaşlıq etmək üçün yarışırlar. O, bir neçə il "Revlon”
markasının siması olub.

 

Bəs, Oliviya Uayld makiyajını qeyri-adi edən nədir?

Aktrisanın
üz quruluşu olduqca maraqlıdır. Belə ki, sümükləri çox kəskin şəkildə
hiss edilir. O, konturlama texnikası ilə üzünün doğru bölgələrini
kölgələndirir və haylayterlə vurğulayır. Beləliklə, seksual üz
quruluşuna qovuşur. Aktrisa tünd və ya açıq rəngdə dodaq boyasından
istifadə etməsindən asılı olmayaraq, gözlərini mütləq vurğulayır.
Qəhvəyi, qızılı, şərab rəngli göz kölgələri ilə mavi gözlərinin
cazibəsini daha da artırmağı bacarır. Adətən, kölgəli göz makiyajı edir.
Ancaq sadəliyə üstünlük verdiyi günlərdə layner çəkir. Tez-tez
dodaqlarını qırmızı rəngə boyayır. Qırmızı dodaq boyası onun ağ dərisi
ilə həmahəng görünür. Gözlərində qəhvəyi və ya qara rəngli kölgələrdən
istifadə etdikdə isə bej rəngli dodaq boyasına üstünlük verir. Hər iki
stil aktrisaya çox yaraşır.

 

Göz qamaşdıran saçlarının sirri

Oliviyanın
makiyajından sonra ən çox maraq oyandıran gözəllik sirri saçları ilə
bağlıdır. Belə ki, onun par-par parıldayan, sağlam saçları heç kimin
nəzərindən yayınmır. Saçlarına mütəmadi olaraq qulluq edən Oliviya
sirrinin doğru boya seçmək olduğunu deyir. Aktrisa tərkibində amonyak
olmayan boyalar seçdiyini, beləliklə, saçlarının sağlamlığını qoruduğunu
deyir. Bir vaxtlar sarı saçı sınaqdan keçirən Oliviya yaxşı ki, bu
rəngin ona yaraşmadığını tez başa düşərək qəhvəyi saçlara geri döndü.

 

Cazibədar
ulduz qüsursuz üz cizgilərinə sahib olduğu üçün hər növ saç düzümünə
çəkinmədən müraciət edir. Qat-qat kəsilmiş, dalğalı saçları daha çox
xoşlayır. At quyruğu və toppuz da sevimli saç düzümlərindəndir.

 

Ayaqları gizlə, sinəni aç!

Oliviya
Uayldın qırmızı xalı stili bir çox qadına ilham verir. Çünki o, özünü
dəb qəliblərinə salmır. Geyimləri öz zövqünə və əhval-ruhiyyəsinə uyğun
seçir. Odur ki, aktrisanı dəvətlərdə müxtəlif stillərdə görmək
mümkündür. Bir dəfə sadə və zərif libasla görüntülənirsə, növbəti dəfə
ya dəbdəbəli, ya da kişisayağı geyinir.

 

Geyimdə onun ən sevdiyi rənglər qara, ağ, şərab rəngi, tünd yaşıl və çəhrayı ilə bənövşəyinin müxtəlif çalarlarıdır.

 

Maraqlıdır
ki, ən sevdiyi yeməyin pizza olduğunu deyən aktrisa olduqca arıqdır. O,
çiyindəki sümüklərin ilk baxışda hiss edilməsinin gözəllik simvolu
olduğunu düşünür. Ona görə də, üst hissəni açıqda qoyan sinə dekoltesinə
üstünlük verir. Kürək dekoltelərini də çox sevir. Həyatdakı tək
kompleksi isə ayaqları ilə bağlıdır. Ona görə də, heç vaxt mini
geyinmir. Maksi və midi libaslar seçir. Hətta poza verərkən belə
ayaqlarını gizləmək üçün əlindən gələni edir.

 

Gündəlik həyatda hippiyə çevrilən gözəl

Qırmızı
xalıda zərif və şıq görməyə öyrəşdiyimiz Oliviya gündəlik həyatda dəblə
ayaqlaşmağı ağlının ucundan belə keçirmir. Rahatlıq daha önəmli
olduğundan onun küçə stili hippi tərzinin təsiri altındadır. Saçaqlı
çantalar, uzun sviterlər aktrisanın gündəlik stilinin əsasını təşkil
edir. Oliviya Uayldın diqqət çəkən cəhətlərindən biri də eyni geyim və
ya aksessuardan dəfələrlə istifadə etməsidir. Yəni, ulduzlar kimi "bir
geyindiyimi, bir daha geyinmərəm”, - demir.

 

Hollivudun moda ikonalarından olan Oliviya Uayldın ilham verən fotolarını toplamışıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!