Siyasət və dəb: Avropa kraliçaları necə geyinirlər?

Siyasət və dəb: Avropa kraliçaları necə geyinirlər?
Qadın dünyası
10.09.2017 8
Yeni
ildə qarderobunuzda dəyişiklər etməyi planlaşdırır, tamamilə yeni
əhvala köklənmək istəyirsiniz? Bu mənada Avropa kraliçaları sizin üçün
ən yaxşı ilham pərisi ola bilər.



Böyük Britaniya kraliçası  II Yelizaveta

II
Yelizaveta müasir dövrün ən məşhur kraliçasıdır. Bu il o,
kraliça-rekordçusu olaraq qalır. Belə ki, II Yelizaveta sentyabrda Böyük
Britaniya tarixində hakimiyyətdə ən uzun müddət olan kraliça seçilib.

 

Doğum tarixi: 21 aprel 1926-ci il (89 yaş)

Kraliça vəzifəsi: 1952-ci ildən

 

Üslubunun əsas xüsusiyyətləri

Uzun
illər hakimiyyətdə olan II Yelizevetanın geyim tərzi hər zaman nümunəvi
olub. Kraliçanın qarderobunu əsasən, birrəngli kostyumlar,
paltar-futlyarlar və əlbəttə ki, şlyapalar tutur. Deyilənlərə görə, II
Yelizavetanın, təxminən 5000 cürbəcür baş örtüyü və şlyapa kolleksiyası
var. Kraliça obrazından başqa, II Yelizaveta  alternativ sadə geyim
üslubunda tez-tez görünür. O, şəhərətrafı gəzintiyə gedən zaman birrəng
paltolarını rəngbərəng pərqu gödəkcələrə dəyişir.

 

Vətənpərvər
kraliça ənənəyə görə, yalnız britaniyalı dizaynerlərdən geyinir.
Müxtəlif illərdə kraliçanın qarderobu üzərində  Hardi Emis, Yan Tomas,
Morin Rouz, Con Anderson və Stüart Pərvin kimi dizaynerlər çalışıb.

 

İspaniya kraliçası Letisiya

İspaniya
kralı IV Filipp  Avropanın ən gənc və yaraşıqlı krallarından biridir.
Bundan başqa onun həyat yoldaşı Letisiya aristokrat nəslin nümayəndəsi
deyil. O, taxtın varisi ilə ailə qurmazdan əvvəl televiziyada jurnalist
kimi fəaliyyət göstərib.

 

Doğum tarixi: 15 sentyabr 1972-ci il (43 yaş)

Kraliça: 2014-ci ildən

 

Üslubunun əsas xüsusiyyətləri

Letisiya
müxtəlif ola bilir. O, kübar tədbirlərə təmkinli klassik kostyumlar,
yaxud da döşəməyə qədər uzanan ziyafət libaslarında gəlir. Yeri
gəlmişkən qeyd edək ki, kraliça paltarının ətəyini nadir hallarda dizdən
yuxarı qaldırır. Çünki protokol qaydalarına əsasən, bu, qadağandır.
Kraliça, adətən, çox açıq pastel rəngləri seçir. Buna baxmayaraq, bəzən
qara geyməyin də əleyhinə deyil. Letisiya krujevalara qarşı da xüsusi
maraq göstərir.

 

Kraliça
gündəlik həyatında özünə rahat geyimlər icazə verir: cins şalvar,
bricilər, puloverlər və boş bluzlar onun qarderobunda özünə yer tapıb.

 

Letisiya
da II Yelizeveta kimi ispan dizaynerlərinə üstünlük verir. Kraliçanın
moda sahəsində pərəstiş etdiyi brend "Felipe Varela”-dır. VI Filippin
gözəl həyat yoldaşı ucuz moda evlərindən geyinməyin də əleyhinə deyil.

 

Danimarka kraliçası  II Marqrete

Danimarka
kraliçası Ülyahəzrət II Marqrete yaradıcılığa olan böyük həvəs və
marağı ilə tanınır. Onun ən sevimli məşğuliyyətləri siyahısında səhnə
tərtibatı, rəngkarlıq, qrafika, tikmələr, kitab illüstrasiyası var.
Müxtəlif illərdə o, balet, dram tamaşaları və teleşoular üçün kostyumlar
və səhnə tərtibatı hazırlayıb, eləcə də, "Üzüklərin hökmdarı" rəsm
seriyasını yaradıb.

 

Doğum tarixi: 16 aprel 1940-ci il (75 yaş)

Kraliça: 1972-ci ildən

 

Üslbunun əsas xüsusiyyətləri

Yaradıcılığa
böyük meyli olan II Marqretennin qarderobunun da səhnə kostyumlarına
yaxın olması heç də təəccüblü deyil. Əlbəttə ki, hakimiyyətdə olduğu
illərdə kraliçanın gözəl və təmkinli geyimləri də olub. Ancaq o,
paltarlarını bəzəkli sancaqlarla, parlaq elementlər, yumşaq xəzlərlə
rəngləndirməyin əleyhinə deyil. Danimarka kraliçası aristokratlara xas
olan lələkli şlyapalar barədə də unutmur. Onu hətta ən əcaib baş
örtüklərində də görə bilərik. Yeri gəlmişkən qeyd edək ki, öz üslubu ilə
həyatsevər kraliça ölkə əhalisinin də rəğbətini qazanıb.

 

İsveç kraliçası Silviya

İsveç
kralı XVI Karlın həyat yoldaşı əla zövq duyumu və xeyriyyəçilik
fəaliyyəti ilə məşhurdur. Kraliça Kral fondunun sədridir, habelə
Beynəlxalq Uşaq Fonduna rəhbərlik edir, həmçinin də əlil idmançılara
kömək edir.

 

Doğum tarixi: 23 dekabr 1943 (72 yaş)

Kraliça statusu: 1976-ci ildən

 

Üslubunun əsas xüsusiyyətləri

Kraliça
Silviya mürəkkəb bəzəklərə, dizdən aşağı geyimlərə üstünlük verir. Onun
geyim üslubunun əsas xüsusiyyətlərindən biri şlyapaların olmamasıdır.
"Həmkarlarından” fərqli olaraq  Silviya baş örtüklərini sevmir. Lakin
saçını taclarla bəzəməyi çox xoşlayır.

 

Belçika kraliçası Matilda 

Belçika
kralı II Albertin həyat yoldaşı Matilda əsl aristokratdır. Onun atası
belçikalı qraf Patrik Anri Dudek  Dakoz, anası isə polşalı qrafinya  Anna Komorovskadır.
Belçika kraliçası ixtisasca psixoloqdur, amma onun əsas vəzifəsi
xeyriyyəçilikdir. Matilda aztəminatlı ailələrə, həmçinin HİV
xəstələrinin müalicəsinə yardım edir.

 

Doğum tarixi: 20 yanvar 1973 (42 yaş)

Kraliça statusu: 2013-ci ildən

 

Üslubunun əsas xüsusiyyətləri

Krliça
Matilda çox sadə, lakin parlaq paltarlara üstünlük verir. Digərlərindən
fərqli olaraq, belçikalı kraliça əlvan rənglər və çiçək naxışları ilə
eksperiment aparmaqdan qorxmur. Üstəlik, krallığın nizamnaməsini pozaraq
dizdən yuxarı ətəklər geyinməyə cəsarət edir. Təəccüblüdür ki, həyat
yoldaşı II Albert onun qısa yubka geyinməsindən qətiyyən narahat deyil.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!