Niyə evlənmirsən, evdəmi qaldın?

Niyə evlənmirsən, evdəmi qaldın?
Qadın dünyası
10.09.2017 15
Ancaq
qohum-qonşunun, ətrafımdakı insanların qınağı, tez-tez bu barədə
soruşmaları mənə çox pis təsir edir. İnsana yazıq kimi baxırlar,
acıyırlar sanki… Belə söz-söhbətlər, "filankəsin qızı evdə qalıb” kimi
ifadələr ailəmi də çox utandırır və mən də özümü günahkar, pis bir şey
etmiş kimi hiss edirəm. Ancaq məni daha çox maraqlandıran ixtisasımda
yüksəlməyim olub. Həmçinin, özümü onunla xoşbəxt hiss edəcəyim bir
insanla qarşılaşmamışam hələ. Cəmiyyətin bu cür düşüncəsini heç cür
qəbul edə bilmirəm”



Bu sözləri söyləyən və bu baxışdan sıxılan Həlimə Ə.-dır. Danılmazdır
ki, ətrafımızda və tanışlarımız arasında onun kimi qızlar çoxdur. Buna
da səbəb çox hallarda karyera qurmağı daha üstün bilmələri və bu müddət
ərzində də ailə qurmaq üçün yaş həddinin keçməsi olur. Digər səbəblərin
də bu məsələyə təsiri olur. Ancaq səbəbindən asılı olmayaraq həmin
qızlar tez-tez "Niyə evlənmirsən, evdəmi qaldın?” suallarına tuş
gəlirlər və bu da onları çox narahat edir. Evliliyi gecikən qadınlar,
evlənə bilməmə üzündən psixoloji problemlərlə üzləşir. Bunda ətrafın
təsiri də açıqca görülür.



"Evdə qalmış qız” statusu.

Cəmiyyət
nəzərində "evdə qalmış” rəftarı görən qızlar narahat olurlar. Məruz
qaldıqları mənfi rəftar qarşısında bəzən təkliyə qapılan gənc qızlar
istəmədikləri kəslərlə evlənmək məcburiyyətində qalırlar. Xüsusilə
adətlərin güclü olduğu Şərq ölkələri bu tətbiq ağırlığını daha çox hiss
etdirir. Evdə qalma qorxusu erkən yaşda evliliklərin də ən böyük
səbəblərindən biridir. Qadınlarla yanaşı kişilər də eyni mənfi baxış
tərzi ilə qarşı-qarşıyadır.



Psixoloq Taryel Farizoğlu ilə xüsusilə qadınların gec ailə qurması və
buna səbəb olan amillər, eyni zamanda, cəmiyyətin həmin qızlara
baxışının psixoloji təsirlərindən danışdıq. Psixoloqun fikrincə,
qızların ailə qurmağı təxirə salması sonradan bir çox problemə yol açır:
"Bu da təbii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu məsələyə
baxışa kimi psixologiyaya bu məqamda mənfi təsir göstərir. Qadınlarda
müəyyən tələbatların ödənilməməsi 30 yaşdan sonra hormonal problem
yaradır. Hətta güclü orqanizmə sahib qadınlarda da bu problemlər özünü
biruzə verir. Zəif orqanizmli qadınlarda isə bu, artıq özünü müxtəlif
xəstəliklərlə göstərir”.



Kiminsə həyatını müzakirə etmək haqqımız varmı?

Bəs cəmiyyətimiz gec ailə quran
qızlar haqqında xoşagəlməz ifadələr işlətmək haqqını hardan alır? Niyə
məhz bunu müzakirə obyektinə çevirməliyik? Bu ki şəxsin öz həyatı və
qərarlarıdır. Bu müdaxilə hansı təsirləri yaradır? Taryel Faziloğlu bu
suallarımıza da aydınlıq gətirdi: "Doğrudur, həmin qadınlar bir tərəfdən
də, cəmiyyətin təzyiqinə məruz qalırlar. Belə ki, cəmiyyətin bu
məsələyə baxışı, qınağı həmişə qızlarda psixoloji gərginlik yaradır. Bu
da onların sinir sisteminə mənfi təsir göstərir. Belə ki, daimi
gərginlik onların sinir sistemində boşalmalar yaradır, əsəb
pozuntularına səbəb olur. Həmin xanım artıq müəyyən müddətdən sonra
əsəbi xarakterli olur, daha kobud davranışlara yol verir. Bu da nəticədə
onu ətrafından, iş yerindən, ümumilikdə cəmiyyətdən soyudur. Bununla da
həmin psixoloji problemlər böyüyərək stressə, depresiyaya gətirib
çıxarır. Bu hal da qadınlarda artıq nəzərə çarpmağa başlayır”.



Yanlış düşüncə tərzi.



Psixoloq
onu da əlavə etdi ki, cəmiyyətin düşüncə tərzi hansı düşüncə sisteminə,
psixologiyaya sahib olmasından çox asılıdır: "Biz Şərq düşüncə tərzinə
malikik. Bizdə fikir yürütmək toplumsal xarakter daşıyır. Bu da
cəmiyyətin düşüncəsinə bir yanlışlığın hakim kəsilməsidir. Beləliklə,
insanlar özlərinə haqq verirlər ki, hər hansı şəxsi qiymətləndirsinlər
və onun haqqında fikir yürütsünlər. Nəticədə də insana cəmiyyətin
fikirlərinin təsiri böyük olur. Avropada fərdi psixologiya tərzi
üstünlük təşkil edir və heç kim heç kimin şəxsi həyatına qarışmır.
Həyatı barədə verdiyi qərarlarda hər zaman haqlı sayılır. Bizim xalqımız
da Şərq psixologiyasını tətbiq etdiyindən bu cür problemlər yarana
bilir. İnsanları adətən istiqanlı, soyuqqanlı kimi qruplara bölürlər.
Biz də ümumilikdə istiqanlı xalqıq və buna görə də, ətrafımızdakı
insanlara, onların həyatına biganə qala bilmirik. Bundan qaynaqlanaraq
da müəyyən fikir bildirməli oluruq”.



Deməli, qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi
sosial azadlıqla bağlıdır. Belə ki, sosial sahədə aktivləşən, ayrı-ayrı
işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi
müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə
həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə
qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur. Bu
da cəmiyyətin gözündən qaçmır və maraq obyekti olur.



Digər səbəblər…

Yarnan
vəziyyət müxtəlif istiqamətlərdə müzakirə və izah olunur. Ailə
məsələləri üzrə mütəxəssislər gənc qızların yaşadığı bu vəziyyəti,
qəbilə və tayfa əlaqələrinin davamı olaraq qiymətləndirir. Onların
fikrincə, problemin sosioloji tərifini isə əmək bölgüsündə yaşa görə
qadın və kişiyə yüklənən rollar şəklində yekunlaşdırır. Müəyyən bir
yetkinlik mərhələsindən sonra evlənə bilməyən kişi və qadınların
cəmiyyətdə "funksiyası xarab” deyə qəbul edildiyini ifadə edən
yetkililər, ənənəvi quruluşda soyun davamının cinsiyyətdəki iş
paylaşmasına bağlandığını xatırladır. Bəhs edilən narahatlığın zaman
içində "anormalitaya” döndüyünə diqqət çəkən professorlar, xariclənən,
təzyiqə məruz qalan və tez-tez görücülərlə həmsöhbət qalan qız və ya
kişinin ictimai çarələr axtarışına başladığını yazır. İçindən çıxılmaz
bir hala düşən qız və kişinin ətrafda problemli olaraq görülməsi
səbəbindən özünə inamlarını itirdiyini izah edən professorlar,
"Möhtərəmliyi itirmə narahatlığı, fərdə mənfi təsir edər, depressiya
kimi sonsuz bir dövrün içinə salar”-deyə bildirirlər. Cinsiyyət və yaşa
söykənən mühakimələr, şəxsin içində olduğu qruplara görə şərh olunmasını
tələb edir.



Eyni zamanda, qadın və kişilərdə evlilik yaşının bölgədən bölgəyə
dəyişdiyini xatırladaraq Şərqdə 20-25 arasında olan evlilik çağının
qərbdə 30-35ə qədər çıxa bildiyini vurğulayır. Evliliyin qadında ictimai
şəxsiyyət və dayaq meydana gətirdiyinə toxunan professorlar, təhsilli
və peşələriylə ayaqları üzərində dayana bilən qadınların evlilikdə
ictimai təzyiqə daha çox dözə bildiyini dilə gətirir. Məsələnin
təməlində ictimai, iqtisadi və mədəni faktorların yatdığını söyləyən
mütəxəssislər Şərq ənənə və adətlərində qadının "namus” baxımından evli
və müəyyən bir kişinin qoruması altında seçildiyini köçürür. Bəzən maddi
imkanların kafi olması bəhs edilən məhdudlaşdırmağı ortadan
qaldırmadığını bildirilərək müasir ölkələrdə belə iqtisadi azadlıqların
qadınların evlənməsində təyin edici faktor sayıldığını xatırladılır.



Qeyd edək ki, bölgələrdə qızlar erkən yaşda ərə verildiyindən artıq
23-25 yaşlı qızları olan ailələr narahat olmağa başlayırlar. Eyni
zamanda, ətrafda da artıq söhbət obyektinə çevirili və səbəblər
axtarılmağa başlanır.



Mütəxəssislər, evliliyi gecikən qadınların yaşadıqları çətinlikləri
bu şəkildə açıqlayır: "Niyə evlənmirsən? sualıyla şəxsin günləri
əziyyətə çevrilər. Bu davranış psixoloji məhdudlaşdırma və böhranı özü
ilə gətirər. Biri ilə evlənmək çox vaxt bəyənilmək mənasını verər. Bu
duyğunu yaşamamanın verdiyi fərdi problemlər ortaya çıxar. Nəticədə
dəyərsizlik və təklik duyğusu depressiyaya səbəb ola bilər”.



Qüruru incinən qızlar.

Evlənə
bilmədikləri üçün problemlər yaşayan qadınlar müvəffəqiyyətli olduqları
sahələrdə özlərini göstərməlidir. Mütəxəssislər xanımlara bəzi hobbi və
fərdi qabiliyyətlərini sərgiləyərək bu vəziyyətdən xilas olmalarını
təklif edir. Sırf evlənmək üçün edilən izdivaclar, yeni məsələləri
bərabərində gətirə bilər. Çünki boşanma halında mal paylaşması, uşaq,
dolanışıqsızlıq və şiddət adamda təmir edilməz təsirlər buraxa bilir.



Dəyişik səbəblərdən evliliyini gecikdirən bəzi qadınlar isə illər
keçdikcə adamın namizəd seçkisində çətinlik çəkdiyini izah edir.
Adlarını gizləyən qızlar bunları söyləyir: "Hər gün ətrafda olmadıq
tənqidlər alırıq. Bu bəzən sözlərlə, bəzi vaxt da zarafat yollu olur”.



Niyə?

Bir
çox şəxsdən də qızların gec ailə qurmalarının səbəbini soruşduq.
Bəziləri bunu şəxsi problemlərin ola bilməsiylə izah etdi. Bəzilərinin
fikrincə isə, uyğun həyat yoldaşı tapmamaq ola bilər.



Bir çoxlarının rəyinə əsasən, bu, bir sıra sahələrdə Avropaya
inteqrasiya etdiyimiz kimi, evlilik məsələsində də onları özümüzə nümunə
götürüməyimizdən irəli gəlir. Bir çox hallarda karyera ilə bağlı
olmasını nümunə gətirdilər.



Həqiqətən də, bir çox qadınlar özlərini işlə, karyera ilə bağlayaraq
şəxsi həyatlarına heç fikir vermirlər. Onlar karyera pilləsində
addımbaaddım yuxarı qalxdıqca arxada qalan şəxsi həyatlarını yaddan
çıxarırlar. Hər bir addım onların şəxsi həyatlarına bir kölgə salır. Hər
bir addımı atarkən qabaqlarına çıxan kişilərdə və ya məhəbbətdə sanki
nəyinsə çatmadığını düşünür və ya vaxt çatışmazlığı ucbatından şəxsi
həyatlarını qura bilmirlər.



İşdə ilk əvvəl hər şeyin yaxşı getdiyini görərək onlar özlərində bir
yüngüllük hiss edirlər. Lakin elə anlar olur ki, adam özünə qapılır,
həyatın mənasızlığını, heç bir stimul olmadığını fikirləşərək, həyatını
göz qabağına gətirir. Beləliklə, real variantları nəzərdən keçirir, hər
bir namizədin üstündən xətt çəkərək "yox” cavabı verir. Ətrafdakıların
bu barədə fikirləşməsi, ailə qurmaq vaxtının çatdığı haqqında söhbətlər
həmin qadınlara toxunur, bu söhbətdən qaçmağa çalışırlar. Həmin
söhbətlərin qarşılığında ancaq bir kəlmə söz deyirlər: "Hələ ki lazımi
namizədi tapmamışam”.

Bu söhbətlərdən təngə gələrək bəzən real namizədlərlə əlaqə saxlamağa
çalışır, lakin son anda bu fikirdən qaçır, birinci addımı atmaqdan
qorxurlar. Beləliklə, bu qadınların günləri illərlə əvəz olunur.

Əlbəttə, bəzi işgüzar qadınlar güclü şəxs axtarmaqla səhvə yol
verirlər. Hər şeyin səbəbi xəyallardadır. Siz ailənin başçısını və
kişini axtarmaqla səhvə yol verirsiniz.



"Ən böyük karyera ailədir”

Müsahibimiz teryel Faziloğlu bu
barədə xanımlara öz məsləhətlərini də verdi: "İstər qadın, istərsə də
kişi üçün ən böyük karyera ailədir. Doğru-düzgün ailə qura bilən və o
ailədə övlad yetişdirə bilən qadın və ya kişi ən böyük karyerasını
qurmuş olur. Karyeraya gəldikdə isə, gözəl bir ailə iş həyatına heç bir
mane törətmir, əksinə ona bir dəstəkdir. Ailə qurmaqdan çəkinmək lazım
deyil. Əsas odur ki, doğru insanla ailə qurasan. Səni başa düşən, hər
zaman dəstək ola bilən bir insanla ailə qurmaq vacibdir. Bilirsiz, olur
ki, xanımın ailə qurmaq yaşı çatır və özü də ailə qurmaq istəyir, ancaq
qarşısına çıxan şəxsi düzgün qiymətləndirmir. Sonra da artıq yaş həddi
artdıqca onu başa düşməyən, ona dəyər verməyən bir insanı seçir və onun
əsirinə çevrilirlər. Ona görə də, zamanında doğru seçim etməkdən
çəkinməsinlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!