Gözəl görünmək istəyənlər

Gözəl görünmək istəyənlər
Qadın dünyası
10.09.2017 14
Payız-qış ayları gələndə daha çox tünd rənglərə üstünlük veririk.



Insanlar bu fəsillərdə özlərini qara və qəhvəyi tonları, tünd göy kimi rənglərdə daha rahat hiss edirlər. Ancaq 2015-ci ilin davamı olaraq 2016-cı ildə də
canlı rənglər, çəhrayı, xardal və yaşıl tonları geyimlərdə öz sözünü
deyir. Bu rənglərin vəhdət daşıdığı kombinlər daha güclü və cəzbedici
görünür. Soyuq və məxməri rənglərin arasına bir iki canlı rənglər
qatmaqla kombini daha maraqlı etmək olar.



Ancaq hər zaman
olduğu kimi ağ-qaranın yaratdığı qrafik naxışlarla bəzədilmiş paltolar,
üst geyimləri bu il də bəyənilən geyim nümunələrindəndir. Söhbət qış
aylarından gedirsə, kürkləri unutmaq olmaz. Ancaq kürkdən sadəcə
yaxalıq, boyun aksesuarı kimi istifadə olunduqda daha iddialı görünür.



Son
olaraq qeyd edək ki, boz rəngin çalarlarının üstünlük təşkil etdiyi
toxunma jaketlər, sviter və koftalar bu qışın əvəz olunmazlarındandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!