2016-cı ilin əsas dəb tendensiyaları

2016-cı ilin əsas dəb tendensiyaları
Qadın dünyası
10.09.2017 11
Yeni ilin gəlişi ilə modabazlar 2016-cı ilin trendləri ilə yaxından maraqlanmağa başlayır.



"Görəsən, bu il nələr trend olacaq?” sualı sizi də düşündürürsə, alış-verişə çıxmazdan qabaq bizim yazı ilə tanış olun. 

 

Dəb
trendləri arasında idman ayaqqabıları, zoğalı  və mavi rənglərin,
həmçinin, kəmər çantaların  da adı çəkilir. Ancaq bu hələ hamısı deyil.
Gəlin, 2016-cı ildə trend olmağa hazırlaşan geyimlərin siyahısını
birlikdə nəzərdən keçirək.

 

Nənə eynəkləri

Çox
vaxt məktəbdə böyük eynək taxan uşaqlara gülürdülər, indi isə bu
aksessuarı taxmaq ayıb sayılmır. Dünyanın hər yerində bütün
modapərəstlər kitabxanaçı nənələrə oxşamağa can atır. Tanınmış model və
stil ikonası Kendal Jenner,  dəb bloqqeri Sonya Esman və digər məşhurlar
"Gucci”-nin böyük çərçivəli eynəklərini böyük həvəslə taxır.

 

Kiçik daban

Bu il
qadınlar gözəllik naminə hündürdaban ayaqqabılarda əziyyət çəkməli
olmayacaq. Bir çox moda evi yaz-yay kolleksiyalarında kiçik dabanlı
ayaqqabılara böyük yer ayırıb. Dizaynerlər bununla sübut etmək
istəyiblər ki, zərif cinsin nümayəndələri hündürdaban ayaqqabı
geyinmədən də şıq görünə bilər.

 

Bantlar

2016-cı
ilin ən iddialı trendi bantlardır. Bu il bantlar ayaqqabılarda,
çantalarda, beldə, saçlarda, bir sözlə, hər yerdə qarşımıza çıxacaq.
Mühafizəkarlar və romantiklər üçün ən optimal variant qalstuk şəklində
 nazik şərflər olacaq. Hətta Ancelina Colinin "Mavi sahil” filmindəki
obrazı romantikadan uzaq olan xanımları da  ruhlandıracaq. 

 

Xalta boyunluq dəbi: qara lentlər

Xalta
boyunbağılar bu il populyarlığın zirvəsində olacaq. Şəhərdə boğazına
qara lent bağlayan qızlar görsəniz, təəccüblənməyin. Çünki modanı təqib
edən qızlar bu elementin trend olduğunu yaxşı bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!