Özünüzə nə qədər inanırsınız? - TEST

Özünüzə nə qədər inanırsınız? - TEST
Qadın dünyası
10.09.2017 7
1. Ümumiyyətlə...

A) Çox utancağam.

B) Bir az utancağam.

C) Utancaq deyiləm.



2. Ümumiyyətlə...

A) Sevilən bir adam deyiləm.

B) Az sevilən adamam.

C) Çox sevilən adamam.



3. Gördüyüm bütün işləri...

A) Demək olar ki, həmişə çox pis görürəm.

B) Bəzən pis görsəm də, bəzən yaxşı görürəm.

C) Demək olar ki, heç vaxt pis görmürəm.



4. İstədiyim bir şeydən...

A) Demək olar ki, çox vaxt imtina edirəm.

B) Bəzən imtina etsəm də, bəzən imtina etmirəm.

C) Demək olar ki, heç vaxt imtina etmirəm.



5.Dərs danışmağa qalxanda...

A) Bildiklərimi danışmaqda çox vaxt çətinlik çəkirəm.

B) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.

C) Bildiklərimi danışmaqda heç vaxt çətinlik çəkmirəm.



6. Dostlarım arasındakı oyunlarda...

A) Demək olar ki, heç vaxt iştirak etmirəm.

B) Bəzən iştirak etsəm də, bəzən iştirak etmirəm.

C) Demək olar ki, həmişə iştirak edirəm.



7. Hər hansı bir yarışda iştirak etməyi...

A) Demək olar ki, heç vaxt istəmirəm.

B) Bəzən istəsəm də, bəzən istəmirəm.

C) Demək olar ki, həmişə istəyirəm. 



8. Haqsızlığa mərz qalanda...

A) Demək olar ki, haqqımı heç vaxt müdafiə etmirəm.

B) Bəzən müdafiə etsəm də, bəzən müdafiə etmirəm

C) Demək olar ki, haqqımı həmişə müdafiə edirəm.



9. Mənə hər hansı bir məsuliyyət vermək istədikdə...

A) Demək olar ki, heç vaxt qəbul etmirəm.

B) Bəzən qəbul etsəm də, bəzən qəbul etmirəm.

C) Demək olar ki, həmişə qəbul edirəm.



10. Hər hansı bir qərar qəbul etməkdə...

A) Demək olar ki, həmişə çətinlik çəkirəm.

B) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.

C) Demək olar ki, heç vaxt çətinlik çəkmirəm.



Cavab:

C-bəndi çox olarsa:

Verdiyiniz cavablardan özünüzü ifadə edə bilən,
həmişə müsbət düşünə bilən, bir sözlə özünəinamı yüksək olan bir insan
olduğunuz başa düşülür. Əsas diqqət yetirməli olduğunuz məsələ
özünəinamla təkəbbürü bir-birinə qraışdırmamaqdır. Əgər bu tarazlığı
həmişə qoruya bilsəniz, həyatda da həmişə uğur qazanacaqsınız. Uğurlaq!



B cavabı çox olarsa:

Suallara verdiyiniz cavablardan belə məlum olur ki, çox ciddi bir
özünəinam problemi yaşamasanız da, az da olsa, bu problemlə qarşı
qarşıyasınız. Ona görə də, ilk növbədə, bir qərar qəbul etdərkən çox
diqqətli olmalısınız. İkincisi isə qəbul etdiyiniz qərarları tətbiq
etməkdə çox təmkinli olmalısınız. Beləliklə, özünüzə olan inamın daha da
artacağını görəcəksiniz. Uğurlar! 



A cavabı çox olarsa:

Başqalarının bizim haqqımızda dedikləri təriflər və ya tənqidlər
bizə təsir göstərir. Məsələn əgər biz haqqımızda tərif eşitsək, sevinir,
tənqid eşitsək, kədərlənirik. Halbuki, tənqid də öz-özlüyündə qərəzli
və qərəzsiz olmaqla iki cür olur. Təbii ki, əgər tənqid qərəzsizdirsə,
bu əslində bizim üçün faydalıdır. Ancaq söhbət ikinci tənqiddən gedirsə,
əlbəttə ki, bu zərərlidir. Ən azı ona görə ki, belə tənqidlər zaman
keçdikcə insanda özünəinamı itirməsinə gətirib çıxarır. Ona görə də
başqalarının bizim haqqımızdakı qərəzsiz tənqidlərini dinləməli, ancaq
qərəzli tənqidlərini qulaq ardı etməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!