Təhlükəli qadınlar

Təhlükəli qadınlar
Qadın dünyası
10.09.2017 20
Cəmiyyətdə
"təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə
adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı
səbəblər yatır? Gəlin bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini
birlikdə nəzərdən keçirək.

Beləliklə, təhlükəli hesab edilən qadınların 10 xüsusiyyəti bunlardır:



1. Ürəkləri istədiyi kimi geyinirlər

Onların
qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi
geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də
narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə
salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal
kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər
adamın bacaracağı iş deyil.



2. Hər şeyi böyük həyəcan və ehtirasla edirlər

Hər
şeyi böyük həvəs və həyəcanla edirlər. Kişilər bu cür qadınların
yanında özlərini rahat deyil, canlı hiss edirlər. Münasibətdə olduqları
kişiyə macəra və həyəcan dolu sevgi bəxş edirlər. Əgər rahatlıq
axtarırsınızsa, bu qadınlardan uzaq durun. Çünki, yəqin ki münasibətiniz
alınmaz və bu qadınlar sizi daha tez tərk edərlər

 

3. Xilas gözləyən balaca qızcığaz olmaq onlara uyğun deyil

Kişilər
qəhrəman olmağı sevirlər. Bunu yaxşı bilən qadınlar da özlərini xilas
olmağa ehtiyacı olan qızcığaz roluna salmağı sevirlər. Lakin, bizim
danışdığımız qadın tipi bunu etməyi heç ağlına da gətirməz. O, buna
alçalmaq kimi baxır və özü güclü olmağı sevir. Onunla olmağı seçən kişi
də bunu bilərək münasibətə başladığı üçün güclü şəxsiyyətə malik bir
insan olur. Belə qadınlar heç kimin iradəsiylə hərəkət etmir və
seçimlərinə 100 faizlik hörmət tələb edirlər. Onları kiminsə
yönləndirməsi mümkün deyil.

 

4. Diqqət çəkirlər

Qadın
nə qədər gözəl olursa olsun, özünə inamı yoxdursa, heç vaxt diqqət
çəkməyəcək. Lakin özünə inamı yüksək olan qadınlar hər yerə işıq kimi
yayılırlar. Onların gəzişi, davranışları və səslərindəki inam
qıvılcımları hər kəsin diqqətini çəkir. Bu qadınlar ilk görüşdən insanda
çox böyük təəssürat yaratmağı bacarırlar.

 

5. Hər şeyi konkret və açıq deməyi bacarırlar

Özlərini
ifadə etməklə bağlı problemləri yoxdur və simalarını heç vaxt
gizlətmirlər. Onları olduqları kimi qəbul etmədiyiniz halda, həyatlarına
daxil ola bilməzsiniz. Bir çox insan yalanı sevmədiyini desə də,
qarşılarına açıq sözlü insanlar çıxdıqda qaçmağı üstün tuturlar.



6. Mübarizdirlər

Keçmiş
onlar üçün ancaq bir şeyə görə dəyərlidir – bu gün olduqları insanı
formalaşdırdığı üçün. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, heç
vaxt mübarizə etməkdən əl çəkmirlər. Həyatdakı bir çox şeyin dəyərini
bilməyi öyrəniblər. Onları incidən insanlardan da çox şey öyrənməyi
bacarıblar və nə qədər yıxılsalar da, mütləq qalxmaq üçün özlərində güc
tapırlar.

 

7. Sevgiləri də güclüdür

Bu
qadınlar qarşılarındakı insanı olduğu kimi qəbul edib, sevməyi
bacarırlar. Onlar kimisə dəyişdirməyə çalışmır, sevdikləri insanla
qarşılıqlı və böyük sevgi yaşayırlar. Özləri qədər sevgiləri də
güclüdür.

 

8. Eqoizmə deyil, fədakarlığa inanırlar

Onlar
eqoist deyillər, sevdikləri insanlar üçün planlarını dəyişdirmək gücü
tapacaq qədər güclü və cəsarətlidirlər. Fədakarlıq etmək onlar üçün
alçalmaq deyil. Əgər bir şeyin doğruluğuna ürəkdən inansalar, həmin şey
üçün hər şeydən keçməyə hazırdırlar.



9. Sizə bir çox şey öyrədə bilərlər

Əgər
eqonuz şişkindirsə və qadının sizə nəsə öyrətməsini qəbul etməyi
özünüzə sığışdırmırsınızsa, bu qadınlar sizlik deyil. Hətta siz onlarla
bir yerdə olmaq istəsəniz də, bir addımlıqlarına da yaxınlaşa
bilməzsiniz. Bu qadınlar özünə inamı olan və hər şeyə açıq olan güclü
kişilərin yanında olurlar. Siz onlardan həyata dair mütləq nəsə öyrənə
bilirsiniz.



10. Hissləri güclüdür


qədər güclü olsalar da, onlar öz hisslərinə təslim olmağı da
bacarırlar. Təhlükəli qadınlar təbii olan heç nəyi ayıb hesab etmirlər.
İncidikdə ağlamağı da bacarır, lakin daha sonra mütləq qəti qərarlar
qəbul edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!