Qadınlar haqqında maraqlı məlumatlar

Qadınlar haqqında maraqlı məlumatlar
Qadın dünyası
10.09.2017 6
Ərli qadınlar kökəlməyə meylli olrlar

Araşdırmalar
göstərir ki, ərdə olan xanımlar subay həmyaşıdları ilə müqayisədə orta
hesabla 1,5 kiloqram artıq çəki yığırlar. Araşdırmalarda qeyd olunur ki,
əgər ərli qadının uşağı da varsa, onda artıq çəki 3,3 kiloqrama çatır.
10 il ərzində 18-23 yaş arası 6000 qadın arasında aparılan araşdırma
göstərib ki, 10 il ərzində ərli qadın 5,6, onun uşağı da varsa, 7,4
kiloqram artıq çəki toplayır.

Mütəxəssislər
bunu həmin xanımların özlərinə daha az vaxt ayırması ilə əsaslandırır.
«Ailələi xanımların idman zallarına baş çəkməyə və digər bu kimi işlərə
vaxtı qalmır. Onlar əksər hallarda rasional qidalanmaya da fikir
vermirlər», - deyə mütəxəssislər bildirir.



Kişilər agıllı qadınları sevmirlər.

Son
sorğular göstərir ki, kişilər səfeh, lakin gözəl qadınlara üstünlük
verirlər, nəinki ağıllı, lakin eybəcər olanlara. Belə ki, rəyi soruşulan
kişilərin 73%-i etiraf edib ki, onlar ağıllı yox, gözəl qadınlarla
görüşməyə üstünlük verərdilər: qoy, qadın səfeh, amma cazibədar olsun.
Daha maraqlı məqam isə ondan ibarətdir ki, hər 10 kişidən 8-i ağıllı
qadınlardan qorxduğunu boynuna alıb.

Qadınlarda
isə vəziyyət fərqlidir. Rəyi soruşulan hər 10 xanımdan yalnız 1-i
kişilər kimi düşünür. Buna səbəb isə «yaraşıqlı kişilərlə seksin daha
yaxşı alınmasıdır». Qalan xanımlar daha çox ağıllı kişilərə üstünlük
verirlər.

 

Qadının gözəlliyi seçdiyi peşədən asılıdır.

Alimlər
müəyyənləşdiriblər ki, qızların dərisinin xarici görünüşü və ümumi
vəziyyəti seçdikləri peşədən çox asılıdır. Xüsusilə də son zamanlarda
qadınlar arasında atopik dermatit və neyrodermit kimi xəstəliklər daha
geniş yayılmaqdadır. Bir neçə il davam edən təcrübələrdə 4000-dən çox
könüllü iştirak edib. Məlum olub ki, dərilərin daha çox allergik
reaksiya göstərdiyi mexanizmlər yeniyetmə yaşlarında formalaşır. Bunun
daha kəskin hal almasına isə kimyəvi dezinfeksiya vasitələri və
milçəklər səbəb olur. Əgər xanımlar seçdikləri peşəyə görə bu amillərlə
daha tez-tez rastlaşırsa, bu özünü onun dərinin xarici görünüşündə
mütləq büruzə verir. Bağçaya gedən qızlarda neyrodermit xəstəliklərinin
inkişafı üçün lap erkən vaxtlarından münbit şərait yaranır. Daha çox
dəri problemləri ilə isə tibb bacıları, xadimələr, çörək bişirənlər
rastlaşırlar.

 

Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar.

Amerikalı
alimlər müəyyənləşdiriblər ki, yalan danışmaq qadınları təkcə
utandırmır. Onları həm də yalan danışdıqdan sonra tez-tez dodaqlarını
sabunla yumağa məcbur edir. Miçiqan universitetinin alimləri tərəfindən
aparılmış təcrübələrdə 87 könüllü iştirak edib. Onlar gah yalan
danışmalı, ya da düzünü söyləməli idilər. Məlum olub ki, yalan danışmağa
məcbur olanlar tez-tez dodaqlarını yalayırlar. Yalan danışan qadınlara
testdən keçəndən sonra əlləri və ağızı silmək üçün yeni vasitələri almaq
təklif edilib. Yalan danışan xanımlar bu vasitələri böyük həvəslə
alaraq ona istənilən qiyməti verməyə hazır olduqlarını açıqlayıblar.
Lakin düz danışan xanımlar bu vasitələrə ehtiyac duymayıblar.

  

Qəhvə qadın orqanizmi üçün çox vacibdir.

Amerikalı
alimlər apardıqları araşdırmalar zamanı belə bir nəticəyə gəliblər ki,
qəhvə qadın orqanizminin normal fəaliyyət göstərməsi üçün vacibdir.
Təcrübələrdə 84 min qadın və 42 min kişi iştirak edib. Həkimlər onlar
üzərində 25 il müşahidə aparıblar. Təcrübə göstərib ki, gün ərzində ən
azı 2 fincan qəhvə içən qadınlar digərləri ilə müqayisədə 25 faiz az
ürək xəstəliklərinə tutulurlar. Qəhvə sevənlər digərləri ilə müqayisədə
18 faiz az bu cür xəstəliklərdən dünyasını dəyişirlər. Qəhvənin müsbət
təsir göstərmədiyi yeganə xəstəlik xərçəngdir. Bundan əlavə, qəhvədən
müntəzəm olaraq istifadə erkən ölümə gətirib-çıxarmır. Qəhvənin
tərkibində ürək-damar sisteminin fəaliyyətini gücləndirən, astma risqini
azaldan taninlər və antiturşular var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!