Bu ölkədə qadınların bir neçə əri olur

Bu ölkədə qadınların bir neçə əri olur
Qadın dünyası
10.09.2017 7
Dünyanın
əksər yerlərində qadınların monoqamikliyi ilə bağlı fikirlər mövcuddur.
Bəzi ölkələrdə kişilərin bir neçə qadınla evlənməsi bu düşüncənin hakim
olmasına səbəb olub. Poliqamiya
ittifaqları indiyə qədər dünyanın müxtəlif guşələrində mövcuddur.
Hindistandakı ən böyük ailə buna misal ola bilər. Həmin ailədə 1 kişinin
39 arvadı və 95 uşağı var.

Lakin
Tibet bu məsələdə ziddiyyət təşkil edir. Bu məkanda mövcud olan qədim
ənənə qadınların monoqamikliyi haqqında fikirləri alt-üst edir.

 

burada çoxdan qızların ailənin bütün qardaşlarına ərə getməyi qəbul edilib.

Tibet
ailələrində münasibətlər çox qəribədir. Uzun illər mövcud olmuş ənənəyə
əsasən, ailədə böyük oğul özünə arvad seçir. Ailənin digər oğlan
övladları isə böyük qardaşın aldığı qadının əri sayılırlar.  

 

Bu, müvəffəqiyyət hesab edilir. Hesab edilir ki,  qadının çox ərə malik olması ailənin zəngin olması deməkdir.

Qadınlara
gəlincə, münasibətlərin belə modeli onları tamamilə qane edir. Burada
zərif cinsin nümayəndələri ərlərindən hər birini sınayır. Evdəki bütün
kişilər onu öz xarakterləri, işgüzar olmaları ilə bağlı razı salmağa
çalışır.

 

Evdəki
kişilərdən hansı daha çalışqandırsa, ailənin xeyirinə işləyirsə, o daha
çox şans qazanır. Əgər ər ailənin ümumi mənfəətinin qayğısına qalmırsa,
arvad hətta onu evdən qova bilər.

 

Tibet
qızları özlərinin eşq sərgüzəştləriylə fəxr edirlər. Çünki sevgililəri
onlara tez-tez xüsusi sikkələr hədiyyə edirlər. Bundan hazırlanan
boyunbağı xanımın müvəffəqiyyətinin ölçüsü hesab edilir. Qadının nə
qədər daha çox sikkəsi olsa, o qədər qibtə oyadan gəlin sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!