Aralıq dənizi gözəlinin stilindən həzz alın!

Aralıq dənizi gözəlinin stilindən həzz alın!
Qadın dünyası
10.09.2017 31
Bloq açdı, ulduzu parladı

 

Son
illərin ən populyar stil ikonası italyan model və moda bloqqeri Kiara
Ferranidir. 2009-cu ildə "The Blond Salad” adlı bloqunu yaradan Kiara
qısa müddətdə gözlənilməz uğur qazandı.

 

İki
il sonra artıq 1 milyon insanın təqib etdiyi bloqu sayəsində Kiaranın
həyatı kökündən dəyişdi. 2011-ci ildə "The New York Times” onu "İlin ən
yaxşı çıxışını edən ulduzu” adlandırdı.

Gözəl
bloqqerin bu günə kimi 12 milyondan çox insanın tərzinə təsir etdiyi
deyilir. Kiara 2013-cü ildə "İlin ən yaxşı bloqqeri” mükafatına layiq
görülüb. Model daha sonra italyan dilində yazdığı bloqunun adını daşıyan
kitab da çıxarıb.

 

Kiçikboylu xarizmatik sevgili

Kiaranın
bu uğurları qazanmasında qüsursuz fiqurasının və mükəmməl üz
cizgilərinin rolunu danmaq olmaz. Ancaq onun karyera pillələrini sürətlə
qalxmasında fotoqraf və satış meneceri sevgilisi Rikardo Potsolinin də
rolu böyük olub.

 

Boyu
Kiaradan bir qarış qısa olsa da, Rikardo xarici gözəlliyi və şıqlığı
ilə sevgilisinin kölgəsində qalmaqdan qurtulub. Eynilə Kiara kimi
gözqamaşdıran Rikardo sevgilisinin bloqunun tanınması üçün əlindən gələn
hər şeyi edib. Təəssüf ki, cütlüyün eşqi davamlı olmayıb. Onlar artıq
ayrılıb, lakin Rikardo işlə bağlı olaraq Kiara ilə görüntülənə
biləcəyini və düşmən olmadıqlarını hər fürsətdə dilə gətirir.

Brendlərin göz bəbəyi

 

Ferrani
gözlədiyindən də tez bir müddətdə dünyaca məşhur brendlərin diqqətini
çəkməyi bacarıb. 29 yaşlı gözəl model bir neçə il "Guess” markasının
siması kimi fəaliyyət göstərib.

"Christian
Dior”, "Louis Vuitton”, "Max Mara”, "Chanel”, "Tommy Hilfiger”, "Runny
Green” "Booghers”, "J Brand”  də onunla əməkdaşlığa can atan moda
evləridir.

"Cartier”,
"Dolce & Gabbana” kimi məşhur brendlərlə əməkdaşlıq edən gözəl
ulduz, "Levis’” brendi üçün isə xüsusi kolleksiya hazırlayıb.

 

Lakin
Kiara bunlarla kifayətlənməyəcək qədər ağıllı və işgüzar qadındır. Elə
buna görə də, o, çox keçmədən bloqunun adını daşıyan "The blonde salad”
brendini yaradıb. Bu ayaqqabı markasının məhsullarının qiyməti heç də ən
məşhur brendlərin qiymətindən fərqlənmir. 2010-cu ildə ilk
kolleksiyasını çıxaran markanın maraqlı babetləri daha çox diqqət çəkir.

 

Müasirliklə retronun hüdudunda

Kiara
Ferrani mütamadi olaraq əsas dəb şəhərlərini gəzir. Heç bir moda
həftəsini qaçırmayan gözəl Paris, Milan, Nyu-York kimi şəhərlərdə
çəkdirdiyi fotoları ilə izləyicilərinin rəğbətini qazanır.

Onun
hazırladığı "look”lar hər bir xanımın diqqətini çəkməyi bacarır. Müasir
trendlərlə retro stilinin harmoniyasını yaradan novator dəb ilahəsi,
xüsusilə, 70-80-ci illərin tərzindən ilham alır.

 

Retro çanta, ayaqqabı və aksessuarlar Kiaranın vaz keçilməzləri arasındadır.

Çoxları onu "anti-ikona” da adlandırır. Buna səbəb gənc bloqqerin moda qanunlarını tapdalamasıdır.

Məsələn,
Kiaradan öncə heç kim uzun və şıq libasları idman ayaqqabısı ilə
geyinməyə cəsarət etmirdi. Ancaq indi ağ ketalarla uzun libas kombininin
möhtəşəmliyini heç kəs dana bilmir. Çünki Kiara şıq görünmək üçün
qəlibləşmiş qanunlara ehtiyacımız olmadığını göstərdi.

 

Kiara
rəngarəng geyinməyi sevir. Bunu küçə stilində hiss etdirsə də,
dəbdəbəli gecələrdə tək rəngə üstünlük verir. Qara, qırmızı, mavi,
narıncı onun ən sevdiyi rənglərdir. Solğun rənglərlə al-əlvan rəngləri
qarışdırmağı, onlar arasında uyğunluq tapmağı xoşlayır. Cəsarətli
seçimlər etməsinə baxmayaraq, onun hazırladığı "look”lar insanın gözünü
yormur. Əksinə, insan bir rəsm əsərinə baxdığını zənn edir və zövqlü
geyinməyə həvəslənir.

 

Al dodaqlar, seksual baxışlar…

Kiara
gəncliyinə və gözəlliyinə arxayın olduğu üçün təbii görünməyə can atır.
Çox vaxt hiss edilməyəcək dərəcədə az makiyaj edir. Mavi gözlərini
qəhvəyi göz kölgəsi ilə vurğulayır. Dodaqlarını isə geyiminə uyğun
olaraq bej və ya qırmızı rəngə boyayır. Xüsusilə, qırmızı dodaq boyasını
özünə çox yaraşdırır.

 

Saçlarda
da sadə və təbii görünən düzümləri seçir. Xəfif dalğalar verdiyi
saçlarını çox vaxt açıq saxlayır. Bəzən də hörüklərlə bir növ
zərifliyini vurğulayır.

İtalyan gözəlin stilindən ilham almaq üçün təqdim etdiyimiz fotolara mütləq nəzər salın.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!