Xaki fevral və mart ayının əsas rəngi olacaq

Xaki fevral və mart ayının əsas rəngi olacaq
Qadın dünyası
10.09.2017 35
Zərif çəhrayı, eləcə də soyuq mavinin yaz-yay aylarının əsas rənglərindən biri olacağı deyilir. Lakin yaza hələ çox var.

 

fashion-ekspertlərin
fikrincə, havalar istiləşənə qədər dəb gündəmini xaki rəngi zəbt
edəcək. Onların fikrincə, fevral və mart aylarında xaki rəngi aktual
olacaq. İndi xakinin müxtəlif çalarları açıq qəhvəyi tonlarının ciddi
rəqibi hesab edilir!

 

Məlum
olduğu kimi, açıq qəhvəyi,  karamel, pastel və bej çalarları universal
sayılır. Çünki onlar, demək olar ki, hər rənglə uyğunlaşır və istənilən
hadisə üçün münasibdir. Açıq çalarlar, əlbəttə, qaralmış dəridə qəşəng
görünür. Lakin qışda bu rənglər bənizinizi solğun göstərə bilər.
Stilistlər bildirirlər ki, soyuq qış aylarında açıq qəhvəyini xaki ilə
əvəz etsək, uduzmarıq. Bu rəng obrazınızı da iddialı göstərəcək.

 

Xakinin
də öz növbəsində müxtəlif çalarları var: xardal rəngindən tutmuş,
yaşıla çalan qəhvəyiyə qədər. Ona görə də hər kəs öz zövqünə münasib
olan rəngi seçə biləcək.

 

Bu
rəngin tünd variantları, xüsusən, axşam mərasimlərində gözəl
görünürlər. Xaki açıq qəhvəyidən fərqli olaraq, sizi bir-iki yaş daha
cavan göstərir. Nəhayət, xaki daha müasir və dəbli görünür.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!