Müasir qadının 12 etiket qaydası

Müasir qadının 12 etiket qaydası
Qadın dünyası
10.09.2017 7
"Əlini
cibinə qoyma, ağzını marçıldatma, sakit səslə danış...” Valideynlərin
tərbiyəli qız yetişdirmək üçün nələr çəkdiyini bir Tanrı bilir. Nümunəvi
xanım obrazı, kübar davranış qaydaları illərdən bəri dəyişmir. Amma
illər keçdikcə, yeni qaydalar yaranır.

 

Əl sıxmaq

Sizin
xoşunuza gəlsə də, gəlməsə də, kişilərin də olduğu bu dünyada özünü
rahat hiss etmək üçün onların qaydaları ilə yaşamaq lazımdır. Heç
olmasa, hərdən. Üstəlik, bəzən bu, heç də çətin olmur. Əl sıxmağı misal
göstərmək olar. XXI əsrdə hamı bir-birinin əlini sıxaraq salamlaşır.
Bəzən isə əllə salamlaşmaq yanaqda öpüşlə müşayiət olunur. Lakin yaxın
olmadığınız biriylə əllə salamlaşmaqla kifayətlənin.

 

Biznes-aksessuarlar

Vizit
kart, portmanat gündəlik qeyd dəftəri dövrümüzün iş adamı üçün ən
lazımlı əşyalardır. Biznes-aksessuarların vahid üslubda olması xüsusilə
alqışlanır. Vizit kartlarının hər zaman dolu olmasına nəzarət edin. Əks
halda, ən vacib məqamda çətin vəziyyətə düşə bilərsiniz.

 

Telefonla söhbətlər

Aydındır
ki, gün ərzində mütəmadi olaraq telefon əlaqəsi saxlayırıq. Lakin
telefonla danışmağın da bir qaydası var. Məsələn, ofisdə ancaq vacib
zənglərə cavab vermək lazımdır. Rəfiqənizlə alış-veriş barədə müzakirə
və söhbətləri ofis telefon ilə, üstəlik, yüksək səslə və uzun-uzadı
danışmaq ədəbsizlikdir. Bundan əlavə, mobil telefonun səsini aşağı
etməyi unutmayın. Çünki zəng səsi iş prosesinə mane olur. Çox güman ki,
telefonun səsini işgüzar görüşlər, kino və teatrda azaltmaq lazım
olduğunu bilirsiniz.

İşgüzar yazışmalar

Elektron
poçtunuzu günün istənilən vaxtı yoxlaya bilərsiniz. Lakin işgüzar
məktubları iş saatının başlamasından iki saat əvvəl və iş gününün başa
çatmasına bir saat qalmış göndərmək yerinə düşərdi. Qəribə ola bilər,
ancaq nə etməli, müasir etiket qaydaları bunu tələb edir.

 

Lanç

Ola
bilsin ki, qidalanma rejiminə dəqiqliklə əməl edir, yeməyi həmişə
özünüzlə gətirisiniz. Lakin müasir davranış qaydalarına görə, ofisə pis
iylənən yeməkləri gətirmək müsbət qarşılanmır.

 

Saç düzümü və makiyaj

Saç
və makiyajı qaydaya salmaq üçün xüsusi otaqlar var. Bütün işçilərin
yanında dodaqları rəngləmək, saç daramaq heç etik deyil. Birincisi, bu,
ədəbsizlikdir, ikincisi isə bu, bir növ intim münasibətlərə eyhamdır.
Otaqda olan əks cinsin nümayəndələri bu hərəkəti birmənalı qarşılamaya
bilər. Özünüz haqqında mənfi rəy yaratmaq nəyə lazımdır?

 

Masa arxasında

Davranış
qaydalarına görə, yeməyə bütün qonaqlar masa ətrafında əyləşib öz
yerini tutandan sonra başlamaq lazımdır.  Salfeti dizin üstünə qoyun,
iştahla və səssizcə yeyin.  Əgər bu, asiyalı tərəfdaşlarla işgüzar
nahardırsa, siz yeməyi arxayınlıqla və ləzzətlə yeyə bilərsiniz. Onlar
sizi anlayacaq. Pəhriz haqqında da danışmaq fikrinə düşməyin. Bir də,
boşqabla telefonu yanaşı qoyun, ekranı isə əks ərəfə çevirin. Bu
zaman  gələn bütün zəng və mesajlara görə narahat olmayacaq və dərhal
cavab verməyəcəksiniz. Lakin diqqətcil imic yaratmaq üçün hərdən bir ona
nəzarət edin.

 

İctimai nəqliyyatda

İctimai
nəqliyyatda smartfonda filmə baxa, kitab oxuya, başqalarının
söhbətlərinə qoşula  bilərsiniz, amma heç bir halda saqqız çeynəməyin.
Hətta çox ac olsanız belə, avtobusda alma, buterburod, cipsi və s.
qidalar yeməyin. Açığı, bu, estetik və ən əsası, faydalı deyil. Özünüz
də yaxşı bilirsiniz ki, nəqliyyatda nəsə yemək adamı qıcıqlandırır.
Yadda saxlayın ki, yemək özü bir mədəniyyətdir. O gözəl və sakit
atmosferdə, həm də böyük məmnuniyyətlə yeyilməlidir.

 

Çanta

Harada
olmağınızdan asılı olmayaraq, çantanı heç zaman dizin üstünə qoymayın.
Kafedə çantanı stola birləşdirmək üçün xüsusi qarmaq alın. Çanta üçün
qarmaqlar həm  ucuz, həm də gözəl görünür. Nəfis klatçı masanın üstünə
qoymaq yerinə düşər. Portfeli isə müasir və aristokrat xanımlar, adətən,
döşəməyə qoyur. Onlardan nümunə götürün.

 

Söhbət üçün mövz

İllər
keçir, qaydalar isə dəyişmir. Yarım əsr əvvəl də, indi də ictimai
yerlərdə həmkarlar və tanışlarla söhbət zamanı seks, maaş kimi məsələlər
haqqında danışmaqdan çəkinmək lazımdır. Üstəlik, məclisdə olan hər
hansı adam haqqında danışmaq da olmaz. Çünki hamı elə hiss edəcək ki,
siz sanki onun barəsində dedi-qodu edirsiniz. Belə hal yalnız ekranda
cəlbedici görünə bilər, lakin real həyatda heç kim başqalarının
pıçıldaşmasını görmək istəmir.

 

Çox sağ olun!

Şübhə
etmirik ki, siz nəzakətli xanımsınız və lazım gələndə "çox sağ ol”
deməyi unutmursunuz. Lakin yadınızda saxlayın ki, bu və ya digər sözü
tez-tez təkrarlamaqla onun mənasını qiymətdən salırsınız. Hər xırda
köməyə görə, təşəkkür etmək lazım deyil. Bu sözü sonda və bir dəfə demək
kifayətdir.

 

Cazibə

Hətta
işgüzar görüşdə də qadın olduğunuzu unutmayın. Lakin bu zaman durmadan
gülümsəmək və naz etmək lazım deyil. Yoxsa kişilər bunu eşqbazlıq kimi
qəbul edəcək. Yad insanlarla dəyişməz səs tonunda və sakit üz ifadəsi
ilə söhbət etmək normal qəbul olunur. Ancaq yeri gələndə və öz
əzəmətinizi saxlamaq şərtilə, gülümsəmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!