Cəmiyyət qaçırılan qızları sevmir?

Cəmiyyət qaçırılan qızları sevmir?
Qadın dünyası
10.09.2017 10
Poçtumuza gələn sualları hüquqşünas Kamran Məmmədov, psixoloqlar Elnur  Bayramov və Arzu Cavadova cavablandırırlar.

Asya Hüseynova: Qaçırılan qızlarda psixoloji problem yaranırmı?

Psixoloq
Elnur Bayramov: Qaçırılan qızların çoxu qarşılıqlı razılıq əsasında bu
addımı atır. Əgər zorla qaçırılıbsa, əks cinsin nümayəndəsini, yəni
"əri”ni sevmirsə və onunla bir yerdə yaşamaq məcburiyyətindədirsə, təbii
ki, psixoloji narahatçılıq və gərginlik davamlı olaçaq.

Ola bilər, uşaq doğulduqdan
sonra gərginlik nisbətən yumşalsın. Qadın zərif məxluqdur, güclü çinsin
nümayəndəsinə etibar edir. Ondan güc tətbiqi gördükdə inam və etibar
hissi azalır. Bu güvənsizlik onu bütün həyatı boyu müşayiət edə bilər.

Seymur Ələkbərzadə: Qaçırılmalarla qurulan izdivacların boşanma ehtimalı nə qədərdir?

Psixoloq Elnur Bayramov: 50 il bundan öncəyə qədər rayonlarımızda da, şəhərlərdə də qaçırılma ilə qurulan ailələr
normal yolla qurulan ailələr kimi qəbul edilirdi. İnsanlar qız
qaçırılmasına o qədər adi baxırdılar ki, sanki bu belə də olmalıdır.

Amma
son dövrlər qaçırılma ilə qurulan ailələrdə boşanmaya meyl artır. Təbii
ki, söhbət məcburi qacırılmadan gedir. Bunun səbəbləri informasiya
bolluğu, gender bərabərliyinin güclənməsidir.

Sahilə Fərmanqızı: Qaçırılan qız ata evinə qayıtmaq istəyəndə cəmiyyətin qınağı niyə sərt olur?

Psixoloq
Elnur Bayramov: Bu adət-ənənədən, milli mentalitetdən irəli gəlir.
Əvvəllər belə bir ifadə var idi, bəzi bölgələrdə bu gün də qalıb: "Ər
evi, gör evi”. Əgər qız qaçırılıbsa, əlinə bir kişi əli dəyibsə məhz
onunla yaşamalı, evlənməlidir. Bir fərdin səhv düşüncəsi və fikri
cəmiyyəti yönəldə bilir. Bu sterotipi aradan qaldırmaq gərəkdir. 10 il,
20 il, bəlkə də 50 il istəmədiyin, sevmədiyin, qəbul etmədiyin birisi
ilə yaşamaq dözülməzdir.

Xəyal Sarıyev: Əgər mən qız qaçırsam bu, adam oğurluğu hesab olunurmu?

Hüquqşünas
Kamran Məmmədov: Bir insanı zorla, əl-qolunu bağlayaraq istəmədiyi bir
şeyə məcbur etmək, qaçırmaq cinayətdir. Qız şikayətçi olmasa, qanunla bu
cinayət sayılmır. Şikayət edərsə, qarşı tərəf Cinayət Məcəlləsinin
144.1 maddəsi ilə mühakimə edilir.

Adam
oğurluğuna görə cəzanı nəzərdə tutan bu maddəylə qız qaçıranı 5 ildən
10 ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir. Cinayət Məcəlləsinin
144.2.3. maddəsinə görə, hadisə qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə, cəza artır. Bu halda həmin şəxslər 8 ildən 12
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Amma qanunvericilikdə qaçırılan qızın ona dəymiş fiziki, mənəvi zərərə
görə kompensasiya ödənilməsi tələbi barədə heç bir maddə yoxdur.

Mədət Xasıyev: Zorla qaçırılan qızlar psixoloji zədə almırlar ki?

Psixoloq
Arzu Cavadova: Zorla qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir
nifrət hissi yaranır. Qızlar bu hadisəni heç vaxt unutmurlar, yol
gedərkən, evdə olarkən, əylənərkən, iş görərkən onların ağlında cəmi bir
şey var: "Mənə kimsə zərər verəcək!”.

Qaçırılan qızlar ətrafının münasibətindən şikayətçi olurlar. Hamının ona tənə, kinayə və dirnaqarası baxmasından bezir.

Zorla
qaçırılan qız onu qaçıran oğlanla ailə qurursa, bu daha böyük
problemdir. Çünki ailə öncəliklə güvən hissi üzərində qurulur, ailənin
təməlində bu hiss olmasa heç vaxt möhkəm olmaz. Çox vaxt da belə olur.
Qaçırılma ilə qurulan ailələr tez dağılır.



Lalə Mehralскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!