Qadın əxlaqında sevgi

Qadın əxlaqında sevgi
Qadın dünyası
10.09.2017 6
Din
əxlaqını yaşamayan insanların həqiqətən sevmələri və sevilmələri
qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər
şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməli və Allahın sevgisinə
layiq olan bir əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində
bir sevgi yaradır və başqa insanların ürəyində də onlara qarşı bir sevgi
hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah
olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti
qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və
Allahdan özünə bu neməti verməsini diləməlidir. 

Pis əxlaqa sahib
olan və ya din əxlaqını yaşamayıb cahiliyyə həyatına meyl edən bir insan
dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tək və dostsuz
qala bilər. 



Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:



Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 13)



Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)



Sizin üçün
onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi,
aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.
Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!