Sovet illərindən miras qalan dəb trendləri

Sovet illərindən miras qalan dəb trendləri
Qadın dünyası
10.09.2017 12
Məlum olduğu kimi, dəb dəyişkəndir, trend olan hər şey nə zamansa yenidən podiumlara qayıdır.

 

Geniş palto

Beli
kəmərli uzun paltolar 60-ci illərdə çox sevilirdi. Yaxalığı xəzdən
tikilmiş, iri düyməli geniş paltolar isə 80-ci illərin əsas
favoritlərindən biri idi. O illərdə çəkilən "Brilyant əl” filminin əsas
qəhrəmanı Svetlana Svetliçnayanın xalata bənzəyən retrosayağı paltosu
yenidən aktualdır. Retro tərzində paltolar artıq neçə ildir ki, yaz və
payız trendi olmağa davam edir. Bu cür paltoları qısaboğaz çəkmələr, don
və ya dar cinslərlə geyinmək olar. Kiçik klatçlar obrazın əla
tamamlayıcısı ola bilər.

 

Yarasa qolu

Biləyə
qədər qolu enli, biləkdən aşağısı isə qol hissəsi dar olan köynəklər
ötən əsrin əvvəllərində çox populyar idi. 80-ci illərin əvvəllərində isə
bu cür köynəklər  bütün qadınların qarderobunu zəbt etmişdi. O vaxtkı
sovet modapərəstlərinin  palto, gödəkcə, sviter, bluz, hətta donları da
yarasa qolunu xatırladırdı. O illərdən miras qalan yarasa qolu fasonu
yenə aktualdır. Bu da əbəs deyil. Çünki bu cür qollar həm rahatdır, həm
sərbəst hərəkət etməyə imkan verir, həm də çox gözəl görünür.

 

Yarasa
qollu bluz, sviter və köynəklər hündürbel, dar şalvar, yaxud qələm
ətəklərlə əla görünür. Ayaqqabı seçimində isə dikdaban və ya
tanketkalara üstünlük verin. Beləcə, yuxarı hissə - enli siluet aşağıya
doğru incələcək. Dolayısı ilə ümumi görünüş balanslı olacaq.

 

Bntik

50-cı
illərdə qərb moda tendensiyalarına qalib gəlmək asan məsələ deyildi.
Amma bantiklər buna nail oldu! Belə ki, onilliyin sonunda köynəyinin
yaxalığına əlavə olunmuş bantlar bütün sovet qızlarının heyranlıq
predmeti olmuşdu. Son bir neçə ildir ki, bantlar yenidən dəbə minib.

 

Yaxalığına
bant əlavə olunmuş köynəklər beli hündür cins, şalvar və ətəklərlə
yaxşı uzlaşır. Bu zaman daha zərif ayaqqabı modelləri seçin.

 

Donlar

60-cı,
70-ci, 80-ci illərdə demək olar ki, bütün  sovet modapərəstlərinin
donları eyni fasonlarda tikilirdi. Daha dəqiq desək, bu fasonlar qum
saatı siluetini xatırladırdı. Bu cür donlar, adətən dama-dama və güllü
parçalardan tikilirdi. O illərdən yadigar qalan retro stili müasir
dizaynerlərin kolleksiyalarında getdikcə daha çox vüsət tapır.

 

Belə
donları istənilən ayaqqabı ilə geyinmək olar. Müasir modapərəstlər hətta
ağ krosovka və sliponları sınaqdan keçirməyə çəkinmir. Lakin biləkdə
kəmərlə bağlanan dikdabanlar ən uğurlu variantdır.

 

Klyoş şalvarlar

70-cı
illərdə SSRİ-də klyoş şalvarlar hamının sevdiyi, bəyənərək geyindiyi
geyimlərdən idi. Bu dəb o qədər kütləvi hal almışdı ki, hətta kişi
qarderobuna da yol açmışdı.

Sovet
modapərəstləri bu cür şalvarları dama-dama köynək, həcmli sviter, yaxud
bantlı bluzlarla birləşdirib hippi tərzi düzəldirdilər.

 

Klyoş
şalvarlar bu günə qədər də öz aktuallığını itirməyən geyimlər
kateqoriyasına daxildir. Xüsusi qeyd edək ki, enlibalaq şalvarlar hündür
və qalın dabanlı ayaqqabılarla möhtəşəm görünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!