Əlinizdəki ürək xətti nələrdən xəbər verir?

Əlinizdəki ürək xətti nələrdən xəbər verir?
Qadın dünyası
10.09.2017 33
Sol
əlinizi açın və ürək xəttini tapın. Bu xətt əlin içində, çeçələ
barmaqla işarə barmaq arasındakı məsafədə uzanır. Ürək xətti, əsasən, 4
formada olur. Ürək xəttinin forması sizin xarakteriniz və taleyiniz
haqqında çox şeylər deyə bilər.

 





A: Ürək
xətti orta barmağınızın altından başlayırsa, deməli, sizdə liderlik
xüsusiyyətləri var. Azad olmağa can atan, ağıllı, dəqiq qərarlar verə
bilən insansınız. Həssas deyilsiniz. Başqalarının taleyinə qarşı
laqeydsiniz.

B: Ürək
xətti orta və işarə barmaqların arasından başlayırsa, bu, mülayim,
təvazökar insan olduğunuzdan xəbər verir. Güvən problemləriniz var.
İnsanlara inanmaqda çətinlik çəkirsiniz. Ağılla duyğular arasındakı
balansı qoruya bilrisiniz.

C: Ürək
xəttiniz işarə barmağın altından başlayırsa, deməli, heç vaxt məhəbbət
mövzusunda çətinlik çəkməyəcəksiniz. Daim qarşı tərəfin maraq dairəsində
qalmağı bacarırsınız. Mükəmməllik axtarışındasınız. Məntiqdən çox,
hisslərlə hərəkət edirsiniz.

D: Ürək
xəttiniz işarə barmaqla baş barmaq arasındadırsa,  bu, səbirli,
ünsiyyətcil olduğunuza işarədir. Xeyriyyəçi kimi tanınır, hamı
tərəfindən sevilirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!