Obrazın uğurlu alınması ondan asılıdır

Obrazın uğurlu alınması ondan asılıdır
Qadın dünyası
10.09.2017 9
Çanta
xanımın ən vacib aksessuarıdır. Çünki obrazın uğurlu alınmasının 40
faizi ondan asılıdır. Uyğun obrazların yaradılması üçün əsl modapərəstin
qarderobunda ən azı beş çantası olmalıdır.

 

Vedrə çanta

Bu
cür çantalar bütün əşyaları özü ilə gəzdirməyi xoşlayanlar üçün ideal
seçimdir. İçərisində pul kisəsini qoymaq üçün xüsusi cibi  var.  Uzun
qayışı sizə onu çiyində, kiçik sapları isə əldə gəzdirməyə imkan
verəcək. Sadə fasonuna görə onu bir neçə üslubla birləşdirmək mümkün
olacaq. Yeri gəlmişkən qeyd edək ki, timsah dərisi yazda da aktualdır.

 

Yeni portfel

Ənənəvi
poçtalyon çantaları artıq əvvəlki kimi aktual deyil. Onlar öz mövqeyini
kiçik qutu kimi çantalara güzəştə getməli olublar. Minimalist tərzdə
kiçik çantalar artıq bir çox modapərəstin qarderobuna yol tapıb. Növbədə
sizsiniz...

 

Alış-veriş (Şopper) çantası

Bu
il şopper çanta modeli də modapərəstlərin ürəyini fəth etməyə
iddialıdır. Belə çantaların içinə sizə lazım olan bütün əşyalar sığışır.

 

İşgüzar çanta

Ciddi
üslub qızlardan işgüzar tərzdə çanta tələb edir. Klassik böyük və
kvadrat çantalar metal elementlər sayəsində həm rəsmi, həm də çox müasir
görünür.

 

Çiyindən çarpaz asılan kiçik çantalar

Çiyindən
çarpaz şəkildə asılan kiçik çantalar uzun illərdir ki, modapərəstlər
arasında böyük uğur qazanıb. Yeni mövsümdə təqdim olunan yeni üçrəngli
çantalar istənilən obrazın effektini artırır. Həmin çantalar kiçik olsa
da, içinə ən lazımlı əşyalar: telefon, pul qabı, kosmetika rahatlıqla
yerləşəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!