Atasına oxşayan qızların 10...

Atasına oxşayan qızların 10...
Qadın dünyası
10.09.2017 28
Qız
övladlarının atalarına olan sevgisinin nə qədər böyük olduğunu hər
birimiz bilirik. Məhz bu sevgi də onların daha güclü və cəsarətli
olmasına səbəb olur. Bəs atasına oxşayan qızları digərlərindən üstün
edən əsas xüsusiyyətlər hansılardır? Gəlin bir-bir nəzərdən keçirək.



1. Atasına oxşayan qızlar məsuliyyətdən qorxmur və heç bir işi gözlərində böyütmürlər.



2. Bu qadınlar istər iş həyatında, istərsə də şəxsi həyatlarında çox cəsur olurlar.



3. Ailələrinə çox bağlıdırlar və onlar qarşısında məsuliyyət hiss edirlər.



4.
Müstəqildirlər və azadlıqlarını hər şeydən üstün tuturlar. Kiminsə
etdikləri seçimlərə müdaxilə etməsi onları özlərindən çıxara bilər.



5. Olduqca ədalətlidirlər. Haqsızlıq gördükdə susmaq onlar üçün deyil. Dürüstlük hər şeydən vacibdir.



6.
"Yalnız kişilər üçün” hesab etdiyiniz hər şeyi yerlə-yeksan edir və
mütləq o işlərin içində yer alırlar. Onlar bərabərhüquqlu olmağı
bacarırlar.



7. Heç kim onları incidə bilməz. Belə şey olduğu halda isə sonuna qədər mübarizə aparırlar.



8.
Təhsilə və özlərini inkişaf etdirməyə çox böyük əhəmiyyət verirlər. Bir
yerdə durmaq və inkişaf etməmək onlar üçün dəhşətli bir şeydir. Öz
ayaqları üzərində durmağı həyatlarının şüarına çevirirlər.



9.
Gizli işləri, digərlərinin arxasınca danışmağı, qeybəti və dedi-qodunu
heç sevmirlər və istədikləri şeyi üzə birbaşa deməyi bacarırlar.



10. Kiminsə qəlbini sındırmaqdan çox qorxurlar. Onlar üçün dostluq, yoldaşlıq olduqca əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!