Rənglərin mənaları və xarakterimizə təsiri

Rənglərin mənaları və xarakterimizə təsiri
Qadın dünyası
10.09.2017 17
Rənglər həyatımıza düşündüyümüzdən daha çox təsir edir. Hansı rəngləri
sevdiyimiz və ya geydiyimiz xarakterimizi bəlli edir.





Məsumiyyətin simvolu olaraq bilinən ağ rəng hər zaman saflığı, təmizliyi və sülhü əks etdirir.



Qırmızı

Bu rəng özünüzü enerjili hiss etməyinizi təmin edir. Eşq rəngi olaraq
bilinən qırmızı qan təzyiqini və bədənin hərarətini artırır.Bundan
əlavə həyəcanı və ehtirası təmsil edir.

 

Narıncı

Narıncı rəngi sevən insanlar əsasən cəsur və macəra sevən olurlar.
Əksəriyyətin sevdiyi bir rəng olduğu üçün marketinq sahəsində də bu rəng
çox istifadə olunur.

 

Açıq mavi

Bu rəngi sevən insanlar açıq sözlü və özünü ifadə etməkdən qorxmayan
insanlardırlar. Geyimlərinizdə bu rəngdən istifadə etmək özünüzü formada
və dinamik hiss etməyinizi təmin edəcəkdir.

 

Tünd göy

Bir iş görüşməsinə gedərkən bu rəngi seçə bilərsiniz. Çünki göy rəng
nüfuz və qərarlılığın rəmzidir.Güvənilir bir görünüş yaratmağınızı təmin
edir. Bu rəngi sevən insanlar nizamlı, qərarlı və özlərinə inamları
yüksək olurlar.



Qara

Güc, iqtidar və yalnızlığın simvolu olan qara hər kəsin sevdiyi və
çox istifadə etdiyi rəngdir. Ehtirası qırmızıdan sonra ən yaxşı ifadə
edən rəngdir. Bu rəngi seçən insanlar əsasən fərdi hərəkət edirlər.

 

Çəhrayı

Çəhrayını sevən insanlar çox şən olurlar. Xəyalın rəngi olaraq
bilinən çəhrayı saflığı və sevimliliyi bildirir. Qız uşaqları bu rəngi
daha çox sevirlər.

 

Sarı

Sarı rənglər arasında ən diqqət cəlbedici rəngdir. Əgər bir yerdə
diqqət çəkmək istəyirsinizsə,sarı rəngdə geyimlər seçməlisiniz.
Yollardakı xətlərin sarı olmasının səbəbi də diqqət çəkici olmasıdır.
Sarı rəng həm də cəsarətin simvoludur.

 

Yaşıl

Yaşılın sakitləşdirici xüsusiyyəti vardır. Həyəcanı azaldır, eyni zamanda yaşıl rəng sülhün rəmzidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!