Dikdaban ayaqqabı geyinmək üçün 5 səbəb

Dikdaban ayaqqabı geyinmək üçün 5 səbəb
Qadın dünyası
10.09.2017 16
Səbəbi
nə olursa olsun topuqlu ayaqqabı sahibi olmaq üçün ən etibarlı səbəb,
özünü yaxşı hiss etməkdir.. Hər nə qədər uzun müddət yüksək topuq
üzərində dayanmaq çətin olsa da qadınları cazibədar və özünə inamı
yüksək göstərən başqa bir şey yoxdur. Ayrıca bir qadın geyməsə belə ona
sahib olaraq özünü yaxşı hiss edər. Əslində bunun tam olaraq bir şərhi
yoxdur. Bu mükəmməl hissi ancaq qadın olanlar bilər.



Göz alıcı zərif bir görünüş:

Yüksək
topuqlu ayaqqabı geyinmək üçün ən əhəmiyyətli səbəblərin başında qadına
zəriflik qatması gəlir. Özünüzü topuqlu ayaqqabılarla zərif bir paltarın
içində xəyal etməlisiniz. Təsir edicidir deyil mi? Paltarlarınızı
topuqlu ayaqqabılarınızla tamamlamaq sizə mükəmməl bir zəriflik qatacaq.



Nəzarət səndədir!

Topuqlu
ayaqqabı geymək sizi inanılmaz güclü hiss etdirər. Əgər topuqlu ayaqqabı
geyinməyə vərdiş etməmisinzsə yaxın məsafəli gedişlərlə praktika edərək
qısa müddətdə alışa bilərsiniz. Sonrasında isə vazkeçilməzlərinizdən
olacağı qətidir. Mən buradayam deyən güclü bir görünüş üçün topuqlu
ayaqqabı şərtdir!



Cazibədar görünüş:

Ən gözəl
səbəblərdən biri daha; cazibədar olmaları. Ən zərif, ən gözəl, ən
cazibədar qadınların fotoşəkillərinə baxın, çoxu topuqlu ayaqqabı
geyinir. Hamımız yüksək topuqlu bir ayaqqabının cəlbedici gücünün
fərqindəyik.



Tık-tık topuq səsləri:

Daha kiçik
bir qızkən belə sevirdik topuq səsini. Qibtə edərək baxırdıq
analarımıza və məndə tık tık tık yerisəm deyə həyəcanla böyüməyi
gözləyirdik. Topuq səsləri qadınların ən zəif nöqtələrindən biridir
həmçinin.



Yaxşı hiss etdirər!

Gəlin
etiraf edək, nə vaxt topuqlu bir ayaqqabı geyinsək özümüzü daha yaxşı
hiss edirik. Şahzadələr kimi topuqların üstündə uçuruq. O an özümüzü
dünyanın ən gözəl qadını kimi hiss edirik. Topuqlu ayaqqabı demək qadın
deməkdir. Xoşbəxt edər, yaxşı hiss etdirər..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!