Yatış tərzinə görə cütlüklər

Yatış tərzinə görə cütlüklər
Qadın dünyası
10.09.2017 20
Araşdırmalar göstərib ki, cütlüklərin yuxu pozasından
onların bir-birini həqiqətən sevdikləri və ya ayrılmaq üzrə olduqlarını
anlamaq mümkündür. "Goodbye Insomia” və "Hello Sleep” adlı kitabların
yazarı psixiatr Samuel Dunkell düz 25 ildir ki, yuxu pozalarının
mənalarını araşdırır. Onun məqsədi insanların eşq həyatı ilə yuxu
pozaları arasındakı əlaqəni öyrənməkdir.

Siz də son günlər partnyorunuzun soyuq
davranışlarından şikayət edir və artıq sizi əvvəlki qədər sevmədiyini
düşünürsünüzsə, mütləq yazımızı oxuyun.

 

Qaşıq pozası



Bu
pozada yuxuya gedən cütlüklərin evlilikləri, adətən, uzunmüddətli olur.
Onlar bir-birini çox sevir, biri olmayanda o birinin gözünə yuxu
getmir. Onlar sevgilərini dilə gətirməkdən çəkinmirlər.

 

Yastıq söhbəti



Belə
cütlüklərdə dostluq eşqi üstələyib. Bu pozada yatan cütlüklər
bir-birinin ən yaxşı sirdaşıdırlar. Onlar üçün səmimiyyət hər şeydən
önəmlidir. Aralarında heç bir sirr yoxdur. Onlar gün ərzində tez-tez
söhbətləşməkdən, dərdləşməkdən zövq alırlar. Belə cütlüklərin də
münasibətləri uzunmüddətli olur.

 

Romantik poza



Adətən filmlərdə
dillərə dastan eşq yaşayan cütlüklər bu pozada yuxuya gedirlər. Adından
da məlum olduğu kimi, bu poza cütlük arasında güclü romantik hisslərin
olduğundan xəbər verir. Yeni evlənənlər, əsasən, bu yuxu pozasına
üstünlük verirlər. Belə yatan cütlüklər arasında sevgi və hörmət
hissləri güclü olur. Araşdırmalar göstərib ki, qarşı tərəfin çiyninə
söykənərək yuxuya getmək həm kişi, həm də qadın üçün faydalıdır. Çünki 
sevdiyi şəxsin ürək döyüntülərini eşitmək hər bir insanın əsəb sisteminə
yaxşı təsir edir, gün ərzində keçirdiyi əsəb, stres, gərginlik
hisslərini unutdurur.

 

Kürək-kürəyə



İllərdir
ki, evli olan cütlüklər çox vaxt bu pozada yatırlar. Bu bir-birinə
öyrəşmiş, artıq qarşı tərəfə olan marağını itirmiş cütlüklərin yuxu
pozasıdır. Tərəflər bir-birini yaxşı tanıyır, bir-birinə inanır. Eşq
bitsə də, sevgiləri hələ də onları tərk etməyib. Bu poza bir-birinizin
yanında olduğunuzu hiss etdirir. Eyni zamanda da, rahat yatmağa imkan
yaradır. Ancaq onu da qeyd edək ki, belə cütlüklərin 1-2 il ərzində
ayrılmaq ehtimalı var. Çünki  müəyyən mərhələdən sonra bezib eşqin
çılğınlığını dadmaq istəyəcəklər.

 

Çarpayının ucunda yatanlar



Evli
cütlüklər çarpayının əks qütblərində, bir-birinə kürəyini çevirərək
yatırlarsa, deməli, bu ailə dağılacaq. Çünki araşdırmalar şüuraltında
toplanan fikirlərin, əsasən, gecə saatlarında insanların davranışlarında
öz əksini tapdığını bildirirlər. Əgər isti yay aylarında tərləməmək və
rahat yuxuya getmək üçün bu pozada yatırsınızsa, problem yoxdur. Ancaq
hər gecə eyni şey təkrarlanırsa, deməli, diqqətli olmaq lazımdır. Çünki
bu qarşı tərəflə aranızda münasibətin soyuduğunu, məsafəli olduğunuzu
göstərir. Qeyd edək ki, sevərək evlənməyən, ailənin və ya qohumların
məsləhəti ilə ailə quranlar adətən, bu yuxu pozasında yatırlar.

 

Qanadlarının altında



Psixoloq
Samuel Dunkell bu pozanın çox səmimi olduğunu vurğulayır. Hətta
dediyinə görə, xərçəng xəstəliyinə yaxalanan pasienti bir dəfə ona əri
ilə bu pozada yuxuya getdiklərini və bunun ona mənəvi cəhətdən çox yaxşı
təsir etdiyini bildirib. Bir sözlə, bu poza əsl sevgidən və mərhəmətdən
xəbər verir. Əgər partnyorunuz sizi belə qucaqlayıb yatırsa, onu
xoşbəxt etmək üçün əlinizdən gələni edin. Çünki dünyada sevməyi bacaran
nadir insanlardan biri ilə birlikdəsiniz. Bunun qiymətini bilin.

 

Rahat, amma birlikdə



Bəzi
cütlüklər rahat yatmaq üçün çarpayıda uzaqlaşdıqlarını, qucaqlaşmağın,
yaxın təmasın yuxunu qaçırdığını bəhanə edirlər. Ancaq illər keçsə belə,
sevgiləri azalmayan, hələ də bir-birlərinə yaxın olmaqdan zövq alanlar
rahat pozada yatsalar belə, mütləq əl, qol, ayaqlar qarşı tərəflə
təmasda olur. Belə cütlüklər arasında qısqanclıq, dava-dalaş olmur.
Onlar evli olsalar belə, hələ də sevgili və dost qala bilənlərdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!