Sevən qadınlar münəccimdir

Sevən qadınlar münəccimdir
Qadın dünyası
10.09.2017 25
Əksər
hallarda insanlar bir-birinə çox bağlı olan cütlüklər haqqında belə bir
ifadə işlədirlər: "Onun ürəyi filankəslə döyünür”. Əslində bizə sadə
görünən bu cümlə heç də əsassız yerə işlənmir. ABŞ-da aparılan bir
araşdırma sübut edib ki, bir-birini sevən insanların ürəyi eyni temp
üzrə döyünür.

Kaliforniya
Universitetinin professoru Emilio Ferrerin bir-birini sevən 32 cütlük
üzərində apardığı araşdırma sübut edib ki, əksər hallarda sevgililərin
ürəyinin döyünmə sürəti, nəfəs alıb-vermə müddəti bərabər olur.

Professor
və onunla birlikdə bu araşdırmanı həyata keçirən alimlər təcrübədə
iştirak edən cütlükləri eyni otaqda qarşı-qarşıya əyləşdiriblər. Bu
zaman onların ürək döyüntüləri texniki qurğular vasitəsilə ölçülüb.
Araşdırmaçılar bu qənaətə gəliblər ki, bir-birini sevən insanlar həm də
qarşı tərəfin fikrini asanlıqla oxuya bilirlər. Onlar arasında olan
görünməz körpü hətta sevgililərini görməsələr belə, qarşı tərəfin
hazırkı əhvalını hiss etməyə şərait yaradır. Bu hiss qadınlarda daha
güclü olur. Buna görə də tez-tez onların "Nədənsə nigaranam”, "Elə bil
nəisə pis hadisə olacaq” kimi cümlələr qurduğunu eşidirik və əksər
hallarda da onların bu narahatlıqlarının əsassız yerə olmadığının şahidi
oluruq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!