Qızlar niyə bu qədər çox evlənmək istəyir ?

Qızlar niyə bu qədər çox evlənmək istəyir ?
Qadın dünyası
10.09.2017 14
 
Qızların evlilik yanaşması 
 Mövzu günümüzdə çox aktualdır. İndiki zamanda bir çox gənc qız valideynlərin bəyənimi (görücü) üsulu ilə ərə getməyi özlərinə hörmətsizlik hesab edirlər. Hər bir gəncin öz kriteriyaları vardır və seçdikləri namizədin bu kriteriyalara cavab verdiklərini düşünürlər. Çox yox, bir nəsil əvvəl qızlar həddi buluğa, nənəm demiş – qızlar bulağından su içdikdə :) yəni, evlənmə yaşına çatdıqda ya sevdiklərinə qoşulub qaçar, yada böyklərin məsləhət bildiyi şəxslə evlənərdilər, bu proses 17-18 yaşlara təsadüf edərdi. Belə bir gözəl atalar sözü də var : "Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Ona görədə ağsaqqal xeyir duası ilə qurulan ailə sona kimi olardı. Bəs nə dəyişdi, indi isə qızları 25-26 yaşlarda belə evliliyə ikna etmək mümkün olmur. Bunun bir çox səbəbi var. Bəzən də əksinə, gənc qız nə qədər evliliyə can atsa da, ya namizəd çıxmır, ya da istədiyi kimi namizəd. Qismət.. Əslində evlilikdən qaçan tərəfi bir çox hallarda oğlanlar təşkil edir. Oğlanlarda vəziyyət daha kritikdi.. Bu barədə çox danışmaq, müzakirələr aparmaq olar, başqa vaxt başqa məqalədə...



Qızlar niyə bu qədər çox evlənmək istəyir ?
 
Saytımızda üstünlüyü gənc qızlar təşkil edir. Maraqlıdır, görəsən onlar bu barədə nə düşünür :)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!