21-ci əsrin gizli diri ölüləri...

21-ci əsrin gizli diri ölüləri...
Qadın dünyası
10.09.2017 9
Bu bir müəllimənin  harayıdır..Neçə müəllimələri....Həkimləri diri-diri yaşayarkən ölmüş müəllimənin..!!! 

" Anası savadsız olan xalq  kordur ..! "... H. Z. Tağıyev millətimizin atası demişdir.

Əslində çox gizli problemdir, amma ən böyük problemlərimizdən biri qızların oxumaması məni
bir müəllimə kimi narahat edir. Yaşadığım yerdə və qonşu kəndlərdə
böyük bir bəladır. 13 ildir müəlliməyəm. Hər sinfimdə neçə müəllimlərim,
həkimlərim, gələcəkdə cəmiyyətimizə böyük xeyirlər verə biləcək qız
uşaqlarını  2-ci sinifdən və ya ibtidai təhsili bitdi ataları dərsə
qoymurlar. Deyirlər hərfləri bildi,  saymağı bildi yetər!

Evdə bu qızlar nə edirlər?.. 


onu deyim. Televizyada bütün kanallarda bir verliş serial buraxmırlar.
Evlilik verlişləri və s. bu qızlar nəyə istəsəniz baxır. Bunlara
müəllimə yox telivizordakılar  tərbiyə, savad verir. Onlardan "dərs"
alırlar. "Amma əsas məktəbə getməyib" təmiz qız adı ilə 14 və ya 15
yaşda ərə verilirlər. Və gələcəkdə yıxılan ailələr, ölü həyatlar... 

Başıma gələn hadisələrdən 2-sini deyim.

Uşaq sinfimin  əlaçısıdır. Neçə gündür dərsdə yoxdur. Xəbər tutdum ki, ata Haca gedib. Maraqlanıram uşaq niyə gəlmir? Hacı ata deyir:"-Müəllimə,
bilirsən, bizdə nəsildə qız oxumur. Yaxşı baxmırlar, əsas da Haca gedib
gəlmişəm olmaz yaxsı deyil. Mən qoymaram ki, desinlər, Hacının qızı
məktəbə gedir. "

Bəli,
bu 17-ci 18-ci əsr deyil, 21-ci əsrdə başıma gələn hadisələrdən
biridir. Öz dillərində danışmağa çalışıram.  O oxuduğun Quranı açanda nə
deyir? -Oxumaq, Oxumaq! Qıldığın namaz da qunut yeri Oxumağa işarədir.
Nəsə çox izah edirsən. Cahili başa salmaq müşkül məsələdir! 17-ci əsrdən
dəyişməyən beyinlə çox çətindir. Bizim kənddə  və ya qonşu kəndlərdə toya gedirsən balaca
yaşlı qızlar təzə nişanlandığı 12-13 yaşlı qızlarını çoxu da
gəlinlərini oynadır, hələ bir fəxrlə də əl çalırlar! Mübarizə aparmaq
lazımdır. Əlbəttə ki, zamanla.
Birdən birə mümkün deyil. Əslində öz müəllimlərimizdə də günahı
görürəm. Bir iki dəfə maraqlanır, gördü qoymadılar, vəssalam. Mübarizəni
dayandırırlar. O qızlar da məhv olurlar. Güc birlikdədir, unutmayaq
bunu!  



Savadsız
ana axı necə ailədə övlad idarə edə bilər? Deyəcəksiz
nənələrimiz-analarımız oxumayıb biz yaşamırıq? Unutmayın, bu 21-ci
əsrdir!  Savadsız ana yalnız və yalnız gələcəyə bəladır.

Axı
nəyi pisdir? Oxumuş qızın ailəsinə, yoldaşına kömək etməsi niyə pisdir
ki? Həm də indiki zamanda maddiyyatın bu qədər önəm daşıdığı zamanda?!
Yoldaşa köməyin nəyi pisdir? Ona dayaq olmaq niyə pisdir?!  Axı hansı
qanunda var ki, kişi tək işləyib ailəni saxlamalıdır?! O heyvanlar qədər
də deyilikmi? Onlardan dərs alaq: Hər ikisi yuvanı ququr, əsas da dişi
heyvan. Ailə hər iki insan tərəfindən qurulduğu kimi idarəsi və
maddiyyatı da hər iki insan tərəfindən idarə olunmalıdır!

Bu bizim qəsəbədə və qonşu kəndlərdə yaşanan gizli hallardan biri idi! 

Bir Nardaranlı ilə söhbətimi yada salım. 1 qız var, deyirəm oxudun. Xahiş edirəm, belə etməyin! Cavabı:"Müəllimə
oxutduraram, amma gedib başqasına xeyir verəcək ya da getdiyi yerdə
qoymayacaqlar işləsin. Məndə əziyyətlə oxudum, yazıq deyiləm? Məni
düşünün.."

Bu beyinləri düzəltməliyik! Biz özümüz özümüzü gizli məhv edəcəyik!

Bu
işlə məşğul olun, mənim əziz xanımlarım. Bu işlə guya dövlət tərəfindən
məşğul olanlar. Gəlib özlərini göstərib geyimlərini göstərib iki kəlmə
danışıb guya "biz varıq" deyənlər,  komək edin. Bu işlə məşğul birgə
olaq! İnsafa gəlin.

Hacı  Zeynalabdin Tağıyev demiş:

"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız. Bir qıza təhsil verməklə təhsilli bir ailə."

Bu
bir müəllimənin harayıdır... Neçə müəllimələri ..həkimləri diri-diri
yaşayarkən ölmüş müəllimənin!!! Oxudunuzsa, ciddiyə alın. Vicdanlı olun!
Unutmayın ki, şərqdə ilk dünyəvi qızlar məktəbi olub  Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!