Hansı geyimlər qadını bayağı və yaşlı göstərir?

Hansı geyimlər qadını bayağı və yaşlı göstərir?
Qadın dünyası
10.09.2017 23
Düzgün seçilən geyim nəinki bədən quruluşundakı nöqsanları, həm
də yaşınızı gizlədə bilər. Yerində olmayan bir detal, bəzi detalları,
eləcə də, bütün paltar gənc qızı bayağı qarıya çevirə bilər. Bəs yaşlı
görünməmək və ya dəb aləminin şıltaq xarakterinə uyğunlaşmaq üçün necə
geyinməli?

 

Cavan geyimi

20-30 yaş qrupuna aid qadınlar üçün dəb məsləhətləri:

 

Çanta
ilə eyni tonda ayaqqabılar və dəst bijuteriya bu gün çox aktual olmayan
detallardır. Bu detallar qadını iki-üç yaş böyük göstərir.

 

Üzə xəstə solğunluğu verən rənglərdən uzaq durun.

 

Atlas, məxmər kimi təmtəraqlı parçadan tikilən paltarları gündüz geyinmək də qadına xal qazandırmır.

 

Öz
yaşından böyük görünməmək üçün bütün işıqlı rənglərdən və çəhrayıdan
istifadə edin. Həmin rənglər üzə qeyri-adi təravət bəxş edir.

 

Qadını
qara paltardan daha zərif, daha qəşəng və daha cəlbedici göstərən heç
nə yoxdur. Təəssüf ki, başdan ayağa qaraya bürünmək də qadını qocaldır.
Xoşbəxtlikdən əlvan şərf, aksessuar və ayaqqabının köməyi ilə qaranın
mənfi təsirini aradan qaldırmaq mümkündür.

 

Müxtəlif
cübbələri olan və bədən quruluşunu korlayan geyimləri almayın. Belə
fasonlar, əsasən, 90-60-90 model parametrləri olan qızlara yaraşır. 

 

Yubkanın
uzunluğunu düzgün müəyyənləşdirin. Bəzi qadınlara dizdən bir qədər
aşağı, ayaqları gözəl olan xanımlara isə qısa yubkalar daha çox yaraşır.

 

Bahalı
daş-qaşların ucuz variantları çox təhlükəlidir. Onlar cazibədar
görünmək arzunuzu ürəyinizdə qoya, hətta sizi gülməli vəziyyətə sala
bilər. Sadəlik bütün hallarda ən yaxşı dostdur.

 

Hər
gün olmasa da, bəzi günlər dikdaban ayaqqabı geyinin. Yaxşı ayaqqabı
istənilən qadını valehedici göstərir və arzuolunan edir.

 

İstənilən
ifratlardan və avanqard üslubdan çəkinin. Təbiilik və harmoniya zərif
cinsin nümayəndələrinin əksəriyyətinə yaraşır. Öz üslubunuzu tapmağa
çalışın, çatışmazlıqları gizlədən, gözəlliyinizi vurğulayan
elementlərdən istifadə edin. Onu da yadda saxlayın ki, qadının ən gözəl
bəzəyi onun individuallığıdır.

 

Yaşlı geyimi

Yaşa dolduqca əksər qadınlar geyim-kecimə fikir vermir, "Onsuz da
qocalmışam”, deyirlər. Ancaq qocalıqla mübarizə aparanlar da var.
Belələri parlaq, hətta ədəbsiz, bir çox hallarda daha çox gənclərə xas
geyimlər alırlar. Bütün bunlar bəzi hallarda ciddi dəb xətaları ilə
yekunlaşır.

 

Belə xətalara yol verməməkdən ötrü 40-50 yaş qrupuna aid olan qadınlar aşağıdakı məsləhətlərə əməl etməlidir:

 

Yaşlı
nəslin nümayəndələrinin üstünlük verdiyi geyim tərzi  bir qayda olaraq
sadəliyi və rahatlığı ilə seçilir. Ən kədərlisi odur ki, yaşlı
kateqoriyaya aid edilən geyimlərin çoxu: mini dekolte, alçaqdaban
ayaqqabı qadının yaşının üstünə yaş əlavə edir.

 

Bahalı
kürk ilə ictimai nəqliyyatdan istifadə etsəniz, o, sizi dərhal yaşlı
qrupa aid edəcək. Bunu geyinən kimi yaşınızın üstünə əlavə olaraq 10 yaş
gələcək. Xəzlər nə qədər gözəl olsa da, onlar qadını amansızcasına bir 
neçə il qocaldır.

 

Mağazada
xoşunuza gələn hər hansı geyimi gördükdə onun  yaşınıza uyğunluğu
üzərində çox düşünməyin. Lakin onu geyinəndə güzgünün önündə dayanıb
oradakı əksinizə baxın. Xüsusən də, üzünüzə baxın, qalan hissəni ümumi
nəzərdən keçirin. Əgər güzgüdə üzünüzdə şuxluq, gənclik eşqi və qadın
hiyləsi yazılıbsa, deməli, o geyimin yaşamaq hüququ var. Əgər güzgüdə
yorğun sima görür və yaxud özünüzü əxlaqsız qadın kimi hiss edirsinizsə,
geyimi dərhal geri qaytarın və başqa bir paltar seçin. Çünki dəb
tənqidçiləri bildirirlər ki, hər hansı paltarı, xüsusilə dekolteli və
parlaq geyimləri geyinmək üçün bədəniniz ona hazır olmalıdır. Əks halda,
kənardan birmənalı qarşılanmayacaqsınız.  

 

Ümumiyyətlə,
eyni vaxtda bütün dəb cərəyanları ilə ayaqlaşmaq lazım deyil. Həmçinin
onların hamısını ixtisara salmaq da doğru deyil. Gənclik dövrünüzdə
sınanmış fasonlardan imtina etmək yaxşı fikir deyil. Siz müasir
insansınız. Yaraşırsa, niyə də geyinməyəsiniz?

 

Məhz
indi qəbul olunmuş geyimlər alın. Cins şalvar, saymazyana-asimmetrik
köynəklər yol veriləndir. Bununla yanaşı, həddi aşıb özünüzü cavan
görünməyə çalışan qarıya çevirməyin.

 

Standart
geyimləri qeyri-standart şəkildə geyinin. Paltar ilə tuflinin, cinslə
kedlərin vəhdəti darıxdırıcı və hamının bildiyi kombinlərdr. Siz
dəyişiklik edin. Donu kedlə, cins şalvarı isə dikdabanla geyinin.

 

Üstü
yazılmış və ya gülməli şəkilli köynək geyinməyə hüququnuz çatır, lakin
bu, sizin fakturanız ilə ahəngdə olmalıdır. Ona görə də yaxşı olar ki,
şort və ya qısa paltar geyinən zaman qalın kalqotka, yapışan şalvarı isə
uzun və ya geniş puloverlə geyinin.

 

Gündəlik
obraza mütləq kəmər əlavə edib onun vasitəsi ilə belin incəliyini
vurğulayın. Çünki bu sadə detal qadını cavan göstərmək qabiliyyətinə
malikdir.

 

Deyilənlərə əməl etsəniz, heç kim yaşınız barədə düşünməyəcək.
Qoca? Gənc? Nə fərqi var? Hər halda istənilən yaşda valehedici görünmək
hər bir qadının borcudur. Ən əsası da budur! Və sonda onu qeyd edək ki,
insanı geyim deyil, özünə qarşı olan laqeydliyi qocaldır. Öz görkəmini
və özünü sevən qadınlarda istənilən geyim yaxşı görünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!