Dikdaban ayaqqabılar qədər zərərlidir

Dikdaban ayaqqabılar qədər zərərlidir
Qadın dünyası
10.09.2017 9
Hündür
dabanı olmayan ayaqabılar (babet) ayaq və bədən tarazlığını təmin
olunmasına kömək etsə də, çox düz olduğu üçün bəzi hallarda oynaqlarda
zədələnmələrə, topuqlarda artan təzyiqə və müxtəlif ayaq
deformasiyalarına səbəb olur. Bu baxımdan ayaqların rahatlığı üçün
normal ayaqqbılardan almaq lazımdır.

Çünki,
yüksək dikdabanlı ayaqqabılar da diskomfort yaradaraq ayaq sağlamlığına
pis təsir göstərir. Belə ki, həmin ayaqqabılar bədənin ağırlıq
mərkəzini önə doğru itələyərək bel və ombanın düzgün duruşuna mənfi
təsir göstərir. Bu vəziyyətdə bel qövsü də artır. Bunun nəticəsində bel
və omba əzələlərində gərginlik və ağrılar yarana bilir. Həddindən artıq
yükə görə diz və qıç ağrıları ilə bərabər diz oynaqları da mənfi
təsirlərə məruz qalır.

Tekden
Xəstəxanasının Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Erhan Özfidanın
sözlərinə görə ayaqqabılarda topuq yüksəkliyi 2-5 santimetr,
ayaqqabıların burun qisimi isə yumru və geniş formada olmalıdır. Bu ayaq
barmaqlarının zədə görməməsinə yaxşı təsir göstərir. Həmçinin təbii
dəridən edilmiş və hava dövranı yaxşı olan ayaqqabılara da üstünlük
vermək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!