Stereotiplərlə vidalaşmağın zamanıdır

Stereotiplərlə vidalaşmağın zamanıdır
Qadın dünyası
10.09.2017 5
Bir
vaxtlar qızların ayaqqabı ilə çantanı müxtəlif rənglərdə seçməsi ciddi
dəb xətası sayılırdı. Xoşbəxtlikdən, bu qayda çoxdan əhəmiyyətini
itirib. Amma dəb dünyasında bunun kimi başqa məcburi qaydalar da var.

 


"Bir dəstdə 3-dən artıq rəngdən istifadə etmək olmaz!”

Əgər
siz bir neçə parlaq rənglərdən istifadə etməklə obrazın ideal
alınmasına şübhə edirsinizsə, onda bu prinsipə riayət etməmək daha
yaxşıdır, yaxud bir parlaq rəngi digər sadə çalarlarla uzlaşdıra
bilərsiniz. Lakin təcrübədən qorxmayın. Müxtəlif naxışların vəhdəti,
rəng bloku və cəsarətli rəngləri  birləşdirməklə obrazı tamamilə
dəyişdirmək mümkündür.

 

"Geyim nə qədər bahalı olsa, bir o qədər keyfiyyətlidir”

İndiki
halda qiymət heç də əsas şərt deyil! Axı istehsalçıların əksəriyyəti
məhsullara heç də real dəyəri  qoymur. Onların çoxu məhsulun məbləğini
alıcılara, yaxud da markanın adına görə təyin edir. Halbuki, demokratik
markaların mağazalarında da eyni çeşiddə ideal kəşmiri sviter və pulover
tapmaq olar. Onu da qeyd edək ki, bəzi lüks brendlər də sintetik
parçadan istifadə edir.

 

"Eynəklər seksual deyil”

Əksinə! İndi eynək taxan qadınlar kişilərə daha seksual və cəlbedici təsir bağışlayır.

 

"Gəlinliyə qənaət etmək olmaz!

Əlbəttə,
toy xüsusi gündür və hər bir qız həmin günün hər cəhətdən mükəmməl
keçməsini arzu edir. Bu səbəbdən, çoxları gəlinlik paltarına  çox pul
xərcləmək lazım olduğunu hesab edir. Toy şənliklərinin təşkilatçıları
isə bu fikirlə razı deyil. Onlar bildirir ki, gəlinin ümumi obrazı  toy
büdcəsinin 10 faizindən  çox olmamalıdır. Peşəkarların təcrübəsinə
etibar etmək lazımdır!

 

"Zərif qadın obrazı yaratmaq üçün dar paltarlar tələb olunur”

Dar
geyimlərin yaratdığı təsiri danmaq böyük ədalətsizlik olardı. Əgər
belin incəliyini ön plana çıxarmaq istəyirsinizsə, bunun üçün 50-cı
illərin üslubu ən yaxşı seçimdir. Amma yalnız bu yolla məhdudlaşmaq
lazım deyil. Zərif görünməyin onlarla üsulu var. Rəng bloku oyunu, yaxud
kəmərlə daha zərif qadın obrazı yaratmaq olar.

 

"Eleqant obraz yaratmaq üçün dikdaban ayaqqabılar əsas şərtdir”

Dikdaban
geyinən qadınlar çox gözəl və seksual görünür, lakin bunun eleqantlıqla
heç bir əlaqəsi yoxdur. Məsələn, dünyanın ən gözəl dəb ilahəsi - Odri
Hepbern öz boyundan utandığı üçün dikdaban ayaqqabıdan çox az istifadə
edirdi. Buna baxmayaraq, onun adı hələ də zəriflik təcəssümüdür.

 

"Klassik geyimlərə xərclənən pul ən ağıllı sərmayədir”

Qara
qısa don və ya qəhvəyi plaş heç kimə mane olmur, ancaq onları
geyinməyəcəksinizsə, pullarınızı boş yerə göyə sovurmayın. Bunun
əvəzinə, mütəmadi olaraq geyindiyiniz paltar  və ya  istifadə etdiyiniz
aksessuara üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!