Bakirə analarin sayı sürətlə artır

Bakirə analarin sayı sürətlə artır
Qadın dünyası
10.09.2017 20
Hamilə qalıb dünyaya uşaq gətirən bakirə qızların sayı sürətlə artır.

Həkimlər
statistikalara əsaslanaraq, son 5 ildə bakirə qızların süni mayalanma
üsulu ilə hamilə qalma halının geniş vüsət aldığını bildirirlər. Son bir
neçə ildə təkcə İngiltərədə 25 bakirə qız bu üsulla ana olub.
Həkimlərin sözlərinə görə, feministlər, həyatının sevgisini tapa bilməsə
belə, övlad sahibi olmaq istəyənlər və seksdən qorxan qızlar bu üsula
müraciət edirlər.

Müxtəlif dini qruplar uşağın ana və ata ilə, yəni, ənənəvi ailədə
böyüməyini daha uyğun hesab edirlər. Ancaq alimlər subay anaların həm
mənəvi, həm də maddi baxımdan evli qadınlardan daha güclü olduqlarını
bildirirlər. Bu da uşağın daha rahat və təhlükəsiz bir şəraitdə
böyüməsini təmin edir.



Qeyd edək ki, mütəxəssislər süni spermanın yaradılmasının bakirə
anaların sayının daha da artmasına səbəb olacağını bildirirlər. Görünür,
gələcəkdə qadınlar kişilərə nə seks, nə də övlad sahibi olmaq üçün
ehtiyac duyacaqlar. Bu isə cəmiyyətdə böyük dəyişikliklərə səbəb olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!