Qadınlar bunları mütləq bilməlidir -15 məsləhət

Qadınlar bunları mütləq bilməlidir -15 məsləhət
Qadın dünyası
10.09.2017 7
Həyatınızı asanlaşdıracaq bu məsləhətlərlə tanış olun

Qadınların
mütləq bilməli olduğu və nə vaxtsa ehtiyac duyacaqları 15 məsləhətlə
onların işini asanlaşdıra biləcəyimizi düşünürük. İnanırıq ki, bu
məsləhətlər nə vaxtsa işinizi yarayacaq, indi onları hətta sadəcə, maraq
xatirinə oxumağa başlamısınızsa da…

 

1.    Qırmızı şərab ləkələrini aparmaq üçün ağ şərabdan istifadə edin.

 

2. Yeni aldığınız cins şalvarı dərziyə verməmişdən əvvəl ən azı 2 dəfə yuyun. Cinslər yuyulanda mütləq balacalaşır.



3.
Tiftik və ya anqora yunlu paltarlarınız tük tökməsin deyə, balaca bir
paketə qoyub soyuducunun buzluğuna yerləşdirin. 3 saat saxlasanız,
kifayətdir.



4.
Vintaj yaxud ikinci əl paltarlardakı iydən qurtulmaq üçün 1 qaşıq vodka
və 2 qaşıq suyu qarışdırıb, sprey şüşəsinin köməyi ilə püskürdün.

 

5.
Çantanıza yağ damcısı düşübsə, uşaq pudrasını ləkənin üstünə tökün və
sabaha qədər saxlayın. Böyük ehtimalla ləkə yox olacaq. Getməyibsə, bir
neçə gün bunu təkrarlayın.



6.
Əyninizə yaxşı oturan paltarların əsas xüsusiyyəti sintetikliyindədir.
Köynəklərdə 95% pambıq, 5% sintetika, cins şalvarlarda isə tərkibində ən
azı 2% sintetika olanlara üstünlük verin.



7.
Paltarınızı şkafa həmişə açıqdan tünd rənglərə görə yığın. Məsələn,
açıq rəngləri soldan, tündləri sağdan düzün. Beləcə, daha rahat seçib
geyinə biləcəksiniz.



8.
Yun parçanın keyfiyyətini yoxlamaq üçün parçanı astaca dartın. Əlinizi
çəkəndə parça əvvəlki vəziyyətini alırsa, deməli, keyfiyyətlidir.

 

9.
Mağazada cins şalvarı geyinib yoxlamağa vaxtınız yoxdursa,
barmaqlarınızı büküb dirsəyinizi şalvarın belinə salın. Əgər şalvarın
beli dirsəyinizdən barmaqlarınızın bükümünə qədərdirsə, bu, sizin
ölçünüzdür. Boynunuzun ölçüsü də bel ölçünüzlə eynidir, onu da yoxlamaq
olar.



10.
Hansısa paltarı atıb-atmamaqla bağlı qərarsızsınızsa, "indi mağazada
olsaydım, bunu alardım?” sualını özünüzə verin. Cavab "yox”dursa, atın.



11.Bikini və dəniz geyimlərini paltaryuyan maşında yumayın. Maşınla yuyulanda bu paltarlar elastikliklərini itirirlər.

 

12.
Saxta çantalardan qaçın, onların həqiqi olub-olmadığını çox adam başa
düşər. Amma saxta brilyant və digər daş-qaşlı dəstləri isə
keyfiyyətlidirlərsə, ancaq pəşəkarlar anlaya bilər.



13. Paltarı ütüləyəndən dərhal sonra geyinməyin. Yoxsa yeni qırışlar əmələ gələ bilər. 5 dəqiqə gözləyin, sonra geyinin.



14. Çiçəklərin vazda daha çox canlı qalmasını istəyirsinizsə, suya bir azca vodka damcıladın.



15. Şəffaf corablarınızın süzülməyindən yorulmusunuzsa, əvvəlcə üzərinə saç spreyi vurub sonra geyinin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!