Bahar, yay, payız, yoxsa qışsan

Bahar, yay, payız, yoxsa qışsan
Qadın dünyası
10.09.2017 44
İnsanın zövq və istəklərinin dəyişmə sürətinin yüksəkliyi hətta psixoloqları çaşdırır.



Ən
gözəl, ən əlçatmaz bir şeyə sahib olmaq istəyimiz, onu əldə etdikən
dərhal sonra yorulmaq ehtimalımızın yanında kölgədə qalır. Xüsusilə də
biz qadınlarda. Dəbdə olan bir geyimi əldə etdiyimizə sevinməyə macal
tapmamış, rəfiqəmizdə ondan daha gözəl bir paltar görüb həvəsdən
düşürük. Daha doğrusu, başqasının həvəsinə düşürük. 

Özümüz
kimi olmaq arzusu ilə, necə deyərlər, dələ kimi təkərin içində
fırlanmaq artıq bir adətə çevrilib. Doğrudur, burda pis heç nə yoxdur,
amma dəb hər halda dəbdir. Onun dalınca qaçmaq lazım deyil, izləmək isə
vacibdir. Əks halda siz öz individuallığınızı itirə bilərsiz,
eksperimentlər apara-apara isə təcrübə dovşanına çevrilərsiniz. Ancaq
çox bahalı və çox dəbli əşyaların aludəçisi olmaq da məsləhət deyil. Bu
cür geyimlə diqqət mərkəzində olacağınıza zəmanət yoxdur. Geyimi
tamamlayan vacib bir aksesuarın - kosmetikanın varlığını unutmayın. Son
dəbə uyğun geyim imkanı olan qadının, təbii ki, kosmetika seçimi də
yüksəkdir. Ondan isifadə etmək qabiliyyətini isə tədqiq etmək, öyrənmək
lazımdır. Əgər çox gözəl geyinməyinizə baxmayaraq, diqqətdən kənarda
qalmaq istəmirsinizsə, onda əvvəlcə hansı tipə aid olduğunuzu
müəyyənləşdirin. Yalnız bundan sonra bütün fikrinizi özünüzə toplayıb
alış-verişə çıxa bilərsiniz.

Psixioloqların
qadınları quşlarla, heyvanlarla, bitkilərlə uyğunlaşdırıb mütəlif
tiplərə bölmələrinə çoxdan adət etmiik. Bu dəfə isə bizi fəsillərlə
uyğunlaşdırırlar. Yəni hər qadın bir fəsilə uyğun gəlir. Lakin bu, o
qədər də sadə bölgü deyil. Çünki qadınları saçının, dərisinin rənginə
görə dörd yerə bölmək mümkünsüzdür. Ona görə də aşağıdakı tiplərin hər
birinin alt tipləri də var. Qadınların dəyişkən xarakterləri onlara bu
gün qış, sabah isə bahar olmağa imkan verir. Saçlarınızın, gözlərinizin
rəngi, dərinizin çaları ilə ilin hansı fəslinə uyğun gəldiyinizi bilmək
istəyirsinizsə, təklif olunan bölgüyə fikir verin. Ancaq bunu özünüz
üçün etalona çevirməyin. Əslində, hər bir qadın individual yanaşmaya
ehtiyac duyur.



Qış

İlin
bu fəslinə uyğun gələn qadınların dərisi farfor rəngdə, solğun olur.
Yayda dəriləri daha çox zeytun yağının rənginə qədər qarala bilir.
Saçları tünd şabalıdıdan qaraya qədər dəyişə bilir. Tünd şabalıdı, qara
və tünd mavi rəngli gözlər "qış" qadınların xüsusiyyətlərini tamamlayır.
Əgər özünüzdə bu keyfiyyətləri görürüsünüzsə, deməli siz "qış"sınız.

Sizə
qara, ağ, parlaq göy, parlaq sarı rənglər yaraşar. Qarderobunuzda bu
rənglərə üstünlük verməklə uğurlu seçim etmiş olarsınız. Açıq qəhvəyi,
boz və narıncı rənglərdən istifadə qəti məsləhət görülmür. Ancaq normal
seçilmiş geyim hələ hər şey demək deyil. Kosmetikada da düzgün seçim
edin. İstifadə etdiyiniz tonal krem açıq rəngli və çəhrayı çalarlı
olmalıdır. Ənlik soyuq çəhrayı rəngdə olmalıdır. Göz kölgələrində açıq
qəhvəyi-çəhrayı, yasəmən-mavi rənglər üstünlük təşkil etməlidir. Dodaq
boyalarının bütün soyuq çəhrayı və tünd qırmızı çalarları sizə yaraşar.
Tuş qara, tünd göy və tünd bənövşəyi rənglərdə olmalıdır. "Qış"
qadınların ümumi makiyajı az miqdarda olsa da, parlaq görünməlidir.



Bahar

Bu
tip qadınların dərisi açıq qızılı çalarda, fil sümüyü və şəftəli
rəngində, saçları qum, saman çalarlarında, yaxud qızılı sarı olur.
"Bahar" qadınları mavi, bozumtul mavi, bozumtul yaşıl, parlaq qəhvəyi
rəngli gözlər tamamlayır.

Geyim
üçün uyğun olan rənglər bozumtul mavi, açıq qəhvəyi, yasəmən və
yaşıldır. Bütün tünd, soyuq rənglər və göy çalarlı qırmızı, ağla qaranın
kombinasiyası tipinizə yaraşmayan rənglərdir. Onlardan bacardığınız
qədər uzaq olmağa çalışın. Bu rənglər "bahar" qadınları azlıq içində
belə görünməz edir. Kosmetika seçiminə gəldikdə isə, açıq qəhvəyi rəngli
tonal krem, şaftalı və ərik rəngli ənliyə üstünlük verin. Göz
kölgələrində ən ağlasığmaz rəglərdən istifadə edə bilərsiniz. Sarı, açıq
yaşıl, zərif qırmızı, açıq qəhvəyi-çəhrayı göz kölgələrindən istifadə
daha məqsədə uyğundur. Dodaq boyasını fındıq və zərif qızılgül rəngində,
tuşu isə gözünüzün rənginə uyğun seçin.



Yay

Qadının
bu tipə uyğun olduğunu zərif, həssas, açıq çəhryı dəri, platin sarısı,
kül-sarı, kül-şabalıdı və xurmayı saçlar, mavi, bozumtul mavi, bozumtul
yaşıl gözlərdən anlamaq olar. Bu qadınlar üçün uğurlu geyim tutqun,
dağınıq rənglərdə olmalıdır. Əsasən tüstü mavisi, göy-mavi, yasəmən,
asfalt, qəhvəyi-çəhrayı, yetişmiş gilənar rənglərinə üstünlük
verilməlidir. Ağ da daxil olmaqla, bütün çox açıq və bütün isti (qızılı,
narıncı) rənglər məsləhət görülmür.

Tonal
kreminiz açıq-qəhvəyi-çəhrayı rəngdə olmalıdır. Yanağınıza təravət
vermək üçün solmaqda olan qızılgül rənginə çalan şəffaf, çəhrayı, tutqun
ənliklərdən istifadə edin. Göz kölgənizi paltarınızın rəngindən bir
neçə ton açıq çalarla uyğunlaşdırın. Bənövşəyi və çəhrayı dodaq boyası,
tünd göy və tünd qəhvəyi tuş sizə uyğundur. "Yay" qadınların makiyaj
edərkən diqqət yetirməli olduqları vacib bir amil var: son nəticədə ya
gözünüz, ya da dodağınız görünməlidir. Hansını daha qabarıq boyamağa
özünüz qərar verin. Həm gözün, həm də dodağın parlaq boyanması tipinizə
yaraşmır. Ən yaxşısı göz kölgələrindən istifadə etməməkdir.



Payız

Əgər
dəriniz qızılı çalarlı, şaftalı rəngli və çillidirsə, deməli, "payız"
qadınsız. Bu tip qadınları kürən, qızılı şabalıdı və xurmayı saçlar,
açıq qəhvəyidən tünd parlaq rəngə qədər olan gözlər tamamlayır. Qarderob
təşkilində qızılı və bal çalarlarında olan isti qəhvəyi, xaki, sarı,
qızılı, narıncı rənglərə üstünlük verilməlidir. Bütün soyuq rənglər -
boz, göy, tünd qırmızı və s. tipinizə uyğun gəlmir. Makiyajda açıq
qəhvəyi tonal krem, qəhvəyi, qızılı, xaki və bal çalarlarında olan göz
kölgəsi, qızılı kürən, qızıla çalan tünd qəhvəyi və bal çalarlı dodaq
boyalarından istifadə edə bilərsiniz. Ənliyin də bu tonlarda seçilməsi
məsləhətdir. Ümumiyyətlə, "payız" qadınlar bütün dəb eksperimentlərinə
asanlıqla uyuşurlar. Əgər yuxarıdakı tiplərin hər hansı birində özünüzü
görə bilirsinizsə, deməli, seçim probleminiz bir qədər yüngülləşib.
Ancaq danılmaz bi həqiqət var ki, qadınlar həmişə eyni cür qala
bilmirlər. Əgər saçlarınızın rəngini dəyişməyə qərar vermisinizsə, bilin
ki, tipiniz də dəyişəcək. Sadəcə olaraq, çaları fərqli etməklə bu tipi
saxlaya bilərsiniz. Əgər mütləq dəyişmək istəyirsinizsə, bunu əsaslı
surətdə etmək lazım gələcək. Yeni ampluanızın bütün nüanslarını nəzərə
alın. Dəbə gəldikdə, bu yay çəhrayı və onun çalarları üstünlük təşkil
edir. Mütləq dəblə geyinmək qərarına gəlmisinizsə, tipinizi bu rəngə
uyğun dəyişin. Dəriniz də qüsursuz olmalıdır. Çapıq və başqa bu kimi
qüsurları dərinizdən bir ton tünd olan tonal kremlə örtün. Əgər bu
civzələrdirsə, açıq yaşılı korrektordan istifadə edə bilərsiniz.

Güzgüyə baxarkən çox gözəl göründüyünüzə əmin olmaq isətəyirsinizsə, tipinizi dəqiq seçin, ona uyğun geyinin və bəzənin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!