Viktoriya Bekhem dikdabanları ilə vidalaşdı?

Viktoriya Bekhem dikdabanları ilə vidalaşdı?
Qadın dünyası
10.09.2017 6
Viktoriya
Bekhem hamilə ikən və ya qucağında körpəsi olanda belə dikdaban
ayaqqabılardan imtina etməmişdi. Amma görünür, modelyerin sevdiyi
ayaqqabıları ilə ayrılığının vaxtı çatıb.

41 yaşlı Bekhem illərdir vaz keçmədiyi hündürdaban ayaqqabılarına vida etməli olub.

 

Məsələ
bundadır ki, 5 il bundan əvvəl həkim Viktoriya Bekhemə hündürdaban
ayaqqabı geyinməməyi məsləhət görüb. Ancaq o zaman Viktoriya yüksəkdaban
ayaqqabılarından ayrıla bilməmişdi. Modelyer həkimin bu məsləhətinə
illər sonra əməl etməyə qərar verib. Deyilənlərə görə, modelyerin bu
qərarı verməsinə ayağındakı problem səbəb olub.

 

Bekhem "The Telegraph” qəzetinə verdiyi müsahibəsində bunları deyib:

"Artıq
hündürdaban ayaqqabıya üstünlük verməyəcəm. Ən azından, çalışarkən. Çox
səyahət edirəm və paltarlarımın daha rahat və sadə olmasını istəyirəm”.

 

Yeri
gəlmişkən, modelyer Nyu-York Moda Həftəsi çərçivəsində  nümayiş
etdirdiyi kolleksiyasında da bu qaydaya əməl edib. Onun hazırladığı
kolleksiyada rahat şalvarlar və idman ayaqqabılar yer almışdı.
Modelyerin bu dəyişikliyi izləyənləri də təəccübləndirmişdi.

 

Xatırladaq
ki, Bekhem illər əvvəl altı düz ayaqqabılardan nifrət etdiyini
söyləmişdi. Bekhem "Balerina ayaqqabıları geyinmirəm. Hündürdaban
ayaqqabıları çox sevirəm. Əslində, altı düz ayaqqabılardan nifrət
edirəm. Onlar mənə iyrənc gəlir" - demişdi.

Viktoriya
Bekhemin yaxınları modelyerin hündürdaban ayaqqabılara olan sevgisini
boyunun ərindən qısa olması ilə əlaqəndirir. Hündür ayaqqabılar
sayəsində o, yaraşıqlı əri Devid Bekhemlə eyni boyda görünür.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!