Qadın böyük qüvvədir

Qadın böyük qüvvədir
Qadın dünyası
10.09.2017 8
Bütün
aqil insanlar bir məsələdə həmfikirdirlər. Zamanından, dövründən asılı
olmayaraq, onlar etiraf edirlər ki, qadın xarakterinə, təbiətinə,
xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir. Bir sözlə,
dünyanın gərdişinə varanlar bilir ki, qadın dünyası bütün planetlərdən
uzaq və mübhəmdir. Onun haqqında deyilənlər bu müəmmanın heç yüzdə
birini də açıqlamır. Hər halda bu gün sizinlə "yüzdə bir belə
açıqlamalara" nəzər salacağıq.



Balzak qadınlarda işğalçı ruhu görüb: "Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər". 



Monikinin görümüncə, onlar çox səbirsizdirlər: "Kişilərin səbri illərlə, qadınlarınkı dəqiqələrlə ölçülür". 



Qadın
səbirsiz olsa da, hər halda həssasdır. Lomarkın sözlərilə desək, "qadın
həssaslıqla hər şeyi çox tez duyur, anlayır, yalnız mühakimə etdikdə
yanılır". 



Davfresnin
fikirləri isə qadının yalnız xarici gözəlliyini qiymətləndirənlər üçün
maraqlı olacaq. Xatırladırıq ki, Davfresninin fikirlərinə ehtiramla
yanaşsanız, gələcək peşmançılıqdan yaxa qurtararsınız. Onun təbirincə,
qadınların gəzinti zamanı tovuzquşu kimi bəzənməsinə elə də bənd olmaq
lazım deyil. Çünki yazıçı uzun illərin müşahidəsindən belə nəticə
çıxarıb ki, "qadınlar yalnız görüşlər zamanı göyərçinə, evdə isə qarğaya
oxşayırlar". Dostoyevski isə deyəsən, yaman aldanıb. Çünki o, qadının
aldatmaq məharətinə heyran qalaraq, fikirləşib ki, "qadın hətta hər şeyi
görən Allahı da aldada bilər". 



Qadınların
geniş ürəyinə, günahları bağışlamaq bacarığına gəlincə, A.Hüsse onları
eqoizmdə günahlandırıb: Qadınlar yalnız özləri ədalətsiz olduqda,
qarşısındakından da bağışlanılmaz günah işlətdikdə bağışlayırlar". 



H.Heyne
isə isbata ehtiyacı olmayan aksiomanı təkrar edib: "Tarixə yalnız
kişilərin adı düşsə də, dünyanı qadınlar idarə edir". Qadın nifrətindən
də uzaq olun. O sizə nifrət etsə, bilin ki, özünüzə ən qəddar düşmən
qazanmısınız. A.Hüsse bu nifrətə bələdçilikdə sizlərə yardımçı ola
bilər: "Onun sizə necə nifrət etdiyini bilmək istəyirsinizsə, onun sizi
necə sevdiyini xatırlamağınız kifayətdir". Qadının bir zəif damarı var:
məhəbbət! Belə ki, məhəbbətdə şahı gədadan ayırmayan Ulu yaradan qadına
da güzəştə getməyib. Ən ağıllı qadını elə yanıldıb ki, bunu sözlə də
ifadə etmək çətindir. Aqillər qadınlar haqqında müxtəlif fikirlər
söyləsələr də, bu məsələdə həmrəydirlər. Venevedinov qadının məhəbbətdə
həmişə axmaqlığa yuvarlandığı, çinlilərsə hamıdan ağıllı qadının hamıdan
axmaq kişini sevdiyi qənaətindədir. 



Gözəllik
təcəssümü sayılan qadının özü də gözəllik əsiridir. Çirkin qadınların
halına acıyan Mabiyevin sözlərilə desək, "qadın elə bircə çirkinlik
dərdini bütün həyatı boyu qəlbində saxlayır". Bu dərdin dözülməzliyindən
qaçanlarsa, eynən Krılovun müşahidəsinə əl atırlar: "Hamıdan çirkin
olsa da, elə qadın yoxdur ki, güzgü onu onun kifayət qədər gözəl
olduğuna inandırmasın". 



Şekspirsə
qadının vicdanına aludədir. Onun fikrincə, "qadını ciddilik deyil,
vicdan mühafizə etməlidir". Bütün bu deyilənlərə Maksim Qorkinin
sözlərilə nöqtə qoyaq: "Qadından ölümdən qaça bilmədiyin kimi qaça
bilməzsən".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!