Qan qrupuna görə insanın xasiyyəti

Qan qrupuna görə insanın xasiyyəti
Qadın dünyası
10.09.2017 43
Qan qrupu insan haqqında maraqlı xüsusiyyətləri izah edə bilir.
Mütəxəssislərin fikrincə, qan qrupunda mövcud olan xüsusi faktorlar var,
hansıki həmin faktorlar orqanizmin bəzi fizioloji xüsusiyyətlərinə və
ümumilikdə insanın xarakterinə təsir edir. Həmin faktorlara əhatəli
şəkildə nəzər salaq:



1-ci qan qrupu (O).

1-ci qan qrupu ən qədim qan qrupu hesab olunur. Araşdırmalar
göstərmişdir ki, 1-ci qan qrupu neandertalların vaxtından, yəni e.ə.
40.000 il əvvəlki dövrdə mövcud olmuşdur. Həmin insanların qida
rasionunu əsasən yabanı bitkilər, həşəratlar və vəhşi heyvanların
qalıqlarından ibarət olmuşdur.



1-ci qan qrupuna malik insanlar bir az məsuliyyətsiz olduqları üçün
başladıqları işi sona çatdırmırlar, lakin bununla belə onlar bu cür
vəziyyətdən həmişə çıxış yolu tapırlar. Necə? Sadəcə öhdəlik və
vəzifələri başqa insanlara, əsasən öz həmfikirlərinə ötürərək. Məhz bu
xüsusiyyət 1-ci qan qrupuna malik insanlara müdir, baş təşkilatçı kimi
vəzifələrin öhdəsindən gəlməyə yardım edir və insanda liderlik xarakteri
yetişdirir.



Bu insanlar yüksək natiqlik qabiliyyəti və potensiala malik olur, kütləni öz arzasınca apara bilir.



Xəstəliklərə meyil: 1-ci qan qrupuna malik olan insanlarda ət və ət
məhsulları daha gec həzm olunur. Bu insanlara daimi olaraq hərəkətdə
olmaq, aktiv həyat tərzi sürmək məsləhət olunur.



2-ci qan qrupu (A).

2-ci qan qrupu insanlar hər şeylə qidalanmağa başladığı dövrlərdən
yaranmağa başlamışdır. Bu da təxminən e.ə. 25.000-15.000 il əvvələ
təsadüf edir. Bu dövrdə insanların əsas qayğısı əkinçilik və heyvanların
əhililləşdirilməsi olmuşdur. Hal-hazırda 2-ci qan qrupuna malik
insanlar ən çox Qərbi Avropa və Yaponiyada məskunlaşmışdır.



2-ci qan qrupuna malik insanların xarakterinin əsas xüsusiyyəti
liderlik sayılır. İstənilən vəziyyətdən çıxış yolunun asanlıqla
tapılması, habelə istənilən mühitə tezliklə uyğunlaşma 2-ci qan qrupu
üçün spesifik göstərici sayılır. Mövcud olan problemləri həll etmək bir
qədər çətin olsa da bu insanların başqalarına verdiyi məsləhətlər əksər
hallarda effektiv olur.



Bu insanların xarakterik xüsusiyyətlərinə uyğun gələn ixtisaslar: müəllim, həkim, administrator, təşkilatçı.



Xəstəliklərə meyil: əksər hallarda ürək xəstəlikləri , ödün
funksiyasının pozulması və görmə qabiliyyətinin zəifləməsi baş verir.



3-cü qan qrupu (B).

Hesab olunur ki, bu qan qrupu e.ə. 15.000 il əvvəl yaranmağa
başlamışdır. Həmin dövrdə insanlar daimi yaşayış yerlərin tez-tez
dəyişir, xüsusilə də soyuq iqlim qurşaqlarına axın güclü olur. Kəskin
iqlim və mühit dəyişiklikləri 3-cü qan qrupunun meydana gəlmə
səbəblərindən biridir. Bu insanlar olduqca dəqiq və sərrast olurlar.
Qarşıya qoyulmuş məqsəd və öhdəlikləri yüksək səviyyədə, dəqiqliklə, heç
bir xırdalığı nəzərdən qaçırmayaraq edirlər.



Məhz 3-cü qan qrupuna malik insanlar asanlıqla öz işinin ustası,
mütəxəssisi olurlar. Mütəxəssis və usta olmaq isə böyük məsuliyyət və
xırdaçılıq tələb edir.



Bu insanlardan əla zərgər, cərrah, vəkil, kriminalist çıxır.



Xəstəliklərə meyil: selikli qişa çox əziyyət çəkir. Buna görə də ən çox həzm sisteminin orqanların qorumaq lazımdır.



4-cü qan qrupu (AB).

Digər qan qrupları ilə müqayisədə bu qan qrupu ən gənc qan qrupudur.
4-cü qan qrupunun yaşı 1000 ildən çox deyil heç. Bu qan qrupu 1 və 3-cü
qan qrupunun birləşməsindən əmələ gəlir və böyük nadirliklə xarakterizə
olunur. Beləki, dünya əhalisinin cəmi 5%-i 4-cü qan qrupuna malikdir.



4-cü qan qrupuna malik olan insanlar səbirli olur və iş yerində,
kollektivdə, cəmiyyətdə öz xarakterinin sakitliyi və rəmkinliyi ilə
seçilir.



Bu insanlara uyğun gələn ixtisaslar: kəşfiyyatçılar, alimlər, proqramçılar, iqtisadçılar.



Xəstəliklərə meyil: güclü immun sisteminə malik olsalar da, tez-tez oynaq və dəri xəstəliklərinə tutulurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!