8 martın əsl tarixi

8 martın əsl tarixi
Qadın dünyası
10.09.2017 22
Yaxşı
olardı ki, 8 mart onun yaranma tarixinə diqqət edilərək dünyada, əsasən
Amerika və Avropada qadınlarının hələ də bərpa olunmayan hüquqlarının,
azadlıqlarının və bərabərliklərinin bərpa olunmasına çağırış günü kimi
qeyd olunsun Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi
mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın
Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı
maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz
olaraq tətil etməsi qəbul edilir. Bu hadisələrdən 52 il sonra
Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist
İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda
başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın
həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması
qərarlaşdırılır. 1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət
daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin
ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT, 1975-ci ilin 8
martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra
isə BMT-nin ümumi qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq
sülh günü olaraq qəbul edildi. Bu günün yəni 8 martın Beynəlxalq
Qadınlar Günü olmasına səbəb olan başqa hadisələr də var, tarixi
ardıcıllıqla onları sadalayıram, bəzilərini ardıcıllığa görə təkarər bir
də sadalayacağam, diqqət edin: 1857-ci ildə Nyu-Yorkda qadınlar, 12
saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş
keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi
dağıtdı. 1908-ci ildə yenə də Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma
saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi .
Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı
"Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha
rifah həyat tərzini ifadə edirdi. 1909-cu ildə Avropadaki qadınlar,
Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq
keçirdi.1910-cu ildə Clara Zetkin adlı alman sosialist qadın, Qadın
Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və
bu təklifi qəbul edildi. 1911-ci il: Kophenagen qərarından sonra ilk
dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və
sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tətil, daha sonra digər
Avropa ölkələrində də qeyd edilməyə başlandı.1977-ci ildə Birləşmiş
Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və
Dünya Barışı günü olaraq qəbul edildi. Bunlar 8 martın tarixi haqqında
olan demək olar əsas məlumatlardı. 8 mart günü beynəlxalq qadınlar
bayramı kimi qeyd olunur, sadəcə buna diqqət edək ki, bu gün dünyada,
xüsusilə Amerika və Avropa ölkələrində qadın hələ də biznes, reklam və
əyləncə obyekti kimi istifadə olunur. Çox təəssüf ki, qadınlar bəlkədə
özləridə bilmədən bu istiqamətlərdə bir alətə çevriliblər və bu da bir
hüquq pozuntusu, qeyri-bərabərlik və azadlıqlardan məhrum edilmədir.
Yaxşı olardı ki, 8 mart onun yaranma tarixinə diqqət edilərək dünyada,
əsasən Amerika və Avropada qadınlarının hələ də bərpa olunmayan
hüquqlarının, azadlıqlarının və bərabərliklərinin bərpa olunmasına
çağırış günü kimi qeyd olunsun. Bu gün qadınlar orta əsrlər və hətta
ibtidai dövrlərdə olduğu kimi müxtəlif sahələrdə yenə də kişilərin,
işbazların və digər ünsürlərin əlində bir alətdir və başqasının biznes,
reklam işlərində və ya əyləncəsində bir vasitə kimi istifadə olunur.
Qadınların hüquqları, azadlıqları və kişilərlə bərabərliyi tam pozulur.
Bu gün qadın hüququndan danışılan qərb və amerikada da bu belədir. Çox
təssüf ki bizim ölkəmiz də Amerika və Qərbə üz tutduğu üçün kifayət
qədər belə hallar var. Azyaşlıların erkən nikahından danışılır, amma
azyaşlıların əxlaqsızlıq yuvalarında səhərə qədər vaxt keçirməsindən,
mənəviyyatsızlığından və əxlaqsızlığından heç söhbət belə etmirlər.
Ümumiyyətlə məncə qadınların bu gün o qədər problemləri var ki, 8 mart
məhz bu günün yaranma tarixinə diqqət etsək belə problemlərin həllinə
yönəlməlidir. 8 mart bayram yox, tarix boyu və bu gün də davam edən
qadınlara olan zülm və haqsızlığa etiraz günü olmalıdır. Çünki bu gün
tarixə düşəndən indiyə qədər qadınların problemləri qalmaqdadır, məgər o
problemlər həll oldu ki, qadınlar həmin günü bayram edirlər hər halda
bu gün də bayramlıq heç nə yoxdur. Qadınları hər cür istismara məruz
qoyanlar bu günü onlar üçün bayram qərar veriblər. Əgər qadınlar bayram
keçirmək istəyirsə və təbiidir ki, onlar bunu istəyirlər və buna
layiqdirlər, bu dünya xanımlarının xanımı Peyğəmbərimizin qızı Fatimeyi
Zəhranın doğum günüdür. Xanımlar üçün qadınlara, hətta kişilərə belə
örnək olan bir qadının dünyaya gəlməsindən sevimli, şad və bayramlı heç
nə ola bilməz. Qadınlara qarşı aparılan istismar siyasəti əsasən Amerika
və Qərb dövlətlərində hələ də davam edir. Zaman-zaman qadınların bir
alət olaraq istifadə edilməsinin zahiri görünüşü və şəkli dəyişib, zülm
və haqsızlıq elə olduğu kimi qalıb. 8 mart qadınların onlara qarşı
yönələn zülmə və haqsızlığa etiraz günü kimi qeyd olunmalıdır. 8 martı
qadınlar üçün bayram günü elan etməklə qadınlara olan zülm və haqsızlığı
pərdələdilər, mən dünya qadınlarını məhz 8 mart günündə bu günün
yaradıcıları olan tarixi qadınlar kimi olmağa çağırıram, bu gün – 8 mart
bayram yox, qadınların onlara olan zülmlərə etiraz günüdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!