Beynəlxalq qadınlar günü dünyada

Beynəlxalq qadınlar günü dünyada
Qadın dünyası
10.09.2017 20
Əziz xanımlarımız bu gözəl günün hər bir ailədə fərqli qeyd edildiyi
kimi, hər bir ölkədə də fərqli qeyd edildiyini bilirik. Odur ki, gəlin
ölkə-ölkə bu günün qeyd edilməsinə baxaq.



1.Rusiyada

1913-cü ildə 8 Martı bayram kimi ilk dəfə Rusiyada qeyd etdilər. Burada o
 proletar şüarın altında bu  kimi qeyd edilirdi: " Siyasi və iqtisadi
azad olmaq üçün mübarizədə qadınlar ".

Sonra, artıq müharibə  illərində,  kişilər faşistlərlə müharibəyə
gedirdilər, onda  8 martda şüarların altında qeyd edilirdi: "Faşist
Almaniyasına qarşı qadınlar, öz kişiləri naminə dayanır, dözür".



2.Yaponiyada.

Burada bayram həmçinin mart ayındadır.  Yalnız ayın 8-i yox, 3 martda
qeyd edirlər. Bu bayramı Qızlar günü adlandırırlar. Həmçinin onu
Kuklalar Günü də adlandırırlar hansı ki,  İtaliyada bayram deməkdir.

Yaponlar həmin günü Kuklalara və onun sahiblərinə həsr edirlər, çünki
bu gündə heç bir xanımın qonşusu ondan gözəl görünməməlidirlər. Bunun
üçün uzun muddət hazırlıq işləri görürlər. Kuklaları daha çox bəzəyirlər
nəyinki özlərini. Bu bir sərgi kimi bir ay davam edir. Bir ay sonra
kuklanı yeni il əşyası kimi yığışdırmaq lazımdır. Belə inancları da
vardır ki, kuklanı yığışdırmayan evin qızı həmin il ərə gedə bilmir. 



3. "Analar günü" kimi tanıdığımız bir bayram da vardır ki, may
ayının ilk bazar günü qeyd edilir. Bu bayramı əsasən: Türkiyə,
Danimarka, İtaliya, ABŞ, Finlandiya qeyd edir.



4. İtalyada

Bu ölkədə həmin gün kişiləri qadınların məclislərinə buraxmırlar. Məhz
bu cür italyan qadınları öz müstəqilliklərini qeyd edirlər. 8 mart da
qadınlar üçün istənilən obyetlərə giriş pulsuz olur. Həmin gün qadınlar
kafeyə gedir birgə deyib gülür, şənlənirlər.  

 

5. Hindistanda

Qadınlar bayramı Hindistanda oktyabr ayının ilk həftəsində qeyd
edirlər. Özü də bu bayram 10 gün davam edir.  Bunu 10 əlli allahları
olan Durqa Pudjanın şərəfinə edirlər.



6. İsveçdə və Fransada

Həmin gün qadınların yaylıqları və satışı ilə qeyd olunur. Sonda
yığılmış pul qəhraman analara verilir ki, onlar məzuniyyətə gedə
bilsinlər.



7. Serbiyada

Bu qadınlar gününü onlar Milad bayramında qeyd edirlər. Zarafat üçün
uşaqlar analarının əllərini bağlayırlar. Azad edilmək istəyən ana
uşaqlarına axşamdan hazırladığı hədiyyələri verməlidir. 



8. Yunanıstanda

Əgər biz "Babosa" adlı bayramda Yunanıstana baş çəksək görəcəyik ki,
həmin gün hər bir qadına sanki şəhərin, rayonun və ya kəndin ən hörmətli
qadını kimi etiram göstərirlər. Məhz həmin gündə qadınlar kişiləri
üzərindəki ağalıqlarından istifadə edərək onlara istədikləri əmri verir
və hətta cəza yerinə kişilərini su ilə isladırlar. Bizim dövürdə buna
zarafatyana baxırlar. Amma yunan xanımları bu cəzanı heç də zarafat
xətrinə etmirlər.



9. Almaniyada

Vahid dövlət halında birləşdiyi gündən 8 martı heç də bütün Alman
xalqı qeyd etmirlər. Halbuki hər il qəzetlərdə və jurnallarda həmin günü
"beynəlxalq qadınlar günü" adı kimi təqdim edirlər. Amma may ayının ilk
həftəsindəki "Analar günü" bayramını qeyd edirlər. Həmin gün bütün
qadınlar hər növ ev işdən azad olurlar.  Amma dövlət daxilində 8 mart iş
günü hesab olunur. 



10. Litvada

 8 mart qadınlar bayramı Litvada ancaq rus əhalisinin çox olduğu
ərazilərdə qeyd edilir. Ümumilikdə həmin gün rəsmi dövlət statusuna
malik deyil. Almanlar kimi burda da həmin gün iş günüdür.



11. Vyetnamda

Əvvəllər bu bayram "Çinq bacılarının xatirəsi" günü adlanırdı. Onlar
Çinin Vetnam üzərindəki hər növ təcavüzə qarşı mübarizə aparan cəsur
qızlardır. Bu bacılar düşmələrə təslim olmamaq üçün özlərini çaya
atırlar. Eyni anda onları başçılıq etdikləri qoşun düşmən tərəfindən
tutulur. Amma bu bayram sosializim qələbəsindən sonra tədricən sıradan
çıxdı. 



12.  Fransada

Yuxarıda qeyd etdiyim kimi, bu ölkədə də "Analar günü" adı altında
mayın birinci bazar günü qeyd edirlər. bu ölkədə gənc qızlar (ailə
qurmamış) hədiyyə ala bilməzlər. Onlara məhz sevgililər günündə
sevdikləri tərəfindən hədiyyə verilir. 



13.  Bolqarıstanda

Bu gözəl bayram hələ dövlət əhəmiyyətli olmadığından həmin gün iş
günüdür. Bu gündə kişilər öz xanımları ilə yanaşı iş yoldaşları olan
xanımları da təbrik edirlər. Nəticə etibarı ilə qadınlar bir birlərini
təbrik etməyə başladılar. Beləcə iş yerində də qadın yoldaşları ilə
kafeye toplaşıb öz aralarında qeyd edirlər.



14. Gürcüstanda

Mənim yaşadığım bu ölkədə elə qadınlar günü kimi yüksək səviyyədə
qeyd edirlər. Ancaq martın 3-ü analar günü qeyd olunur. 8 martda hər kəs
əlində bir neçə hədiyyə evinə qaçır. Kiçikdən tutmuş böyüyə kimi bütün
xanımlar təbrik edilir. Axşamlar bəzi yerlərdə konsertlər təşkil olunur.
Atəşfəşanlıq mütləq olur, bunu həm dövlət, həm də camaat təşkil edir...

Bəli, Yer kürəsi çox böyükdür. Bəlkə də bir çox ölkələr bu günü qeyd
edirlər. İstərdim ki, xaricdə yaşayan qadın.netli xanımlarımız da həmin
ölkənin  8 martla bağlı adət-ənənələrini yazıb paylaşsınlar.  



Sonda isə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Hər
birinizə daim sevilməyi, diqqət mərkəzində olmağı, sağlamlıq və
xoşbəxtlik üçün lazım ola biləcək hər şeyi arzulayıram. Nə yaxşı ki, biz
qadınlar varıq. Yoxsa kişilər bizsiz necə yaşayardılar...Elə deyilmi?

 

Bayramımız mübarək əziz xanımlarımız!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!