Qadının yaradılışı və müasir cəmiyyətdə rolu

Qadının yaradılışı və müasir cəmiyyətdə rolu
Qadın dünyası
10.09.2017 11
Qadın
yaxşı bir ana, yaxşı bir yoldaş, mərhəmət timsali, şəfqət abidəsi və
hamısından əhəmiyyətlisi ‘‘Allahın insanlığa rəhməti’’ dir. Bu
ucalıqlara sahib olan belə bir varlığı yenidən oxumaq və İslamın ona
verdiyi uca dəyərləri yenidən canlandırmaq üçün, ən son din olan İslam
dininin uca dəyərlərini araşdırmamız lazımdır.



Bu
məqalədə Allahın insan olaraq yaratdığı varlıqlar içərisində iştirak
edən qadının şəxsiyyəti və ucalığını ələ alaraq ona İslamın verdiyi
gerçək dəyəri ələ almağa çalışacağıq.



Uca
Allah hər şeyi cütüylə yaratmışdır. Kainata baxdığımızda gördüyümüz hər
şeyin bir cütünü də bərabərində görərik. Bu yaradılışın qanunu, Allahın
qurduğu bir sistemdir. Xüsusilə canlılar aləmində hər şeyin bir cütü
olduğu kimi hər şeyin dişisi də mövcuddur. Bu yaradılış sisteminin ən
yaxşı şəkildə işləməsini təmin edən təməl ünsürlərdən biridir. Allah hər
şeyi bir nizam və ölçü içərisində yaratmışdır. "Rəbbimiz! Sən bunu
boşuna yaratmadın.”(Ali İmran sürəsi 191).



"Məgər
(müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları
görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini
ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər
vardır!”.(Nəhl sürəsi 79)



Uca
Allah göydə uçan quşlara, yerdə gəzən qarışqalara baxıb ibrətlər
götürməmizi və dərslər çıxarmamızı tövsiyə edir. Allahın yaratdığı hər
şeydə düşünən və ağılını işlədən insanlar üçün bir dərs və ibrət vardır.
Eyni şəkildə bizləri yaradan Allah öz yaradılışımızda da nə qədər ibrət
və dərslərin olduğunu və bunları düşünməmizi nəsihət etməkdədir. Əgər
düşünsək əsla qadının özünü "niyə qadın olaraq yaradıldım?” deyərək
alçaltmasının əsla doğru və islami bir davranış olmadığını görərik. 



İslamiyyət
qadını batdığı zillət bataqlığından qurtararaq izzətin zirvəsinə
çatdırmaqdadır. "Ey insanlar! Biz sizi bir kişi və bir

qadından
(Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız
(kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.
Üstünlük təqvadadır. Təqvalı kim olursa olsun üstün sayılmışdır. Bizdə
isə maddi gücə sahib olan kişinin üstün olduğu göz qarşısında tutulmuş
amma İslam bu fikiri yıxmağa çalışmışdır. Üstünlük təqvadadırsa və
Allahın ayələri hər kəsə aiddirsə və qadın da çəkinirsə mələklərin
dərəcəsinə hətta daha üstünə çıxa bilər deməkdir. Çəkinməyən kişi necə
olur ki, çəkinən qadından üstün ola bilər? Kişi çəkinmirsə "aşağıların
ən aşağısı” halına düşürsə necə olur ki Allahın alçaq etdik dediyini biz
ən üstün tuta bilərik.? Eyni şəkildə aşağıların ən aşağısına düşən
qadını necə olar da ucaların ucasına çıxara bilərik. İnsanlar istər
qadın olsun istər kişi təqvaları ölçüsündə qiymətləndirilməlidirlər və
layiq olduqları dəyərləri onlara verən İslam olmalıdır. Hz. Əlinin
buyurduğu kimi "İnsanların ən ağıllısı, Allaha ən yaxın olan kimsədir”
Allaha ən yaxın

olan kimsə ən çox qorunan kimsə deməkdir. Allaha görə ağıllılığın dəyəri təqva ölçüsündədir.



Qadına
edilən zülm və işgəncə, onu alçaldan hər cür söz və hərəkət, həqarət,
onu xor və zəlil görmək, kişidən aşağı görmək, onu təhqir etmək nəhayət
özünə edilməsini istəmədiyini qadınına etməsi və layiq görməsi bunların
hamısı cahiliyyə davranışlarının qalıqlarıdır. Quran isə bu cür
davranışları şiddətlə qınamış və hesabının soruşulacağını açıqca bəyan
etmişdir: "Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha
görə öldürüldü?” soruşulacağı zaman.” (Təkvir sürəsi 8-9.)



"Kişilərin
öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı
vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin!
Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.” (Nisa sürəsi 32)
ayəsiylə kişilərlə arasındakı fərqi qaldıran İslam, digər tərəfdən də
qadınlara görüş ifadə etmə və səs vermə haqqını tanımaqdadır. Allah
Elçisi (s.a.s.) Qurani Kərimin əmri ilə qadınlardan beyət alaraq və
onları qəbul edərək onlara bu haqqı əsrlər əvvəl vermişdir: "Sənə beyət
etmək üzrə gəldikləri zaman, onları qəbul et.” (Mümtəhinə sürəsi 12).
İmam Əli (ə.s) "Ey insanlar! Şübhəsiz Adəm nə qul və nə də nökər
doğulmuşdur. Bütün insanlar (qadın və kişi) azaddır.” və "kimsənin
köləsi olma çünki Allah (c.c.) səni azad yaratmışdır.” deyərək insana
azadlığını öyrətməkdə, bu mövzudakı hər cür tərəddüdü ortadan
qaldırmaqdadır.



Uca
Allah, qadını ilahi risalətin gözətçisi və islami hökm və ədəbin bəyan
edicisi etmiş və kişilərə bir əmanət olaraq vermişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!