Qadınlar niyə daha çox əsnəyirlər

Qadınlar niyə daha çox əsnəyirlər
Qadın dünyası
10.09.2017 12
İnsanlar
adətən yanlarında kimsə əsnəyərkən və hətta əsnək barədə eşidərkən
əsnəyirlər. Əsnəyin "yoluxucu olduğu” elmə çoxdan bəlli idi. Bu da
bəllidir ki, əsnəyin yoluxuculuğu özünü daha çox bir ailənin üzvləri
arasında büruzə verir. Amma indi müəyyən edilib ki, qadınlar kişilərlə
müqayisədə daha çox əsnəyirlər.

Alimlər
bu fenomeni onunla izah edirlər ki, qadınlar kişilərdən daha mərhəmətli
və başqalarına qarşı daha hüsn-rəğbətlidirlər. Onlar iddia edirlər ki,
belə mərhəmət meylliyinin əsasında qadının biologiyası dayanır. Qadınlar
və kişilərin onların xəbərləri olmadan müşahidə edilməsi göstərib ki,
qadınlar başqa adamların əsnəməsinə daha tez yoluxurlar. Tədqiqatçılar
inanırlar ki, bu hal kişi və qadınlar arasında dərin hüsn-rəğbət hissi
fərqindən baş verir.

Başqa
sözlərlə, bu ondan irəli gəlir ki, qadınlar həmkarlarının və ya ailə
üzvlərinin durumuna daha həssasdırlar. İtaliyadakı Piza Universitetindən
alim Elisabetta Palagi deyib ki, əsnək adətən qadınlara tez yoluxur və
bunun səbəbi qadınların bioloji baxımdan ana olmaq qabiliyyəti ilə
bağlıdır. Araşdırma nümayiş etdirib ki, insanlar daha çox onlara yaxın
olanların, məsələn dostların və ya qohumların yanında əsnəyirlər.

Bundan əvvəlki araşdırmalar "əsnək yoluxması”nın bir çox heyvanlara da xas cəhət olduğunu göstərmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!