Həyatınız seçdiyiniz qadındır

Həyatınız seçdiyiniz qadındır
Qadın dünyası
10.09.2017 12
Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir
sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur
bilmək istədiyim. Bu sualın cavabını gətir,  qurtar kəlləni.- deyir.
General
 bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir
cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və
nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini… 
General bu ölümcül təklifi qəbul edir  və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir:
-Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər!
Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər. 
İlk
gecə General görür ki, o qorxunc cadugər dünyalar gözəli bir qadına
çevrilmişdir qaranlıq otaqda. Cadugər danışmağa başlayır:

Mənim taleyim belədir… Günün yalnız yarısı gözəl ola bilərəm, digər
yarısı çirkin oluram. Seçim et. Gecələri səninlə olarkənmi gözəl olum,
yoxsa gündüzləri sən çöldə olarkənmi?
General düşünür və :
— Sən bilərsən, qərarı özün ver- deyir. Və o an qorxunc cadugər sonsuza qədər gözəl bir qadın olaraq qalır.

Yaxşı, bu əhvalatdan çıxarılacaq 3 dərs nədir?

1. Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istəyərlər.
2. Azad iradəsiyle hərəkət edən bir qadın hər vaxt gözəldir.
3. İstər gözəl olsun, istər çirkin olsun hər qadın əslində bir cadugərdir. 

Həyatınız
seçdiyiniz qadındır. Zövqlü bir qadına rast gəlsəniz zövqünüz,
məlumatlı bir qadına rast gəlsəniz məlumatınız, ağıllı bir qadına rast
gəlsəniz zəkanız inkişaf edər. İmanlı bir qadına rast gəlsəniz imanınız,
şəfqətli bir qadına rast gəlsəniz vicdanınız inkişaf edər. Anlayışlı
bir qadına rast gəlsəniz xoşbəxt, eqoist bir qadına rast gəlsəniz
filosof olarsınız. 
Həyat
qat-qatdır. Babilin Asma Bağçaları kimi laylar halında yüksələr, bir
mərtəbədən digər mərtəbəyə sizi yanınızdakı qadın aparar. Və bu gün
olduğunuz mərtəbə, seyr etdiyiniz mənzərə, gördüyünüz həyat yanınızdakı
qadının olduğu yerdir.
Həyatınız seçdiyiniz qadındır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!