Get, işinlə məşğul ol!

Get, işinlə məşğul ol!
Qadın dünyası
10.09.2017 17
Öz işinizlə məşğul olub-olmadığınızı öyrənmək üçün bu bəndlərə razı və narazı olduğunuzu bildirin:
1) Bazar ertəsi səhər iş həftəsinin başlanmasına sevinirsiz.
2) Geyim əhvalınızı yüksəldir və özünə inamı artırır.
3) Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyətinizə iş heç də mane olmur.
4) Hiss edirsiniz ki, ofisdə hətta divarlar belə sizə yardım edir.
5) Karyera normal ailə həyatı ilə əla uyğunlaşır.
6) Müdirin xəstələnməsi xəbəri bir sıra kolleqalarınızda olduğu kimi sizdə sevinc hissi yaratmır.
7) Rəqib şirkətin təklifini qəbul etməzsiniz, hətta məvacibi daha artıq olsa belə.
8) İş vaxtı başınız nadir hallarda ağrıyır.
9) İşdə yubanmağa normal hal kimi baxırsız.
10) Siz kolleqalarınızla tez-tez nahara gedirsiz və onların menyu seçimi ilə razılaşırsız.
11) Kolleqanız yerində olmayanda ona gələn zəngə həvəslə cavab verirsiz.
12) İş vaxtı davamlılığı adətən sizə qısa gəlir.
13) Şirkətinizdə 3 ildən çox işləyirsiz.
14) Kolleqalarınızın arasında dostluq etdiyiniz xoş insanlar var.

İndi nəticələri hesablayaq:

"Hə" cavabı 4-dən çox olarsa:
Nəinki işinizi, hətta
ixtisasınızı dəyişmək vaxtıdır, özünüzü başqa sahədə axtarın. Müdir
sizin yerinizə işçi axtarır, kolleqalarınız isə fikrinizi önəmli saymır.
İşinizlə bağlı ailə də sevinmənizə mane olur və onların məsləhətlərini
şəxsi işinizə qarışmaları kimi qəbul edirsiz. Boş vaxtlarınızda nə ilə
məşğul olmağın sizə xoş gəldiyini yadınıza salın və hobbinizi işinizə
çevirə biləcəyiniz barədə düşünün. Həyata yenidən başlamağa qorxmayın.
Çətin situasiyalarda psixoloqa müraciət edin.

"Hə" cavabı 4-7 dəfə olarsa:
İçinizdən həzz almanız çatışmayan cəhətlərinizi görməyə mane olur. Buna
baxmayaraq ilk baxışda hər şey normaldır, müdir və kolleqalarınızın
fikirlərinizə qulaq asır, ancaq həmişə öz təcrübələrinə əsaslanırlar.
Yaxınlarınız başa düşür ki, çox işləyirsiz, ona görə də sizi
ruhlandırmağa çalışırlar. Əgər işinizdə stereotiplərinizi dəyişməsəniz
və mövqeyinizi daha qətiyyətlə müdafiə etməsəniz yüksək vəzifəyə nail
olmayacaqsız.
"Hə" cavabı 8-14 dəfə olarsa: 
Elə
işçilərə aidsiniz ki, siz olmadan şirkət o dəqiqə itkisini anlayar.
Müdiriniz sizi öz yerinə namizəd görür, kolleqalarınız da sizin şirkətdə
çox qalmayacağınızı düşünürlər. Yaxınlarınız uğurlarınızla fəxr edir və
bayramlarda nə hədiyyə almaq istədiklərinə işarə edirlər. Yaxşı
fikirləşin, bəlkə rəqib şirkətin iş təklifini dəyərləndirəsiz və ya öz
şirkətinizi qurasınz?! Məhz bu yolla peşakarlığınızı daha da artıra
bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!