İdeal qadın da tərk edilir

İdeal qadın da tərk edilir
Qadın dünyası
10.09.2017 19
Kişilər
ideal qadın axtarır düşüncəsi tamamilə yanlışdır. Çünki münasibətdə,
əsasən də, siz də heç bir problem yoxkən kişi tərk edib gedə bilir.
Bunun müxtəlif səbəbləri var ki, biz sizə dörd səbəb haqqında bəhs
edəcəyik. Əgər siz də ideal xanımsınızsa və gələcəkdə sevgiliniz
tərəfindən tərk edilmək istəmirsinizsə bu yazı əsl sizlikdir.

Ciddiliyə doğru gedən münasibətdən qorxduğu üçün
Kişilər,
əsasən, yaxşı, istədikləri kimi xanımlara bağlanmaqdan qorxurlar. Ciddi
və davamlı münasibət onları çəkindirir. Çünki kişilər biz xanımlardan
fərqli olaraq azadlıqlarını çox sevirlər. Məhz bu səbəbdən də
qarşılarına ideal xanım (istədikləri kimi) çıxdıqda tərk edəcəyini
bilərək münasibətə başlayır və ən kiçik səhvdə sizi tərk edib gedirlər.
Daha çox isə "Problem səndə deyil, sən çox yaxşı birisən. Problem
məndədir” cümləsi ilə səbəbi izah etməyə çalışırlar.

Təzyiq və əskiklik hiss etdikdə
Həddən
artıq emosional tələblər kişiləri yora bilir. Balansı yaxşı saxlamaq
qadın-kişi münasibətlərində çox vacib amildir. Həddən artıq maraq, onu
davamlı olaraq dəyişdirməyə çalışmaq, daha çox sevgi, mütəmadi olaraq
nəzarət bu amillərin başında gəlir. Belə vəziyyətlərdə siz nə qədər
ideal, onun istədiyi kimi bir xanım olursunuzsa olun, o özünü təzyiq
altında və əskikləri olan biri kimi hiss edəcək, sizi tərk edib gedəcək.
Hörmət görmədiyini hiss etdikdə
Kişi
və ya qadın, fərqi yoxdur, heç kim hörmət görmədiyi bir insanla
münasibət istəməz. Bir kişi özünə qarşı hörmət görmədiyi xanımla heç
vaxt həyatını bağlamaz. Kişilər, əsasən, xanımlardan dəstək və güvən
görmək istəyərlər. Amma sevdiyi xanımdan ən cuzi hörmətsizlik gördükdə
isə kişilər asanlıqla tərk edib gedərlər.
Münasibətdə rəqabətə tab gətirmə bilmədiyi üçün
Dostlarınızın, rəfiqələrinizin yanında onunla mübahisə
etmək, sizin ondan daha çox pul qazandığınızı, daha yaxşı yerdə
işlədiyinizi hiss etdirmək ona sevgiliniz yox, rəqibiniz kimi
 hiss etdirməyinizə səbəb ola bilər. Belə vəziyyətlərdə tərəf
müqabiliniz sizin həyatınızda artıq biri olduğunu düşünəcək. Çünki
üstünlük hiss etdirmək nə qədər ideal biri olursunuzsa olun münasibəti
yora bilir. Nəticədə isə sevgilinizdən "Ayrılmaq istəyirəm” cümləsini
eşidə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!