Məşhur dizaynerdən dəyərli məsləhətlər

Məşhur dizaynerdən dəyərli məsləhətlər
Qadın dünyası
10.09.2017 9
Yeni
mövsümünün gəlişi ilə əlaqədar məşhur dizayner Maykl Kors Rusiya
mətbuatına müsahibə verib  dünya şöhrətli dizyaner qadınlara məsləhətlər
verib. O, həm də nədən ilham aldığı barədə danışıb.

 

Dünya
şöhrətli dizayner jurnalistin "Hər bir qadının qarderobunda neçə çanta
olmalıdır?” sualına belə cavab verib: "Bu, sizin həyat tərzinizdən çox
asılıdır, amma düşünürəm ki, ən az bir neçəsi zəruridir. Gündəlik
istifadə üçün böyük, həcmli və düzbucaqlı formalı çantalar olmadan
keçinmək olmaz. Belə çantalar həm gündəlik, həm də ofis stili üçün çox
əlverişlidir. Həmçinin universal poçtalyon-çanta, uzun kəmərli
torba-çanta, axşam təbdirləri üçünsə sadə klatç lazımdır”.

 

Maykl
Kors onu nələrin ilhamlandırdığı barədə də danışıb.  Dizayner həqiqətən
çox incə və yaxşı geyinən, pərəstişkalarını hər dəfə öz çıxışları ilə
heyrətləndirən məşhurların adlarını çəkib: "İdman tərzində geyinən,
qlamur və seksual, lakin bir qədər etinasız görünən xanımları bəyənirəm.
 Ümumiyyətlə, xırdalıqlarına qədər düşünülməmiş, rahatlığın ön planda
olduğu dəstlər daha çox xoşuma gəlir.  

 

Məni 
ilk növbədə uşaqların tərbiyəsi ilə məşğul olan, karyera quran, eyni
zamanda, səyahət edən və həyatdan zövq alan güclü qadınlar
ilhamlandırır. Bleyk Layvli, Ancelina Coli, Keyt Hadson və Cennifer
Lopes kimi ulduzları misal göstərə bilərəm”.

 

Dizayner
"Dəb imperatriçəsi Diana Vriland” kitabının ona çox çox təsir etdiyini
deyib. Onun sözlərinə görə, modapərəstlər bu kitabı mütləq oxumalıdır.

 

Maykl Kors demək olar ki, dünyanın hər bir ölkəsində tanınan istedadlı dizaynerdir. O, Amerikada yaşayır və işləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!